“Neftçi” klubunun yarımmüdafiəçisi Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi
- Bir neçə illik fasilədən sonra yenidən Azərbaycan milli komandasına dəvət aldın. Bu xəbəri necə qarşıladın?
- İlk əvvəl bunun mənim üçün çox sevindirici hal olduğunu deyə bilərəm. Birdəki mən hər zaman milli komandanın oyunlarında canımı qoymağa hazır olmuşam. Əgər milliyə çağırılmışamsa, oynamalıyam.
Çünki artıq iyirmi yaşım yoxdur ki, məni sınağa çağırsınlar. Artıq kifayət qədər təcrübəm var. Oynadığım klubda daim əsas heyətdə çıxış etmişəm. Keçən mövsüm cempionat oyunlarında qızıl medallara sahib olmuşam. Məncə, bu göstəricilər pis deyil.
- Maraqlıdır, görəsən, niyə üç il sonra Berti Foqts səni milli komandada görmək istədi. Nəzərə alaq ki, münasibətləriniz yaxşı səviyyədə deyildi
- Bəlkə özü istəyib. Ola bilər ki, komandada zədəlilər həddindən artıq çoxluq təşkil etdiyi üçün belə addım atıb. Bunu sizə dəqiq deyə bilmərəm. Ancaq bir şeyi dəqiqdir ki, mən yığmada oynasam, ona layiqli futbolçu olduğumu sübut edəcəyəm.
- Yeri gəlmişkən, zədə üzündən bir müddətdi futbol oynamırdın. Yaşıl meydana dönüşün nə vaxta gözlənilir?
- Artıq zədə ilə bağlı problem qalmayıb və demək olar ki, hər şey öz qaydasındadır. “Rəvan”la oyunda iştirak etməməyimin birinci səbəbi keçən mövsümün sonunda “Xəzər Lənkaran”la oyunda qırmızı vərəqə almağım idi. Həm də Böyükağa müəllim bir qədər istirahət edib, zədəmin tam sağalmağını məsləhət gördü. İnşallah, bu həftə “Sumqayıt Şəhər”lə qarşılaşmada forma geyinəcəyim gözlənilir.
- “Neftçi” səfərdə “Rəvan”la qarşılaşmada niyə zəif təsir bağışladı?
- Əvvəla çox zəif çıxış etdiyimizi deməzdim. Digər tərəfdən nəzərə almaq lazımdı ki, bu, komandamızın çempionatda ilk oyunu idi. Ümumi götürəndə, “Neftçi” üçün hər şey yenidən qurulmağa başlayır. Çünki komandaya yeni baş məşqçi təyin olunub. Hər bir çalışdırıcı kimi, onun da futbola öz baxışı var. Oyuna gəlincə isə rəqibin də qol vurmaq üçün bir neçə təhlükəli epizodu oldu. Ancaq bizim yaratdığımız qol vəziyyətləri daha təhlükəli idi, üstünlüyümüz isə açıq aydın görünürdü.
- Növbəti oyununuz çempionatın debütantı, iki oyundur uduzsa da, hələ ki pis təsir bağışlamayan “Sumqayıt Şəhər”lə olacaq.
- Bu komandanın “Xəzər Lənkaran”və “Qəbələ”lə oyunlarını diqqətlə izləmişəm, çox yaxşı təsir bağışladılar. Klubun heyəti bir-iki oyunçu istisna olmaqla gənc futbolçulardan təşkil edilib. Belə debütant komandalar “Neftçi” kimi güclü kollektivə qarşı ikiqat üstün oyun nümaiş etdirərək, özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Bu kimi klublarla görüşdə daha da diqqətli oynamalıyıq. Əks halda bizim üçün nəticə heç də yaxşı olmaya bilər. Çalışacağıq ki, oyunun ilk dəqiqələrindən üstünlüyü ələ alaq.
- “Neftçi”də legionerlərlə yerli futbolçular arasında münasibət hansı səviyyədədir. Bəzi komandalarda bu münasibətlər yaxşı deyil.
- Düzü, hələ lap əvvəldən mən bu komandaya gələndə əcnəbi və yerli futbolçular arasında hansısa problemə rast gəlməmişəm. Digər klublarda bu yöndə işlər hansı vəziyyətdədir deyə bilmərəm. Ancaq bizdə əcnəbilərlə yerli futbolçular arasında münasibət çox əla səviyyədədir.Yəni, hər kəs ona aid olan işlə məşğuldur.
- Bəs, komandanın yeni baş məşqçisi Böyükağa Hacıyevlə münasibətləriniz necədir?
- Hansı yerli məşqçilərlə işləmişəmsə, heç biri ilə münasibətim pis olmayıb. Dediyim kimi, yeni baş məşqçinin də futbola öz baxışı var. Çalışırıq ki, onun verdiyi təlimaları və tələbləri yerinə yetirək. Ümumiyyətlə futbolçu ilə məşqçi arasında münasibətlər fərdi olmalıdır. Mən heç vaxt məşqçiyə yarınmamışam. Belə şeyləri xoşlamıram. Karyeram ərzində nə daydayı hesabına, nə də kiminsə zəngi ilə meydana çıxmışam. Şükürlər olsun ki, hər zaman özümə və oyunuma güvənmişəm.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı