Milli komandamızın və “Qarabağ”ın hücumçusu Rauf Əliyevin Qol.Az saytına müsahibəsi
- Belçikaya qarşı matçda milli komandanın heyətində ilk qolunu vurdun. Həm də bu qol kifayət qədər əhəmiyyət daşıyırdı. Maraqlıdır, həmin an hansı hissləri keçirdin?
- Doğrudan da, millinin heyətində 14-15 oyun keçirsəm də, hələ qol sevinci yaşamamışdım. Ona görə də sanki üzərimdə bir yük var idi. Allaha şükür ki, ilk qolumu vurdum və bu yükü üzərimdən atdım. Birinci qolu Belçika kimi güclü komandaya vurduğum üçün çox sevinirəm.
- Belçika yığmasının qapısına qol vurmaqla, bir anda qəhrəmana çevirildin. Bizim futbolçularda belə bir xüsusiyyət var ki, qol vurandan sonra özlərini ən yaxşı hesab edirlər. Bu mənada səndə hər hansı arxayınçılıq yoxdur?
- Arxayınçılıq yox, əksinə, indi qol vurmaq üçün daha çox istək var. Belçika kollektivinin qapısına vurduğum qol məni daha da ruhlandırıb. İnşallah, qarşıdakı oyunlarda da millinin heyətində fərqlənmək istəyirəm.
- Oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında Belçika millisinin baş məşqçisi Corc Likensə “Futbolçularımızdan kimi tanıyırsınız” sualı verilmişdi. O isə kinayəli şəkildə, Emil Mpenzanın adını çəkmişdi. Yəqin ki, sənin vurduğun qol Likensə yaxşı cavab oldu və o, bundan sonra Rauf Əliyevi heç vaxt unutmayacaq.
- Likens adlarımızı bilməsə də, ən azından nömrələrlə millinin heyətində çıxış edən futbolçuları qeyd edə bilərdi. Sizin də vurğuladığınız kimi, bundan sonra Likens məni həmişə xatırlayacaq.
- Millimiz ilk hissədə çox zəif təsir bağışladı. Demək olar ki, oynamadı. Ancaq ikinci yarıda komandanın oyununda bir qədər canlanma hiss olunurdu. Bu, taktiki gediş idi, yoxsa yığmamızın gücü ancaq buna çatdı?
- Birinci hissədə komanda oynamadı deməzdim. Çünki rəqib doğrudan da çox güclü idi. Hər hansı səhvə yol verib, qol buraxmaq istəmirdik. Ona görə də bir qədər diqqətli olmalıydıq. Bundan başqa, hücumda çoxala bilmirdik. Əsas səbəb bu idi. Ancaq ikinci hissədə, qapımızdan qol buraxdıqdan sonra bütün komanda ilə hücuma atıldıq.
- İlk yarıda hücum xəttində tək qalmışdın. Bir-iki epizodda rəqib müdafiəçilərə çətin anlar yaşatsan da, ümumilikdə sənə göz açmağa imkan vermirdilər. Ancaq ikinci hücumçu – Branimir Subaşiçin meydana daxil olmasından sonra səni əvvəlki kimi nəzarətdə saxlaya bilmirdilər. Təsadüfi deyil ki, qol da belə epizodların birində vuruldu.
- Bilirsiniz, oyundan əvvəl müdafiə futbolu oynayacağımızı bilirdik. Yenə deyirəm, çünki rəqib çox güclü idi. Ancaq qoldan sonra hücum etməyə məcbur idik. Əlbəttə, Subaşiçin meydana daxil olması mənim işimi asanlaşdırdı. Ancaq hücum xəttində tək çıxış etmək də mənə elə ciddi çətinlik törətmir.
- Bu nəticə ilə demək olar ki, Türkiyə millisinin yolunu açdınız. Qardaş ölkə “Avro-2012”nin final mərhələsinə bir addım da yaxınlaşdı. Ancaq Qazaxıstanla oyundan sonra Arda Turan iddialı sözlər işlədib. O, millimizdən revanş alacaqlarını bildirib. Sənin buna münasibətini bilmək maraqlı olardı.
- Vallah, biz meydana çıxanda nə Türkiyəni, nə də onlara kömək etməyi düşünürdük. Sadəcə, yaxşı nəticə əldə edib, xalqımızı sevindirmək barədə fikirləşirdik ki, bunun da öhdəsindən gəldik. Kimin nə deməsi bizi maraqlandırmır. Biz meydançaya çıxıb, öz oyunumuzu oynayırıq. Bir də ki, hələ Türkiyə ilə oyuna çox var. İndidən bu barədə düşünmək düzgün olmaz. Qarşıda bizi Qazaxıstan millisi ilə çətin oyun gözləyir. Əvvəlcə bu oyunda qalib gəlməliyik. Əgər Belçika seçməsinə uduzsaydıq, bu faciə olmazdı. Qazaxlara səfərdə məğlub olmuşuq. İndi bunun əvəzini çıxmalıyıq.
- Qazaxıstanla görüşdən söz düşmüşkən, həmin oyun barədə nə düşünürsən? Qazaxlar səfərdə Türkiyəyə məğlub olsalar da, rəqibə ciddi müqavimət göstərdilər.
- Açığı, həmin oyuna baxmamışam. Ancaq eşitdiyim qədərilə qazaxlar doğrudan da Türkiyə ilə oyunda əsl əzmkarlıq göstəriblər. Bizi olduqca çətin oyun gözləyir. Rəqib qısa vaxt ərzində xeyli irəliləyişə nail olub. Ona görə də diqqətli olmalıyıq.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı