Premyer Liqanın son turunda AZAL “Neftçi”yə 3:1 hesabı ilə qalib gəldi. Bu oyunda iki qola imza atan “təyyarəçilər”in hücumçusu Elşən Məmmədov qarşılaşmayla bağlı Qol.Az saytının suallarının cavablandırıb
- İlk olaraq “Neftçi” ilə görüş haqda fikirlərini bilmək istərdik...
- Hər iki komanda gözəl oyun nümaiş etdirərək, yetərincə qol vurmaq imkanı qazandı. Həmin oyunda “Neftçi” də pis təsir bağışlamadı və hətta deyərdim ki, qələbə qazanmaq üçün böyük səy göstərirdi. Ancaq ümumi götürəndə oyunda daha üstün tərəf biz olduğumuzdan qələbə qazanmağa daha layiq idik.
- Necə düşünürsən, ötən mövsümün çempionu zəifləyib, yoxsa AZAL “Xəzər Lənkəran”a böyükhesablı məğlubiyyətdən nəticə çıxarmağa başlayıb?
- Mən deməzdim ki, “Neftçi” bu mövsüm zəif çıxış edir. Rəqib komanda səviyyəli legionerlə yanaşı, bir çox güclü yerli futbolçuya da malikdir. Özünüz də gördünüz ki, qonaqların qapımız qarşısında bir çox təhlükəli qol vəziyyəti yaratdı. Sadəcə, rəqib bundan lazımı səviyyədə yararlana bilmədi. Lakin “Neftçi”dən fərqli olaraq, biz bu imkanlardan maksimum istifadə edə bildik. Əgər komanda olaraq qarşıdakı oyunlarda əlimizə düşən imkanlardan ən azı “Neftçi”ilə qarşılaşmadakı kimi istifadə edə bilsək, qələbələri sıralamaqda davam edəcəyik.
- AZAL-ın heyətində qol hesabını açmağa nail oldun. Yəqin ki, ehtiyat skamyasında oturarkən bu anı çox gözləyirdin.
- Mən hər zaman özümə inanmışam və məşqlərdə də böyük həvəslə çalışırdım. Bir gün meydana çıxıb nəyə qadir olduğumu sübut edəcəyimə inanırdım. Ancaq meydana təkcə qol vurmaq üçün deyil, komandaya faydalı olmaq, ümumi nəticə qazanmaq naminə çıxmaq lazımdır. Mən hər zaman qol vura bilməsəm də, komandamın uğur qazanması üçün əlimdən gələni etmişəm. Çox şükürlər olsun ki, “Neftçi” ilə oyunda dubl etməklə komandamın qələbə qazanmasında böyük rol oynadım. Çox sevindirici haldır ki, bu, məhz “Neftçi”yə qarşı oyunda oldu.
- “Neftçi”ilə oyundan sonra baş məşqçiniz Elxan Abdullayevin səninlə hansısa bir söhbəti olubmu?
- Düzü, helə müzakirələrimiz olmayıb. Çünki həmin matçdan sonra mən milli komandanın təlim- məşq toplanışına qoşuldum. Ona görə də kifayyət qədər vaxtımız olmadı ki, hansısa məsələ barəsində danışaq. Sadəcə, komandanın prezidenti, məşqçi və məşqçilər korpusu bizi qələbə münasibətilə təbrik etdi.
- Həmin görüşdə stadiondan oyunu izləyənlər arasında milli komandanın baş məşqçisi Berti Foqts da var idi. Necə düşünürsən, vurduğun vacib qollar yığmada çıxışını təmin edəcək?
- Bildiyimə görə, Foqts oyunu canlı izləyirdi. Ancaq sizə deyim ki, millinin ötən toplanışına da məni çağırmışdır. Həmin məşq prossesi zamanı da çox böyük səylə çalışaraq özümü yaxşı tərəfdən göstərmək istəyirdim. Məncə, bu dəfə özümü güclü rəqibə iki qol vurmaqla daha yaxşı göstərməyi bacardım. Lakin son qərarı vermək komandanın baş məşqçisi Berti Foqtsa aiddir.
- Sentyabrın 2-də səfərdə böyükhesabla məğlub olduğumuz Belçika millisi ilə qarşılaşacaqsınız. Bu oyun barədə nə deyə bilərdin?
- Baxmayaraq ki, Belçika milli komandası Avropanın ən güclülərindən biri sayılır, düşünürəm ki, Azərbaycan yığması doğma meydanda istənilən ölkəyə layiqli müqavimət göstərə bilər. Unutmaq lazım deyil ki, ev oyunlarında biz əzmkar mübarizə göstərərək böyük komandalardan xal götürə bilirik. İnşallah Belçika ilə oyuna da ən azı nəticə qazanmaq üçün çıxacağıq.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı