Milli komandamız və “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- Qarşıda milli komandamızı Belçika yığması ilə çətin oyun gözləyir. Bu görüş haqda nə düşünürsən?
- Belçika millisi doğrudan da çox güclüdürr. Dünya və Avropa turnirlərində öz sözünü demiş komandalardan hesab edilir. Elə dünən də keçirdikləri bir neçə oyunun videoyazısına baxaraq, rəqibin çatışmayan cəhətlərini təhlil etmişik. Həmin yığmanın iki futbolçusu bizə Avroliqadan yaxşı tanış olan “Brügge” klubunun formasını geyinir. Ancaq bütün bunlara baxmayaraq, meydandan uğurlu nəticəylə ayrılmağımız üçün əlimizdən gələni edəcəyik. Ən azı heç-heçə edərək bir xal götürməyə çalışacağıq ki, qarşıdan gələn Qazaxıstanla görüşə yaxşı motivatsiya ilə çıxaq.
- Siz özlüyünüzdə həqiqətən də belçikalıları məğlub edə biləcəyinizə inanaraq, qələbəyə köklənmisiniz, yoxsa bu, ənənəvi yalançı vədlərdir?
- Unutmayaq ki, bu futboldur və burada zəif-güclü məsələsi yox, qələbəni kim daha çox istəyir prinsipi daha önəmli rol oynayır. Bəzən, zəif komandanın hansısa güclü kollektivi məğlubiyyətə uğratdığının şahidi oluruq. Elə özümüzdən götürsək, pis olmaz. Kim inanardı ki, biz Türkiyə kimi güclü və böyük bir yığmanı uda bilərik? Hər kəs Azərbaycanın hətta böyükhesabla məğlub olacağını deyirdi. Ancaq hər şey gözlənilənlərin əksinə oldu. Nədənsə, mən Belçikayala oyundan yaxşı nəticəylə ayrılacağımıza inanıram.
- Yəqin ki, xəbəriniz var. Rəqibin “Bavariya” və "Arsenal” kimi klublarda forma geyinən bir neçə aparıcı futbolçusu zədə üzündən Azərbaycanla oyunda iştirak edə bilməyəcək.
- Məncə, belə böyük və güclü millilərdə futbolçu çatışmazlığı ilə bağlı ciddi problemlər olmur. Çünki onlar o qədər zəngin heyətə malikdilər ki, zədəliləri layiqincə əvəzləyəcək futbolçuları kifayət qədərdi. Birdəki ehtiyatda oturan, öz növbəsini gözləyən futbolçu meydana çıxarkən, ikiqat güclə oynayaraq, özünü doğrultmağa çalışır. Məncə, belə olan halda onlarla oynamaq daha çətin olacaq.
- Ümumilikdə komandamızda əhval-ruhiyyə hansı səviyyədədir və qələbə əzmi hiss olunurmu?
- Qələbə əzmi deyəndə, millidə oynayan futbolçuların başqa çıxış yolu yoxdur. Yəni, indi elə vəziyyətdir ki, bu oyunda mütləq nəticə verməliyik. Ən azı Belçikadan bir xal götürərək, Qazaxıstanı məğlub etməliyik ki, azarkeşlərin bizə olan inamı yenidən qayıtsın. Bundan sonra qarşıdakı oyunlara daha ciddi hazırlaşmaq lazım gələcək.
- Yığmamızın baş məşqçisi Berti Foqtsun sizinlə oyun barədə hansısa söhbəti olub?
- O, hər zaman bizimlə söhbətində bildirib ki, harda oynayırsan oyna, mütləq nəticə verməyə çalışmalısan. Foqts səfərdə Belçikaya böyük hesabla məğlub olduğumuz oyunun videoyazısını bizə təkrar-təkrar göstərərək, etdiyimiz səhvləri bizimlə birgə təhlil edib. Foqtsa çox təşəkkür edirəm ki, bizim üzərimizdə böyük səylə çalışaraq, qələbə qazanmağımızı istəyir.
- Rəqib komandanın baş məşqçisi Jorj Lekens mətbuata açıqlamasında Azərbaycanla oyuna ciddi yanaşaraq, bizdən çəkindiklərini bildirib. Səncə, bu taktiki gedişdir, yoxsa həqiqətən belədir?
- Burada hər iki variant ola bilər. Lekens taktiki gediş edərək öz futbolçularının arxayınlaşmamsı üçün belə açıqlama verə bilər. Ancaq digər tərəfdən düşünmək olar ki, rəqib bizim doğma meydanda daha güclü oynadığımızı bildiyi üçün ehtiyyat edir. Həm də buna bariz nümunə kimi Türkiyə ilə oyun göstərilib. Yenə deyirəm ki, bunların bizim oyunumuza heç bir dəxli yoxdur. Azərbaycan yığma komandası meydana yalnız əla oyun və nəticə qazanmaq üçün çıxacaq.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi