“Qarabağ”ın hücumçusu Rauf Əliyevin Qol.Az saytına müsahibəsi
“Qarabağ” mövsümə uğurlu start versə də, bunun davamını gətirə bilmədi. Son iki turda 4 vacib xal itirdiniz. Necə düşünürsən, problem nədədir?
- Vallah, nə deyim. Əslində mövsümə yaxşı başladıq. İlk iki oyunda iki qələbə qazandıq. Amma son oyunlarda bir qədər bəxtimiz də gətirmədi. Ona görə də qol vura bilmədik. Amma futboldur. Futbolda belə şeylər olur.
- Qol vurmaqdan söz düşmükən, komanda kifayət qədər qol epizodları yaratsa da, həlledici vuruşlarda dəqiqlik çatışmır. Bir hücumçu kimi, bunun səbəbini nədə görürsən?
- Bilirsiniz, hər oyunda fərqlənmək olmur. Qol vuranda tərifləyirlər, vurmayanda isə hamı üstümüzə düşür. Yenə deyirəm, futbolda bəxt amili də çox vacibdir. Amma alınmayanda, alınmır. Biz də qol vurmağa çalışırıq. Hərdən hər şey istədiyimiz kimi getmir.
- Ötən il də Avroliqa oyunlarından sonra komandada yorğunluq var idi. Cari mövsümdə də eyni hadisələr yaşanır. Komanda yoldaşların da etiraf edirlər ki, “Qarabağ”ın futbolçularında yorğunluq var. Bu, sadəcə avrokubok oyunları ilə əlaqədardır, yoxsa millinin təlim-məşq toplanışları da öz mənfi təsirini göstərir?
- Nə bilim. Bəlkə də belədir. Düzdür, sıx qrafiklə məşq edirik. Amma konkret olaraq bunun nə ilə əlqədar olduğunu deyə bilmərəm.
- Yəqin ki, komandanın son oyunlarında bir qədər çətinlik çəkməsində zədəli futbolçuların çoxluğu da rol oynayır.
- Əlbəttə, zədəli futbolçuların çoxluğu da öz sözünü deyir. Amma artıq zədəlilər artıq sağalırlar və inanıram ki, qarşıdakı turlarda hər şey istədiyimiz kimi olacaq.
- Cari mövsümdə qarşıya qoyulan əsas hədəf çempionluqdur. Yəqin sən də razılaşarsan ki, “Qarabağ” hazırkı oyunla hələlik bu istəyindən uzaq görünür.
- Qarşıya çempionluq məqsədi qoyduğunuz doğrudur. Qeyd etdiyiniz kimi, hazırkı oyunla bu bir qədər çətin görünür. Ancaq çempionat uzun bir marafondur və qarşıda kifayət qədər oyunlar olacaq. Sadəcə, dörd görüş keçirmişik. Əsas hədəfimiz qarşıdakı oyunlarda qalib gələrək, qələbə seriyasını yaxalamaq və belə davam etməkdir.
- Sabah Premyer Liqanın növbəti turu çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Həmin oyunla bağlı nə düşünürsən?
- Əvvəlcə onu deyim ki, bizi çox çətin oyun gözləyir. Liderə qarşı oynayacağıq. “Xəzər Lənkəran”la görüşlərimiz həmişə gərgin keçib. Amma əsas məqsədimiz qələbədir. Meydana da məhz bunun üçün çıxacağıq.
- “Xəzər Lənkəran”a qarşı oyunun uğurlu alınır. Hətta ötən mövsüm Lənkəran klubunu məğlub etdiyiniz səfər matçında hər iki qola sən imza atmışdın.
- Düzdür, həmin oyunda iki qol vurmuşdum. İnşallah, bu dəfə də fərqlənməklə, komandamızın qələbəsində pay sahibi olmaq istəyirəm. İnanıram ki, sabahkı oyunda qol vuracam. Ən azından bunun üçün əlimdən gələni edəcəyəm.
ELNUR SALAHOV
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı