“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyevin Qol.Az saytına müsahibəsi
- Dünən “Rəvan”la çempionat oyununda 1:0 hesabı ilə qələbə qazandınız. Futbolçularınızın oyunundan razı qaldınız?
Özünüz də yaxşı bilirsiniz ki, komandanı on gündür qəbul etmişəm. Bundan başqa klubun heyətində zədəli futbolçular həddindən artıq çoxdur. Rəşad Abdullayev və Mpenza zədələnib və bundan başqa komandada psixoloji vəziyyət istənilən səviyyədə deyil. Çempionlar Liqasında “Neftçi”səfərdə “Dinamo”ya böyükhesablı məğlub olduğundan futbolçularda hardasa sınmada müşahidə olunur.
“Rəvan”la səfər oyunu isə çox çətin keçdi. Hiss olunur ki, “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov komandaya həqiqətən iş görməyə gəlib.
- Çempionatın debütantı “Rəvan” sizə neçə təsir bağışladı?
- Əvvəla “Rəvan”a debütant komanda deməzdim. Çünki keçən mövsüm “Muğan”da oynayan futbolçuların demək olar ki, yarısından çoxu indi “Rəvan”ın formasını geyinir. Rəqib yaxşı təsir bağışladı. Həm də komandanın sükanı arxasında Bəhmən Həsənov kimi məşqçi var. Düşünürəm ki, bu klub çempionatda hələ çoxlarına başağrısı olacaq.
- Necə düşünürsünüz, keçən mövsümün çempionu “Neftçi” “Rəvan”la oyunda zəif təsir bağışlamadı?
- Düzdü, “Rəvan”ın qol vurmaq imkanları oldu. Ancaq oyuna diqqətlə baxanda “Neftçi”nin rəqibindən üstün olduğu açıq-aydın görünür.
- Nədən bu dəfə Ruslan Abışovu dayaq yarımmüdafiəçi ampulasında oynatdınız?
- Mən deyərdim ki, Ruslan Abışov Azərbaycanın nadir futbolçularındandır ki, müdafiənin istənilən yerində oynamağı bacarır. Bu futbolçu unversaldır və məni hər cəhətdən qane edir. Nə vaxta qədər məni zəif məşqçi kimi görəcəksiz? Deyin ki, Böyükağa müəllim novator məşqçidi, Azərbaycan futboluna təzə, yeni nəfəs gətirib.
- Növbəti oyunda bəzi zədəli futbolçuların sağalaraq meydana çıxması gözlənilir?
- Əvvəlki zədəlilərin olması bir yana qalsın, hələ üstəlik daha bir neçə oyunçumuz da zədələnib. “Rəvan”la oyunda Ruslan Əmircanovla yanaşı, Flavinyo da zədə aldı. İndi sonuncunun əli gipsdədir. Mən gələndə də zədəli futbolçular çoxluq təşkil edirdi.
- “Neftçi”nin aparıcı oyunçularından sayılan Flavinyonun meydanda varlığı nəzərə çarpmırdı. Deyəsən, Flavinyo da Bahadırın xəstəliyinə tuş gəlib.
- Deməzdim ki, Flavinyo komanda yoldaşı Bahadırın aqibətini yaşayacaq. Braziliyalı komandaya çox kömək olmaqla bərabər, rəqib futbolçuları da daim həyacanda saxlamağı bacarır. Bahadıra gəlincə, düşünürəm ki, o klubunun heyətində hələ çox vacib qollar vuracaq.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı