“Sumqayıt Şəhər”in oynayan məşqçisi Aslan Kərimovun Qol.Az saytına müsahibəsi
- “Sumqayıt Şəhər” çempionat ərzində ilk xalını məhz “Qarabağ”la görüşdə qazandı. Bu,oyun haqda nə deyərdin?
- Komandamız məşqçilərin verdikləri tapşırıqları tam olmasa da, yerinə yetirərək, ilk xalına qovuşdu. Ancaq deməzdim ki, bir xalı əldə etmək bizə asan başa gəldi. Həmin oyunda “Qarabağ” komandasının ən azı dörd real qol şansı olsa da, bu imkanlardan səmərəli istifadə edə bilmədilər. Ancaq ümumi götürəndə, oyun baxımından o qədər də pis təsir bağışlamadıq.
- Komandanız güclü rəqiblərlə başa-baş mübarizə apararaq, qol vursa da, xal qazana bilmirdi. Demək olarmı ki, çempionatın debütantı artıq öz oyununu tapmağa başlayıb?
- Bəli, hiss olunur ki, futbolçularda oyundan-oyuna özünəinam yaranmağa başlayıb. Nəzərə almaq lazımdır ki, heyətdəki futbolçuların çoxu gəncdi. İlk əvvəl məşqçinin onlardan nə istədiyini də tam şəkildə anlaya bilmirdilər. Lakin indi bu çatışmazlıqlar tədricən aradan qaldırılmağa başlayıb.
- Uzun müddət “Qarabağ”da çıxış etmisən. Son iki turda istənilən nəticə qazana bilməyən və Azərbaycan azarkeşlərinin ən çox simpatiya bəslədiyi Ağdam klubunun zəif çıxış etməsini necə dəyərləndirərdin?
- “Qarabağ”ın “Qəbələ” klubuna məğlub olduğu oyuna tam şəkildə baxa bilməmişəm. Ancaq bildiyimə görə, həmin oyunda “Qarabağ” məğlubiyyətə layiq oyun nümaiş etdirməmişdi. Əksinə, yaxşı çıxış edərək hətta üç-dörd real qol vurmaq imkanlarına da malik olublar. Sadəcə olaraq həmin gün bəxt ağdamlılardan üz döndərmişdi. Elə “Sumqayıt Şəhər”lə oyunu haqda da eyni şeyləri söyləmək olar. Biz nə qədər yaxşı oynasaq da, meydanda olan oyunçular arasında səviyyə fərqi açıq-aşkar görünürdü. Ən azından nəzərə almaq lazımdır ki, ”Qarabağ”ın oyunçularının çoxu milli komandanın formasını geyinən futbolçulardı. Həmin oyunda Ağdamlıların qalib gələ bilməməsinin əsas səbəblərindən biri kimi, məşqçilərinin bir həftə komandadan uzaq olması idi. Digər tərəfdən bunu futbolçuların millinin heyətində iki çətin və vacib oyun keçirməsi ilə də əlaqələndirərdim. Nə qədər də, olmasa futbolçularda yorğunluq özünü biruzə verirdi. Başqa bir çatışmazlıq isə konkret olaraq bizimlə oyuna arxayın çıxmaları oldu.
- Bu mövsüm iddialı klubları məğlub edərək qələbələri sıralayan “Kəpəz” komandası haqda hansı fikir söyləmək olar?
- Gəncəlilərin AZAL-la oyunda ilkin olaraq düzgün taktika seçdiyini söyləyə bilərəm. Bu taktiki gedişin ən uğurlu nümunəsi doğma meydanda hücum deyil, əks hücum futbolu taktikasını seçməsi oldu. Çünki, rəqib meydan sahiblərinin daim hücum futboluna üstünlük verəcəyini düşündüyündən, taktiki gedişlərini ona hesablamışdır. Ancaq gözlənilənlərin əksinə olaraq, “Kəpəz” əks-hücum taktikasını seçdi. İkinci üstünlük isə “Kəpəz”in heyətində top qovan Ceyhun Sultanov oldu. Ceyhun təcrübəli futbolçu olmaqla bərabər, çox hiyləgər ötürmələrə sahib bir oyunçudur. Baxmayaraq ki, hələ tam optimal formasını yığa bilməyib, komandasına kifayyət qədər köməkliyi dəyir. “Kəpəz” yaxşı komanda olaraq formalaşdığını deyə bilərəm. Düşünürəm ki,bu komanda hələ çoxlarının başını ağrıdacaq. AZAL-a gəldikdə isə onların bu mövsüm qeyri-stabil oyun nümayiş etdirdikləri göz qabağındadır. Bundan başqa, arxa xətt oyunçularının da arasında anlaşmanın aşağı səviyyədə olduğunu söyləmək olar.
