“Neftçi”nin hücumçusu Fərid Quliyevin Qol.Az saytına müsahibəsi
- Başlayaq lap əvvəldən. Ötən mövsümün ikinci yarısında “Simurq”a icarəyə verildin. Ümumiyyətlə, “Neftçi”dən niyə ayrıldın, səbəb nə oldu?
- Niyə ayrıldığımı mən də bilmirəm. Məşqlərimi edirdim, ancaq meydana çıxmırdım. Həmin vaxt Arif Əsədov mənim komandada olmağımı istəmədi. Ona görə də “Neftçi”dən göndərdi. Ancaq səbəbini bilmədim. Özü də bu barədə heç nə deməmişdi.
- Altı aylıq fasilədən sonra yenidən “Neftçi”nin heyətinə qayıtdın. Bu barədə nə deyə bilərsən?
- Nə deyim. Çox sevinirəm ki, komandaya qayıtmışam. Bundan sonra əlimdən gələni edəcəyəm ki, əsas heyətə düşə bilim. Bura nəyə qadir olduğumu göstərmək üçün gəlmişəm.
- Vaxtilə Böyükağa Hacıyevin başçılığı altında çıxış etmisən. Yenidən bu mütəxəssisin komandasında çıxış edəcəksən.
- Böyükağa müəllimlə bu günə qədər iki dəfə işləmişəm. Onunla çalışmaq çox yaxşıdır. Bu, üçüncü komandadır ki, onun rəhbərliyi altında oynayacağam.
- Həm Arif Əsədovun, həm də Böyükağa Hacıyevin rəhbərliyi altında oynamısan. Bu iki mütəxəssis necə müqayisə edərdin?
- Böyükağa Hacıyev böyük, özünü sübut eləmiş mütəxəssisdir. Ona görə də kimisə onunla müqayisə etmək yersizdir.
- Səni qol vurmağı bacaran, hətta “Standart”ın heyətində bombardir olan hücumçu kimi tanıyırlar. Maraqlıdır, azarkeşlər əvvəlki Fəridi görə biləcəklər?
- Mən də buna çalışıram. Bütün diqqətimi futbola yönəltmişəm. İnşallah, oyundan oyuna əvvəlki Fəridi görə biləcəksiniz.
- Hazırda hazırlıq səviyyən nə yerdədir?
- Pis deyil, normaldır. Bir aya yaxındır ki, “Neftçi”nin heyətində məşqlərə başlamışam. Hamı gündə iki dəfə məşq edəndə, mən daha çox hazırlaşıram. Çünki bir az gecikmişəm. Bu boşluğu doldurmaq üçün çox çalışmalı olduğumu yaxşı bilirəm.
- Necə düşünürsən, əvvəlki formandan çox uzaqsan?
- Yox, elə də uzaq deyiləm. Ancaq oyun praktikası baxımından bir qədər çatışmazlıq var. İstəyirsən lap səhərdən axşama kimi məşq et, bu, oyunun yerini vermir. Oyun praktikası qazanmalıyam. Bunun üçün isə əsas heyətə düşüb, yerimi möhkəmlətməliyəm ki, tez-tez və daha çox meydanda olum.
- Növbəti turda “Neftçi” səfərdə AZAL-ın qonağı olacaq. Həmin oyunda meydana çıxmaq şansın var?
- Hə, çətin səfərə yollanırıq. Hər bir futbolçu kimi mən də həmin görüşdə komandama kömək etmək istəyirəm. İnşallah, AZAL-a qarşı oynayıb, özümü yaxşı tərəfdən göstərməyə çalışacağam.
- Özünü oynamağa hazır sayırsan?
- Əlbəttə. Hazır saymasam, meydana çıxmaq üçün bu qədər səbirsizlənmərəm. Məşqlərdə çox çalışıram ki, oynamaq şansı qazanım. Bu şansdan isə maksimum yararlanmaq istəyirəm.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı