Milli komandamızın və “Qarabağ”ın yarımmüafiəçisi Rəşad Sadiqovun Belçika yığması ilə oyun öncəsi Qol.Az saytına müsahibəsi
- İlk olaraq Belçika millisi ilə qarşıdakı oyun haqda fikirlərini bilmək istərdim?
- Düzü, Belçika millisi çox güclü kollektivdir. Elə dünən də onların bir neçə oyununun videoyazısına baxaraq, təhlil apardıq. Unutmaq lazım deyil ki, məğlubedilməz komanda yoxdur. Qrupda daha güclü ölkələri kənara qoysaq, digər ortabab komandaları məğlub etmək olar. Ən əsas üstünlüklərimizdən biri doğma divarlar arasında oynamağımızdır. Ona görə də düşünürəm ki, Belçika millisindən üç xal ala bilərik. Əsas odur ki, Azərbaycan yığması öz oyununu göstərə bilsin.
- Ümumiyyətlə, millimiz real olaraq qələbəyə köklənib, yoxsa heç-heçə də bizim üçün yaxşı nəticə sayılacaq?
- Açığı, bir xal götürsək də bunu bizim üçün uğur saymaq olar. Ancaq beynimizdə yalnız heç-heçəni düşünüb, 90 dəqiqə arxada oturub bir xal barədə fikirləşmək də düzgün olmaz. Biz rəqiblə başabaş mübarizə apararaq, qələbə qazanmaq, Azərbaycan xalqını sevindirmək istəyirik. Türkiyə millisini udduqdan sonra çoxdandır qələbəyə acıq və qalib gələrək beş xallıq sindromu keçmək istəyirik. Qrupda qalan dörd oyunun üçünü evdə oynayacağımızdan, yaxşı nəticə qazanacağımıza ümid edirik.
- Millimiz səfərdə belçikalılara böyük hesabla məğlub olmuşdu. Yığmanın üzvlərində rəqibdən revanş almaq prinsipiallığı varmı?
- Revanş haqda deyil, qələbə qazanmaq barəsində fikirləşirik və məşqlərdə də çox səylə çalışırıq. Uşaqlarda qələbə qazanmaq üçün aqressivlik məşqlər zamanı da hiss olunur. Revanş almağı düşünüb, meydana çıxmaqla özümüzü yandıra bilərik. Ona görə də hər kəs bu görüşə peşəkar oyunçu kimi hazırlaşır. İnşallah, hər şeyi zaman göstərəcək.
- Belçikadan sonra sizi Qazaxıstan yığmasıyla da oyun gözləyir. Bəs, bu görüş barəsində nə düşünürsən?
- Onlarla da oyunun çətin olacağını fikirləşirəm. Çünki qrupda demək olar ki, iki eynisəviyyəli komanda mübarizə aparacaq. İlk görüşdə səfərdə məğlub olmağımıza baxmayaraq, onlara qalib gələcəyimizə inanıram. Ancaq Qazaxıstanla oyun barəsində hələ müzakirələr olmayıb. İndi Belçika ilə oyuna tam şəkildə köklənmişik. Yalnız onlarla oyundan sonra digər komanda ilə oyun haqda düşünəcəyik. İlk keçirəcəyimiz görüşü qoyub, ikinci qarşılaşma haqda düşünməyimiz xeyrimizə olmaz.
- Necə düşünürsən, Belçika millisindən xeyli zəif olan Qazaxıstan yığmasını məğlub edə bilərik?
- İnşallah, belə də olar. Bizim onları məğlubiyyətə uğradacaq gücə malik olduğumuzu düşünürəm. Belçikalılarla oyundan sonra qazanacağımız uğurlu nəticə komandamıza növbəti oyunda qalib gəlmək üçün stimul ola bilər.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı