“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- Komandanız debütant “Sumqayıt Şəhər”lə oyunda gözlənilmədən iki xal itirdi. Qələbə qazanmağınıza na mane oldu?
- Birinci hissədə oyunumuz istədiyimiz kimi alınmasa da, ikinci yarıda pis futbol nümaiiş etdirmədik. Qol vurmaq üçün xeyli imkanımız oldu, amma dəyərləndirə bilmədik. Nə qədər cəhd etdək də, op qapıdan keçmək istəmədi. Futbolda belə şeylər olur. Əgər komanda altı-yeddi real qol imkanından istifadə edə bilmirsə, belə oyundan bir xalla ayrılmaq da pis nəticə deyil. Onu da nəzərə almaq lazımdır ki, komandamızın iki üzvü Albaniya, altı futbolçusu Azərbaycan millisinin oyunlarına çağırılmışdı. Bu da istər-istəməz futbolçularda yorğunluq yaratdı.
- Komandanız sanki “Sumqayıt Şəhər”ə deyil, təkcə rəqibin qapıçısı Popoviçə qarşı mübarizə aparırdı.
- Mən ələ düşən imkanlarımızın reallaşdırılması üçün hücumçularımızın dəqiqliyinin çatışmamasını da qeyd etmək istəyirəm. Elə dörd-beş epizodda topu düz Popoviçin üstünə vurdular. Düşünürəm ki, həmin gün qazandığımız imkanların bir neçəsini dəyərləndirə bilsəydik, görüşdən qələbəylə ayrılardıq. Popoviç də həmin gün çox əla çıxış edərək, öz işini öhdəsindən gəldi. Biz isə ruhdan düşmürük, qabaqda komandamızı hələ uzun bir marafon gözləyir. Düşünürəm ki, qarşıdakı oyunlarda qələbələri sıralayacağıq.
- Baş məşqçiniz Qurban Qurbanovun matçın başlanmasına yalnız bir saat qalmış komandaya qoşulmasının oyununuza təsirsiz ötüşmədiyini söyləmək olar?
- Əgər qol imkanlarımız olmasaydı, sizinlə razılaşardım. Ancaq əlbəttə ki, bizim Qurban müəllim kimi baş məşqçiyə hər zaman ehtiyacımız var. Lakin “Sumqayıt Şəhər”in də perspektivli və yaxşı komanda olduğunu deyə bilərəm. Hiss olunurdu ki, bizə qarşı ikiqat güclə oynayaraq məğlub olmaq istəmirdilər.
- Çempionatın son iki turunda “Qarabağ”ın hücumçuları da istənilən səviyyədə oynaya bilmir. Səncə, Rauf Əliyev və Adamiya niyə qol vura bilmir?
- Şəxsən məni həm Rauf, həm də Adamiyanın oyunu qane edir. Çünki ən azı oyunlarda sağa-sola “açılmaqla” top istəmələri, qol epizodları yaratmaları yaxşı haldı. Görürsən ki, komandanın qələbə qazanması üçün meydanda əllərindən gələn etməyə çalışırlar. İndi neyləmək olar, alınmayanda alınmır. Mövsümün əvvəli olduğu üçün bu amil bizi elə də narahat etmir. Bilirik ki, bu gün uda bilməsək də, sabah qalib gələcəyik.
- Son iki turda “Qarabağ”ın qalib gələ bilməməsi komandaya”Xəzər Lənkəran”la oyunda psixoloji təsir göstərə bilər?
- Unutmaq lazım deyil ki, “Qarabağ” milli çempionatla yanaşı Avropa turnirlərində iştirak edən püxtələşmiş və peşakar bir komandadır. Ona görə də uğursuzluq futbolçularımızı ruhdan sala bilməz. Cənublularla görüşə necə lazımdır hazırlaşaraq meydana əla əhval-ruhiyyədə çıxacağıq. Düşünürəm ki, çox maraqlı bir matç olacaq. Hər iki klub çempionatda yüksək yerlər uğrunda mübarizə apardığından, qələbə qazanmağa çalışacaq. Biz də bu görüşdə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.
ƏLİ HƏYATİ
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı