Vaxtilə milli komandamızın şərəfini qorumuş, hazırda Gəncənin “Kəpəz” klubunda çıxış edən Ceyhun Sultanovun Qol.Az saytına müsahibəsi
- Bu gün millimiz Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Yığmamızın şərəfini qorumuş bir futbolçu kimi Qazaxıstan seçməsi ilə görüşdə komandamızın şanslarını necə qiymətləndirirsən?
- Evdə oynayırıq. Qazaxıstan da bizim kimi komandadır. Onları udmaq şansımız çoxdur.
- Səncə, belçikalılarla heç-heçə bugünkü görüşdə millimiz üçün əlavə üstünlük ola bilər?
- Əlbəttə, bu üstünlükdür. Mən oynayanda da belə idi. Futbolçular da fikirləşirlər ki, doğma meydanda oynayırlar. Əgər Belçika ilə heç-heçə ediblərsə, qazaxları udmaq olar. Fikrimcə, bizimkilər qalib gələcəklər.
- Bu gün milli komandamızda pleymeyker mövqeyində futbolçunun yoxluğu açıq-aşkar hiss olunur. Hücumlarımızın kəsərli alınmaması da məhz bu amillə əlaqələndirilir. Bu mövqe üçün isə daha çox sənin adın hallanır. Özünü milli komandada oynamağa hazır sayırsan?
- Hə, özümü hazır hiss edirəm. Ancaq mən deyim ki, meydana çıxıb qeyri-adi oyun göstərəcəm, bu, yalan olar. Amma inanıram ki, bugünkü gündə milliyə kömək etməyə hazıram.
- Dedin ki, özünü hazır sayırsan. Ən azından son 4 turda göstərdiyin oyun da bunu deməyə əsas verir. Bəs onda niyə yığmadan kənardasan?
- Bu, baş məşqçinin öz fikridir. Ola bilsin ki, yığmaya dəvət almamağım yaşımla əlaqədardır. 32 yaşım var. Ona görə də çoxusu belə fikirləşir. Ancaq mənim fikrimcə, bu gün kim hazırdısa, millidə o da oynamalıdır.
- Necə düşünürsən, iddialı klubda çıxış etməməyin millidən kənarda qalmağına səbəb ola bilər?
- Yox, inanmıram. O, səbəb deyil. Millidə elə futbolçu var ki, klubunda ilk “18”liyə düşə bilmir. Bu tərəfdən də fikirləşmək lazımdır. İnanmıram ki, “Kəpəz” iddialı olmadığı üçün məni milliyə çağırmayıblar. Mən belə düşünürəm ki, yaşımla əlaqədardır. Amma millidə çıxış etmək yaşa baxmır. Əgər bu gün hazırsansa, yığmada oynamalısan.
- Bu gün kifayət qədər hazırlıqlı futbolçular millidən kənarda qalırsa və onların yerinə klubunda ilk “18”liyə düşə bilməyənlər oynayırsa, onda yığmamıza futbolçular hansı şərtlərlə seçilirlər?
- Milliyə futbolçuları seleksioner məşqçilər seçirlər. Mən nə deyim? Bacardığım qədər oynayıram ki, nəyəsə nail olum. Çağırsalar da sağ olsunlar, çağırmasalar da. Bu, baş məşqçinin fikridir. Onunla razılaşmaq lazımdır.
- Ümumiyyətlə əvvəlki illərlə müqayisədə millinin oyununda hər hansı dəyişiklik hiss olunur?
- İnkişaf deyəndə, bu gün bunu istəyiriksə, daha çox gənclərə yer vermək lazımdır. Mən açıq danışmağı xoşlayıram. Bu gün məni çağırsalar, eyni şey olacaq. Əgər biz inkişaf istəyiriksə, qrupdan çıxmağı fikirləşməliyik. Gələcəyə baxmaq üçün 13-14 yaşlı uşaqları yetişdirmək lazımdır ki, onlar da indikilər kimi fikirləşməsinlər ki, çıxıb Qazaxıstandan, Belçikadan xal alaq. Onlarda belə bir psixologiya formalaşmalıdır ki, biz qrupdan çıxmalıyıq.
- Ancaq bayaq qeyd etdin ki, bu gün kim hazırdısa, o da oynamalıdır.
- Mənim əsas demək istədiyim odur ki, əgər futbolun inkişafını istəyiriksə, qrupdan çıxmağı fikirləşməliyik. Lap deyək ki, mən gəldim oynadım, Belçikanı udduq. Amma yenə komandamız qrupda qaldı. İnkişaf yoxdur. Ona görə deyirəm ki, gəncləri yetişdirib, onları qabağa buraxmalıyıq.
- Səncə, millinin baş məşqçisinin yerli və ya əcnəbi olmasının fərqi var?
- Baş məşqçi azərbaycanlı olsa, lap yaxşı olar. Çünki azərbaycanlıların psixologiyasını yerli məşqçi daha yaxşı bilər. Alman və Azərbaycan psixologiyası tamam başqadır. Foqts bizdən alman futbolu tələb edə bilər. Ancaq onu ala bilməz. Əgər yerli məşqçi də əcnəbi kimi nəticə verirsə, niyə o olmasın. Ya da yerli futbolçu. Milliyə çağırılan legionerlərin yerinə 16-17 yaşlı gəncləri dəvət etsələr, ondan daha çox xeyir görə bilərlər. Onsuz da uduzuruq. Bunun fərqi var ki, milliləşdirilmiş legionerlər uduzdular və ya yerli oyunçular. Yenə özümüzünkü uduzsa, adamı yandırmaz.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı