Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin Qol.Az saytına müsahibəsi
- Əvvəlcə Belçika ilə oyundan danışaq. Həmin matçda milli komandamız sizdə hansı təsir bağışladı?
- Hər iki yığma komanda çox zəif çıxış etdi. Nə Belçika, nə də Azərbaycan millisi öz potensialından maksimum istifadə edə bildi. Oyunun bizim üçün sərfəli nəticəylə başa çatmasında qonaqların bizə yuxarıdan aşağı baxması da roy oynadı. Düşünürəm ki, bu hərəkətləri onların cəzalanmasına gətirib çıxartdı.
- Rəqibin arxayın çıxışını bir qırağa qoysaq, yığma komandamızın yaxşılığa doğru nəsə dəyişdiyini demək olar?
- Nəticənin qənaətbəxş olduğunu desəm, də oyunlarından razı qalmadım. Çünki komandada həmin rəqibə qarşı motivasiya hiss olunmurdu. Həm də bəzi futbolçular bacardıqlarından çox aşağı səviyyədə çıxış etdilər. Hətta bir çox epizodda millimiz qol da buraxa bilərdi.
- Konkret olaraq, hansı futbolçu öz səviyyəsindən aşağı çıxış etdi. Məsələn, Vaqif Cavadov haqda nə deyə bilərsiniz?
- Təkcə Vaqif Cavadov deyil, həmin görüşdə Kamran Ağayevdən başqa heç bir futbolçu öz səviyyəsinə uyğun oyun oynamadı. Ən narahat edici məsələlədən biri də, dediyim kimi, oyuna motivasiyasız çıxmışdılar. Belçikanı başa düşmək olar ki, hardasa özündən razılığın qurbanı oldular. Ancaq biz böyük azarkeş dəstəyi altında gərək ilk 15 dəqiqəni yüksək əhval-ruhiyyədə keçirəydik. Həmin günü qapıçımızdan başqa heç bir oyunçu yaxşı çıxış etmədi. Kamran Ağayev komandanı bir neçə qoldan xilas etməklə yanaşı, öz səviyyəsini də nümayiş etdirdi.
- Qazaxıstanla bu gün keçiriləcək oyunda milli komandamızdan hansı nəticəni gözləməyə dəyər?
- Bugünkü oyun bizim üçün çox çətin olacaq. Rəqibin Türkiyə ilə səfərdə keçirdiyi oyunu izləmişəm və həqiqətən də, xeyli inkişaf etdiyini söyləmək olar. Ən əsas da taktiki cəhətdən daha ağıllı oynadıqları nəzərə çarpır. Müdafiə və orta xətlərdə demək olar ki, boşluqlar yaranmasına imkan vermirlər.Komanda kompaq şəkildə həm hücuma keçir, həm də müdafiə olunmaq bacarığına malikdir. Düşünürəm ki, millimizin məşqçisi ağıllı taktika seçərək, futbolçularından soyuqqanlı oyun göstərməsini istəməlidir. Bütün heyətlə də hücuma atılmaq olmaz. Çünki qazaxlar belə vəziyyətlərdən yararlanmağı sevir.
- Belə çıxır ki, bizi Qazaxıstan millisindən güclü sayanlar yanılırlar?
- Gəlin, hər şeyə reallıqla baxaq.Bu gün bizim rəqibdən bir neçə baş üstün olmağımız tamamilə yalnışdır. Hər kəs yaxşı bilir ki, hər iki ölkənin eyni səviyyəyə malik komandası var. Onlarda yaxşı başa düşürlər ki, bu gün real olaraq üç xal götürə biləcək yığma varsa, oda bizik. Hər iki komandanın xal ehtiyatlarını artırması və məşqçilərinin öz vəzifələrində qalması üçün əla fürsətdir. Bizim futbolçulara gəlincə, bu oyuna çox soyuqqanlı çıxmalıdırlar. Belə bir misal var: qorxa-qorxa qələbə qazanmaq olmaz.
- Tutalım ki, 5 xal sindiromunu aşdıq, Foqts da postunda qaldı. Bütün bunlar Azərbaycan futbolunun inkişafı üçün nə verəcək?
- Öz həmkarım haqqında çox danışmaq istəməzdim. Bu məsuliyyət birbaşa həmin işlərlə məşğul olan qurumların üzərinə düşür. Hələ baxın görək biz xalları hansı yollarla qazanmışıq. Nəticə oyuna görə olubmu,yoxsa hansısa oyunda bəxtimiz gətirib. Bunu xalq özü yaxşı görür. Bizi ən çox narahat edən məsələ də elə budur. Belçika ilə heç-heçə etdik, inanın ki, heç kim sevinmədi. Əgər mundiala vəsiqə qazana bilmiriksə, xal ehtiyatını artırmaq nəyimizə gərəkdir? Xal ehtiyatını artırmaq hər bir komandaya nə üçün lazımdır? Əlbəttə, məqsədinə nail olmaq üçün. Belə kiçik uğurlarla kifayətləniriksə, yaxşı gələcəkdə məqsədə çatmağımız qalır qıraqda. Biz gözəl oyun oynamağı bacarmaqla yanaşı, gözəl komanda da yaratmalıyıq.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı