“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
- Cari mövsüm Premyer Liqada ilk oyununuzu Quzanlıda “İnter”ə qarşı keçirdiniz. Matçdan sonrakı mətbuat konfransında komandanın çıxışından razı qalmadığınızı demişdiniz. Konkret olaraq hansı futbolçuların oyunu sizi qane etmədi?
- Elə bir baxımlı oyun da göstərə bilmədik. Buna şərait də yox idi. Həm meydança yaxşı deyildi, həm də hava isti idi. Belə vəziyyətdə baxımlı oyun alınmazdı. Sadəcə ondan razı qaldım ki, futbolçular nəticə üçün oynamağı bacardılar. Lazımı anda qələbə qazana bildilər.
- Dediniz ki, stadionun ot örüyü yaxşı vəziyyətdə deyildi. Maraqlıdır, bundan sonra necə olacaq? Komanda həmin örtükdə oynayacaq, yoxsa hər hansı bərpa işləri aparılandan sonra orada oynamaq mümkün olacaq?
- İnşallah, elə orada oynayacağıq. Təmir işləri indidən gedir. Son vaxtlar ölkə ərazisində havaların isti keçməsi ot örtüyünü yandırıb. Hazırda işçilərimiz Ağdamda lazımı işləri görür. Yəqin ki, oyundan-oyuna daha yaxşı olacaq.
- Zədəli futbolçuların çoxluğu “İnter”lə oyunda hiss olunurdu?
- Əlbəttə, hiss olunurdu. Zədəlilərdən başqa, bəzi futbolçularımız da tam hazırlıqlı deyildilər. Buna görə də şükürlər olsun Allaha, hər şey bizim üçün yaxşı qurtardı.
- Zədəlilərin vəziyyəti nə yerdədi?
- Zədəlilər də get-gedə yaxşılaşırlar. Ancaq inanmıram ki, onlardan hansısa növbəti oyunda “Kəpəz”ə qarşı oynaya bilsin. Hamısı qarşıdakı oyunu buraxacaq.
- “İnter”lə matçın ikinci hissəsi başlayan kimi Nderim Necipini əvəzlədiniz. Bu nə ilə əlaqədar idi?
- O, topla çox oynamağı xoşlayan futbolçudur. Ancaq hava şəraiti və meydança amili ona öz oyununu göstərməyə mane oldu. Bununla belə futbolçu istənilən şəraitə uyğunlaşa bilməli və öz oyununu göstərməlidir. Düzdür, Necipi elə də yaxşı təsir bağışlamadı. Ancaq onu meydançadan çıxarmağım sırf bununla bağlı deyildi. Hərdən oyunun gedişində əvəzetmələr lazım olur. Burada elə bir şey yoxdur.
- Cari mövsümdə başlıca hədəf kimi qarşınıza çempionluq qoyulub. Necə düşünürsünüz, hazırkı heyət qarşıya qoyulan məqsəd üçün yetərlidir?
- İnşallah, sonadək oynayacağıq. Elə əlimizdə olan futolçularla çempionluq sevinci yaşamaq istəyirik. Əsas istəyimiz milli oyunçuların uğur qazanmasıdır. Çalışırıq ki, öz yerli oyunçularımız çempionata, istənilən şəraitə uyğunlaşsınlar. Daha çox onların qələbəsini istəyirik. Bunu isə həm milli komanda, həm özümüz, həm də bütün azarkeşlər üçün etmək istəyirik. Böyük oyunlar üçün bizim gənclərin oynaması çox vacibdir. İnşallah, problemlər aradan qalxdıqdan sonra pis olmayacaq.
- Uzun müddətdən sonra “Qarabağ” yenidən Quzanlıya qayıtdı. Əvvəllər deyirdiniz ki, yol uzaqdır, futbolçular yorulur, şərait yaxşı deyil. Gördüyümz qədərilə şərait hələ də ideal səviyyədə deyil. Təkcə ot örtüyünü misal gətirmək kifayətdir. Yol isə həmin uzaq yoldur. Qarşısına çempionluq hədəfi qoyan bir komanda üçün bu amillər hansısa çətinlik yarada bilər?
- Bunların hamısını nəzərə almışıq. Yorğunluq yenə olacaq. Ancaq Quzanlıdakı azarkeşləri də düşünürük. Həm də futbolçular orada daha istəkli oynayırlar. Bundan başqa, yollar da nisbətən düzəlib. Əvvəl oyuna getməyə çox vaxt keçirdi. Ancaq indi xeyli fərq edir.
- Bayaq qeyd etdiniz ki, stadionda təmir işləri davam edir. Ot örtüyü nə vaxt ideal vəziyyətə gələcək?
- İdeal deməzdim. Çünki bunun üçün stadion müəyyən müddətə bağlanmalıdır. Amma inşallah, oyundan oyuna yaxşı vəziyyətə düşəcək.
- Növbəti turda Gəncəyə səfər edəcəksiniz. “Kəpəz”lə oyun barədə nə deyə bilərsiniz?
- Həqiqətən çətin bir səfərə gedirik. Gəncədə oynamaq həmişə ağır olub. Hazırda yaxşı komanda formalaşıb. Düzdür, zədəlilərimiz, müəyyən çatışmazlıqlarımız var. Ancaq buna baxmayaraq, oynayacağıq. Maksimum nəticə üçün meydana çıxacağıq.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi