AZAL klubunun hücumçusu Elşən Məmmədovun Qol.Az saytına müsahibəsi
- Səncə, Makedoniya-Azərbaycan arasında keçirilən son yoldaşlıq görüşündə yığmamız necə təsir bağışladı?
- Millimiz ilk hissədə yaxşı oyun sərgiləsə də, ikinci yarıda bunların tam əksini gördük. Mən düşünürəm ki, Azərbaycan yığması rəqibdən asılı olmayaraq, ev oyunlarında ən azı məğlub olmamalıdır. Oyunu bir futbolçu və azarkeş olaraq axıra qədər izlədim. Təəssüf ki, yenə məğlub olduq.
- Son günlər belə fikirlər çoxalıb ki, yığma komandamız bir çox təhlükəli vəziyyətlər yaratsa da, son nöqtəni qoyan hücumçu tapılmır. Sən bununla razısan?
- Əgər qol vura bilmiriksə, burada təkcə hücumçu deyil, bütün komandanın təqsiri var. Belə bir problemin olduğunu yəqin ki, baş məşqçi və onun köməkçiləri bilər. Mən ad çəkmək istəmirəm, ancaq komandada bəzi futbolçular var ki, onlarda əzmkarlıq çatışmırdı. Əgər milli komandanın heyətində oynayırsansa, meydanda hər santimetr uğrunda mübarizə aparmalısan. Həmin oyunda bütün matçboyu heç iki kilometr qaçmayan futbolçular vardı. Bu da onların həmin görüşə və yığmanın oyununa məsuliyyətsiz yanaşmasından başqa bir şey deyildi.
- Gərək ki, millinin təlim-məşq prosesinə səni də çağırmışdılar.
- Bəli. Komandayla birgə dörd gün məşqlər keçsəm də, yığmaya cəlb olunmadım. Ancaq çox istərdim ki, millinin oyunlarında komandama kömək edim. Neyləmək olar? Həvəsdən düşmürəm, inanıram ki, növbəti oyunlarda millidə çıxış edəcəyəm. Çünki buna layiq olduğumu düşünürəm.
- Bəlkə, səni millidə çıxış edən hücumçulardan zəif hesab edirlər?
- Yeri gələndə, həmin oyunda hücumçular heç də xoş təsir bağışlamadılar. Bir də ki, sizə bir söz deyim, Azərbaycanda çıxış edən yerli futbolçulardan kimsə digərindən güclü deyil. Hücumçuların demək olar ki, hamımız eyni səviyyədə çıxış edir. Yəni bizdə yerli hücumçulardan götürsək, əvəzolunmazı yoxdur. Əvəzolunmaz bilirsiniz kimdi? Məsələn, Makedoniya yığmasındakı Qoran Pandev. Yəni istər Rauf, istərsə də Murad, bizim aramızda elə bir fərq yoxdur.
- İndi də klubun haqda danışaq. İki gun sonra çempionatda “Xəzər Lənkaran”la qarşılaşacaqsınız.
- Bütün rəqiblərlə oyuna eyni səviyyədə hazırlaşsaq da, “Xəzər Lənkaran”la matça xüsusi hazırlaşmışıq. Çünki bu rəqib çempionatın ən iddialı və güclü komandalarından sayılır. Bu oyunu həm stadiondakı, həm də televiziya ekranı qarşısındakı çoxlu azarkeş maraqla izləyəcək. Buna görə də qarılaşmaya çox məsuliyyətlə hazırlaşmışıq. Biz də ev oyunu oynadığımız üçün ancaq qələbə naminə meydana çıxacağıq.
- Bir hücumçu kimi “Xəzər Lənkaran”ın güclü müdafiəsini yararaq qol vurmaq sənin üçün çətin olmayacaq ki?
- Əvvəla biz rəqibi evdə qəbul etdiyimizdən üstün tərəf sayılacağıq. Digər tərəfdən, “Xəzər Lənkaran” səfər komandası sayılmır və daha çox evdə məğlubedilməz olurlar. Əgər yadınızdadırsa, keçən mövsüm də səfərdə o qədər də uğurlu nəticələr əldə edə bilmirdi. Mən heç xatırlamıram ki, “Xəzər Lənkaran” səfərdə iddialı komandalardan olan “Neftçi”ni məğlub etsin.
- Bəs, “Xəzər Lənkaran”ın heyətində çıxış edən güclü və səviyyəli legionerlər haqda nə deyə bilərsən?
- Onsuz da iddialı klubların heyətində səviyyəli legionerlər çoxdur. Bütün bunlara baxmayaraq, biz onlardan heç də zəif saymırıq. Meydana çıxıb öz oyunumuzu oynayacağıq.
- Bu mövsüm AZAL-ın qarşısına hansı məqsədlər qoyulub?
- Əsas vəzifəmiz avrokuboklara vəsiqə qazanmaqdır. Maksimum hədəfimiz isə birinci-ikinci yerlər uğrunda mübarizə aparmaqdır. Biz də bunu çox istəyirik. Lakin hər şeyi zaman göstərəcək.
- Komandanızın oyununda hardasa anlaşılmazlıq var?
- Əvvəl bir az xətlərarasında problemlər yaşanırdı. Ancaq zaman keçdikcə, məşqlərin sayı artdıqca anlaşılmalıqlar aradan qaldırılır. Yəqin ki, oyundan-oyuna hər şey öz qaydasına düşəcək. AZAL klubu çempionatda yuxarı yerlər uğrunda mübarizədə əlindən gələni edəcək.
- Komandanın yeni baş məşqçisi Elxan Abdullayevlə münasibətlərin hansı səviyyədədir?
- Baş məşqçimiz, eləcə də komanda yoldaşlarımla münasibətim normal qaydadadır. Mən deyərdim ki, Elxan müəllim gəldikdən sonra mehriban bir kollektiv yaradıbr. Biz də öz növbəmizdə çalışacağıq ki, onun ümidlərini doğruldaq.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı