“Turan”ın yarımmüdafiəçisi Ramal Hüseynovun Qol.Az saytına müsahibəsi
- Sabah “Turan” Tovuzda “Kəpəz”lə vacib oyuna çıxacaq. Futbol tariximizə “qərb derbisi” kimi düşmüş bu görüş barədə nə deyə bilərsən?
- Vallah, “Kəpəz”lə “Turan” arasında həmişə derbi olub. Bunu bütün futbol ictimaiyyəti bilir. Ona görə də mən belə düşünürəm ki, çox çətin oyun olacaq. Yenə deyirəm, biz çox komandalar üçün rəqibik. Eləcə də “Kəpəz” üçün. Sabahkı oyundan yalnız qələbə gözləyirik. Üç xal üçün hazırlaşırıq.
- Hazırlıqlarınız necə gedir. Komanda hər hansı çatışmazlıq var?
- Hazırlıqlarımız yüksək səviyyədə gedir. Sağ olsunlar, klub rəhbərliyi oyunqabağı bütün problemləri yoluna qoyur. Ona görə də futbolçular ancaq oyun barədə düşünürlər. İnşallah, mən inanıram ki, hər şey bizim üçün yaxşı olacaq.
- Ötən mövsümün sonunda “Gəncə”ni “Turan”a dəyişdin. Səhv eləmirəmsə, komandadan küskün ayrılmışdın. Bu baxımdan, sabahkı oyunda “Kəpəz”ə qarşı hər hansı prinsipiallıq ola bilərmi?
- Keçən il “Gəncə”nin şərəfini qoruyurdum, bu il isə “Turan”ın uğurları üçün tər tökürəm. Bu futboldur, mən də peşəkar futbolçuyam. Amma mən deyərdim ki, sabahkı oyuna çox ciddi hazırlaşıram.
- Bir qədər keçmişə qayıdaq. Ümumiyyətlə, “Gəncə”dən əsas ayrılma səbəbin nə oldu?
- Orda mənə qarşı yalançılıq oldu. Futbol aləmində hamı bilir ki, mən pula elə də çox önəm verməmişəm. Ancaq “Kəpəz”ə keçəndən sonra bizə deyirdilər ki, hər şey yaxşı olacaq. Ancaq ortada bir şey yox idi. Belə olan halda mən orada qala bilməzdim. Yalançılığa dözə bilmədim, ona görə də komandadan ayrıldım. Çoxları düşünürdü ki, mən pula görə “Gəncə”dən ayrıldım. Ancaq belə deyil. Əsas səbəb yalançılıq oldu. Onu deyim ki, azarkeşlər də mənim getməyimi istəmirdilər.
- Ötən mövsüm Gəncədə çıxış etmisən, cari mövsüm isə Tovuzda oynayırsan. Bu iki bölgənin futbolu arasında nə kimi fərq nəzərə çarpır?
- Elə ciddi fərq yoxdur. Hər ikisi köklü və güclü klublardır. Həm “Kəpəz”, həm də “Turan”ın çılğın azarkeşləri var. Amma mən Tovuza gəldiyim üçün heç də peşman deyiləm.
- Bir ara mətbuatda belə xəbərlər dolaşırdı ki, “Turan”ın futbolçuları maaşlarını vaxtı-vaxtında ala bilmirlər. Tovuz klubuna keçidindən sonra belə halla üzləşmisən?
- Bu söz-söhbətlər bizə qarşı təxribat ola bilər. “Turan”da hələ belə bir problemlə qarşılaşmamışam. Burada futbolçular üçün elə bir şərait yaradıblar ki, heç vaxt belə problemlər olmur. Bunlar hamısı komandanın içində qarışıqlıq yaratmaq üçün buraxılan şayiələrdir.
- Vaxtilə Əsgər Abdullayevin başçılığı altında oynamısan. Ümumiyyətlə, bu mütəxəssis barədə nə düşünürsən? “Turan”da uğur qazana biləcək?
- Sizin də dediyiniz kimi, Əsgər müəllimi çoxdan tanıyıram. Əvvəllər də mənim məşqçim olub. Vaxtilə millini də çalışdırıb. Tanınmış mütəxəssisdir. Eşidəndə ki, Tovuza gəlir, çox sevinmişdim. Mənim “Turan”a keçməyimin başlıca səbəbi də elə Əsgər müəllimdir. AZAL kimi komandanı gətirib, haralara çıxardı. Halbuki heç kim inanmırdı. Əminəm ki, “Turan”da da eyni uğuru qazanacaq.
- Hazırda “Turan”da gənclərlə təcrübəli oyunçuların sintezi var. Komandada uyğunlaşma baxımından hər hansı problem hiss olunur?
- Yox, belə bir problem yoxdur. “Turan”da belə bir şey var ki, burada yerli gənclərə çox üstünlük verilir. Bu isə çox yaxşı haldır. Digər klublarımız da bu amilə diqqət yetirsə, futbolumuz daha yaxşı olacaq.
- Makedoniya yığması ilə yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında Tovuz futbol məktəbinin yetirməsi, hazırda isə karyerasını “Qəbələ”də davam etdirən Vurğun Hüseynov “Turan”dakı şəraitsizlikdən şikayətlənmişdi. Sən Vurğunun bu fikirləri ilə razısan?
- Mən Vurğunun fikri ilə razı deyiləm. Birincisi, futbolçu çörək yediyi yerə qarşı elə söhbət eləməsin. Yəni səni “Turan” klubu yetişdirib. Mən bundan əvvəl də Tovuzda oynamışam. Burada heç bir problem yoxdur. Niyə şərait yoxdur ki? Bazası var, yeməyi, pulu vaxtı-vaxtında verilir. Futbolçuya bundan artıq nə lazımdır? Sadəcə oynamaq lazımdır. Yenə deyirəm, Vurğun səhv danışıb.
- Yeni mövsümdə qarşınıza qoyulan başlıca hədəf nədir?
- “Tovuz”un ən birinci hədəfi Azərbaycan futbolu üçün oyunçu yetişdirməkdir. Bununla yanaşı, komanda nə qədər yuxarı qalxsa, bir o qədər yaxşıdır. Prezidentimiz də qarşımıza bu hədəfi qoyub. Ancaq oilk “altılığ”a düşsək daha yaxşı olar. Bunun üçün çalışacağıq.
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi
"Qarabağ" – "Nyukasl" oyununun biletləri satışa çıxarılır
Premyer Liqada 100-cü oyun
"Özümü göstərmək və milliyə dəvət almaq istəyirəm"
“Turan Tovuz” 30-cu oldu
“Qarabağ”ın seleksionerləri və Joni Montiel haqda - Video
"Sabah"ın yubiley qalibiyyəti
"Nyukasl"ın 4 oyun sonra gələn qələbəsi - Video
"Qarabağ" 9, "Sabah" 13 pillə irəlilədi - Dünya reytinqi
"Marsel" baş məşqçisini istefaya göndərdi
"Çelsi" belə xal itirdi - Video
"Nyukasl" "Tottenhem"ə qalib gəldi, uğursuz seriya bitdi
Azərbaycan millisi Qış Olimpiya Oyunlarına başladı
Nəriman Axundzadənin ABŞ klubuna transferi rəsmiləşdi
Eminin "Neftçi"yə qələbə qazandıran qolu - Video
Laportanı fırıldaqçılıqda ittiham etdi
"Desələr “Qarabağ”la oynayın, oynayacağıq" - Yuri Vernidub
Qvardiola onu ən yaxşı baş məşqçi adlandırdı
“Neftçi” "Qəbələ"yə, "Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Karyeramın ən ağır mövsümü ilə üz-üzəyəm"