"Qarabağ" klubunun müdafiəçisi Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın IV turunda “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu oyun haqda fikirlərinizi öyrənmək istərdik...
- Bizi çox çətin oyun gözlədiyini deyə bilərəm. Çünki rəqib çox güclüdür və çempionluğa iddialı klublardan sayılır. Bunları nəzərə alaraq bu görüşə çox yüksək səviyyədə hazırlaşmışıq.
- Quzanlıda oynamaq üçün uzun yol qət edirsiniz və bu, istər - istəməz yorğunluq yaradır. Bu səfərlər yüksək səviyyədə oynamağınıza təsir göstərmir ki?
- Doğrudur, yol uzaq olsa da, oradakı atmosfer tamam başqadır. Suraxanıda oynayanda elə bil ki, yoldaşlıq görüşü keçirirsən. Lakin Quzanlıda çıxış etdikdə çempionat matçına çıxdığını hiss edirsən. Həm də buradakı oyunlarımızda stadion demək olar ki, çılğın azarkeşlərlə dolu olur. Orada oynamağımızdan xüsusi zövq alırıq.
- Premyer Liqan;n son turunda “İnter” – “Bakı” və “Qəbələ” – AZAL oyunlarında baş verənlərdən xəbərin var. Bu haqda sən nə deyə biləsən?
- Komandaların həddindən artıq aqressiv olduğu hiss olunurdu. Əlbəttə ki, belə olan halda xoşagəlməz hallar yaşanır. Elə ötən mövsüm “altılıq” oyunlarının əvvəlindən sonlarına qədər bəzi oyunlarda belə xoşagəlməz hallar yaşanmışdı. Bu cür yersiz çılğınlıqlar azarkeşlərə pis təsir etməklə yanaşı, hakimləri də təzyiq altında oyunu idarə etməyə məcbur edir. Bu da sözsüz ki, hakimlərin lazımsız səhvlərilə nəticələnir. Belə halların yaşanması futbolumuza vurulan zərbədən başqa bir şey deyil.
- Yığmada birgə çıxış etdiyin Mahir Şükürovun “İnter”in gürcüstanlı qapıçısı Lomayaya nisbətən daha ağır cəza almasını yerli oyunçulara hörmətsizlik kimi dəyərləndirmək olarmı?
- Bu cəzanı verən İntizam Komitəsindən yaxşı bilə bilmərəm. Ancaq sırf milli komanda yoldaşım kimi, bu cəzanın çox ağır olduğunu deyə bilərəm. Yaxşı olardı ki, həmin cəzanı bir qədər yüngülləşdirsinlər. Dörd oyunluq cəza ikiyə salınsaydı, daha yaxşı olardı. Mahirin oyun praktikasından əziyyət çəkməsi ola bilər ki, qarşıdakı iki seçmə oyunda özünü biruzə verməsin. Lakin Avstriya və Türkiyə ilə oyunlarda mütləq öz mənfi təsirini göstərəcək. Mənim fikrimcə, Mahirə nə qədər cəza verilmişdisə, heç olmasa, bir neçə oyunluq da simuliyasiya edərək hakimi aldadan Benuahiyə vermək lazım idi. Artıq belə hərəkətlər edən futbolçuların cəzalandırması lazımdır ki, digər oyunçular bundan ibrət götürsünlər.
- “İnter” – “Bakı” görüşündə hakimə təzyiq olunması, oyunun yarımçıq dayandırılması, Lomayanın əxlaqsız hərəkəti haqda nə deyə bilərsən?
- Ümumiyyətlə, bu oyunda baş verənlərdən çox geniş danışmaq olar. Ötən mövsüm “İnter”in qapısına bir-iki dəfə penalti təyin olunması və onların lehinə 11 metrlik cərimə zərbələrinin verilməməsi, onlarda sanki hakimlərin qərəzli olması fikrini oyatmışdı. Son oyunu da əvvəldən sona qədər izləmişdim. Hakim “İnter” komandasının əleyhinə bir neçə səhv qərar verdikdən sonra meydan sahibləri bunu rəqibə simpatiya kimi qəbul etməyə başladılar. ”İnter”in qapısına təyin olunan penalti epizodunu nə klub prezidenti, nə məşqçisi gördü. Əgər dəqiq görsəydilər bəlkə də, belə aqresiv hərəkətlərə yol verməzdilər. Düşünürəm ki, penalti qərarı doğru idi.
- Sən necə düşünürsən, Lomaya topa çıxış zamanı rəqib futbolçuya qarşı bilərəkdən kobud oynadı?
- Həmin onbirmetrlik cərimə zərbəsi “Bakı” və ya “Qarabağ”ın qapısına təyin olunsaydı belə, deyəcəkdim ki, penaltidir. Çünki həqiqətən də burada qayda pozuntusu var idi. Ancaq mən fikirləşmirəm ki, Lomaya bunu qəsdən edib. Mən onun topa çıxışları zamanı hər zaman belə etdiyini çox görmüşəm.
- Yaxşı, qayda pozuntuları və penaltini qoyduq bir qırağa. Bəs, Lomayanın etdiyi əxlaqsız hərəkətə nə demək olar?
- Baxmayaraq ki, Lomaya ilə dostluq münasibətlərimiz var, bu hərəkətinin yersiz və çox pis olduğunu düşünürəm. Belə hərəkətə yol verməməliydi. Mən düşünürəm ki, Lomaya şəxsən Azərbaycan xalqı və futbol ictimaiyyətindən üzr istəməlidir. Çünki futbolu tək kişilər deyil, qadınlarla bərabər futbolçuların yüzlərlə yaxın qohumu da izləyir. Xoşagəlməz hərəkət olduğunu etiraf edib Azərbaycan xalqından üzr istəsin. Hər kəs yaxşı bilir ki, biz qafqazlıyıq və mentalitetimiz belə hərəkətlərə yol vermir.
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi
"Qarabağ" – "Nyukasl" oyununun biletləri satışa çıxarılır
Premyer Liqada 100-cü oyun
"Özümü göstərmək və milliyə dəvət almaq istəyirəm"
“Turan Tovuz” 30-cu oldu
“Qarabağ”ın seleksionerləri və Joni Montiel haqda - Video
"Sabah"ın yubiley qalibiyyəti
"Nyukasl"ın 4 oyun sonra gələn qələbəsi - Video
"Qarabağ" 9, "Sabah" 13 pillə irəlilədi - Dünya reytinqi
"Marsel" baş məşqçisini istefaya göndərdi
"Çelsi" belə xal itirdi - Video
"Nyukasl" "Tottenhem"ə qalib gəldi, uğursuz seriya bitdi
Azərbaycan millisi Qış Olimpiya Oyunlarına başladı
Nəriman Axundzadənin ABŞ klubuna transferi rəsmiləşdi
Eminin "Neftçi"yə qələbə qazandıran qolu - Video
Laportanı fırıldaqçılıqda ittiham etdi
"Desələr “Qarabağ”la oynayın, oynayacağıq" - Yuri Vernidub
Qvardiola onu ən yaxşı baş məşqçi adlandırdı
“Neftçi” "Qəbələ"yə, "Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Karyeramın ən ağır mövsümü ilə üz-üzəyəm"