- Müdafiənin özəyi Aqil Nəbiyevin oynamaması bu məğlubiyyətə öz təsirini göstərə bilər?
- Bəlkə də ola bilər. Ancaq düşünmürəm ki, 3:1-lik məğlubiyyətin qarşısını Aqil alardı. Düşünürəm ki, AZAL-ın üç qol buraxıb məğlub olması Aqilin olmamasına dəlalət etmir. Sadəcə AZAL bu mövsüm hələ ki, qeyri-stabil oyun nümayiş etdirir. Baxmayaraq ki, heyətində kifayət qədər səviyyəli futbolçular var. Ola bilsin, klubda baş məşqçi dəyişikliyi, komandaya yeni futbolçuların transferi keçənilki AZAL-ın oyun üslubunda böyük fərq yaradıb. Ola bilsin ki, gələcəkdə daha yaxşı təsir bağışlayacaqlar, ancaq hələ ki, komanda stabil oyun göstərməkdən uzaqdı.
- Keçən tur “Xəzər Lənkəran” - “Neftçi” arasında keçirilən böyük oyun daha çox ajiotaja səbəb olmuşdur. Səncə, “Neftçi”də nə baş verir? Bəlkə əzəmətini itirib.
- Əzəmətini itirdiyini deməzdim. Hər hansı komanda əgər çempion olursa, gələn mövsüm ona qarşı bütün klublar ikiqat güclə oynayırlar. Çempionla qarşılaşan hər bir klub özünü yaxşı tərəfdən göstərməyə çalışır. Əvvəla “ağ qaralar”ın futbolçularının bir çoxu milli komandanın düşərgəsindən yorğun qayıtmışdı. Digər tərəfdən, “Xəzər Ləkəran”ın stadionundakı o atmasfer, güclü dəstək, doğma meydan amili də öz sözünü dedi. Həmin oyunda “Neftçi”nin oyunçularında bir az yorğunluq hiss olunurdu. Bundan başqa, məğlubiyyətin başlıca səəblərindən biri paytaxt təmsilçisinin müdafiəsinin yaxşı oynamaması oldu. Xüsusi ilə də Alesandro Da Silvanı nəzərdə tuturam. Bu futbolçu müdafiəçi olmağına baxmayaraq, daha çox hücumda çıxış edirdi. Düzdü, hücumlara dəstək vermək lazımdır. Lakin əgər funksiyan müdafiədə dayanmaqdısa, birinci növbədə bunun qayğısına qalmalısan. Arxa xətt “Neftçi”də xüsusilə axsayırdı.
- Müdafiəçi dedikdə, son zamanlar milli komandada yerini itirməklə yanaşı, Ruslan Abışov klubunda da sönük oyun göstərir. Elə buna nümunə kimi, “Xəzər Ləkəran”la oyunda yeganə qol vuruldu ki, o da Ruslanın avtaqolu oldu.
- Bilirsiniz, belə hallar hər futbolçuda ola bilər. Çünki hər görüşdə stabil oyun göstərmək, üstəlikdə öz mövqeyində deyil, ona xas olmayan dayaq yarımmüdafiəçi ampulasında çıxış etmək çox çətindir. Bunu müsahibələrində özü də etiraf edib ki, dayaq yarımüdafiəçi mövqeyində özümü yaxşı hiss etmirəm. Digər tərəfdən bir az şou-biznesə yönəlməsi də öz zəif təsirini göstərsin. Bu amil futbol azarkeşləri tərəfindən də birmənalı qarşılanmadı və Ruslan Abışovun qınaq obyektinə çevrilməsinə təkan oldu. Bütün bunlar gənc oyunçunu ruhdan salmaqla bərabər, psixoloji təsirini də göstərdi. Əgər hər hansı bir futbolçu psixoloji gərginlik yaşayırsa, nə qədər istedadlı olursa- olsun, meydanda nə texniki, nə də taktiki oyun nümaiş etdirə bilər. İnanıram ki, onu bu vəziyyətdən məşqçilər və bir də özü çıxara bilər.
ƏLİ HƏYATİ
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır