AZAL klubunun baş məşqçisi Elxan Abdullayevin Qol.Az saytına müsahibəsi
- “Qəbələ”yə qarşı səfərdə keçirdiyiniz oyunda baş verənlərə sizin də münasibətinizi öyrənmək istərdik.
- Görüşün 12-ci dəqiqəsində Mahir Şükürov bizim futbolçumuz Zöhahir Benuahiyə qarşı futbolçuya yaraşmayan hərəkət edərək, ona başla bilərəkdən zərbə vurdu. Bu da hakim tərəfindən haqlı olaraq qırmızı vərəqəylə cəzalandırıldı. Məhz həmin olay meydandakı xoşagəlməz hadisələrə təkan verdi.
- «Qəbələ» rəsmiləri həmin epizodda futbolçunuzun artistlik edərək özünü yeri vurduğunu iddia edir.
- Zərbə qüvvətli alınmışdı, ya yox, onsuz da Mahirə qırmızı vərəqə düşürdü. Düzdü, kənardan həmin oyunçunun yerdə qıvrılması artistlik kimi görünürdü. Ancaq heç kəs dəqiq deyə bilməzdi ki, həmin zərbə ona nə kimi ağrı verdi. Bunu yalnız o, özü dəqiq deyə bilər. Ümumiyyətlə, Mahir peşakar futbolçu olduğundan əsəblərini cilovlamalı və belə hərəkətə yol verməməliydi.
- AZAL-ın futbolçusu topu əllə qapıdan keçirdi. Baş hakim həmin qolu qeydə alsa da, sonra qərarını dəyişdi. Buna sizin reaksiyanız necə oldu?
- Əvvəla, bildirim ki, yaxşı, səviyyəli hakim həmin epizodları qaçırmamalıdır. Digər tərəfdən, hakim baş verənləri yalnız bir rakursdan görürdü. Ona görə köməkçiləri olan yan hakimlərə müraciət edib fikirlərini öyrəndi. Belə hallara futbolda tez-tez rast gəlirik. Qolun qeydə alımamasına gəlincə, doğrudan da, həmin anda futbolçu topu qapıdan əllə keçirmişdi. Düşünürəm ki, hakimin həmin qolu qeydə almaması doğru idi.
- Klubunuzun prezidenti Vaqif Qasımov bildirib ki, qəbələli azarkeşlər tərəfindən futbolçularınız daşa basılıb, stadionda təhlükəsizlik yüksək səviyyədə təşkil olunmayıb.
- Həqiqətən də oyunda çox xoşagəlməz hadisə yaşandı. Düzdü, Qəbələdə xeyli yeni meydança tikilir, inkişaf çox yüksək sürətlə gedir. Ançaq düşünürəm ki, çıxış etdiyimiz meydança hələ oyun üçün tam olaraq yararlı deyil. Həmin ərazidə tikinti getdiyindən ətraf çınqıl daşlarla doludur. Bu da oyuna baxmağa gələn çılğın azarkeşlər üçün əla fürsət yaradır. Hakimin hər hansı bir qərarına etiraz edərək,hirslərini qonaq futbolçulardan çıxaraq daşa basırlar. Kim zəmanət verə bilər ki, həmin hadisələrin təkrarında ölüm hadisəsi olmayacaqdı?
- AZAL qəbələli azarkeşlərin qonaq futbolçulara daş atdıqları üçün İntizam Komitəsindən “Qəbələ”klubuna texniki məğlubiyyət verilməsini istəmişdi. Sizcə, bu, doğru tələb idi?
- Futbolçular daşa basılan zaman artıq bütün üç oyunçu dəyişikliyindən istifadə etmişdik. Həmin zaman bir neçə futbolçumuz ağır yaralansaydı, necə olacaqdı? Əlbəttə ki, oyun dərhal dayandırılmalıdır. Vaqif Qasımovun da sözlərində həqiqət olduğunu düşünürəm. Nəzərə alın ki, biz on dəqiqə təzyiq altında oynamışıq. Buna görə də futbolçular bilmirdilər, oyunu fikirləşsinlər, yoxsa başlarına yağan daşı.
- İntizam Komitəsinin çıxardığı qərardan razı qaldınız?
- “Qəbələ”nin gələn turlarda da rəqiblərinin həmin meydanda qəbul etməsinə yol verilməməlidir. Birincisi, stadiona cəza tətbiq olunmalı idi. Çünki bu meydança oyunların keçirilməsi üçün hələ tam hazır deyil.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi