«Qarabağ»ın kapitanı Rəşad Sadiqovun Qol.Az saytına müsahibəsi
- İlk əvvəl ailənizdəki itkiyə, qardaşının vəfatına görə sənə bir daha başsağlığı veririk.
- Təşəkkür edirəm. Mən də bu fürsətdən istifadə edib, çətin günümdə mənə mənəvi dəstək olan insanlara, yaxınlarıma, klubumuza, məşqçilərimə, futbolçu dostlarıma, mediaya və azarkeşlərə «çox sağ olun» deyirəm.
- Komanda yoldaşların deyir ki, əgər Rəşad səfərdəki oyunda iştirak etsəydi, «Brügge»yə belə böyük hesabla məğlub olmayacaqdınız.
- Bəlkə də böyükhesablı məğlubiyyət yaşamazdıq. Çünki komandanın iki aparıcı oyunçusu - mən və Vuqar Nadirov həmin oyunda komandaya kömək edə bilmədi. Bir də nəzərə alsaq ki, futbolçular böyük stress altında meydana çıxmışdılar. Bütün hallarda «Brügge»yə məğlubiyyəti faciə saymıram. Komanda yoldaşlarım oyun ərəfəsində o qədər həyacan keçirmişdilər ki… Hətta bütün komanda İstanbuldan geri qayıtmaq istəyirdi. Belə vəziyyətdən sonra meydana çıxıb iki əsas futoblçu olmadan, yaxşı oyun göstərərək nəticə qazanmaq çox çətindir.
- Amma təkrar oyunda komanda toparlana bildi və qələbə qazandı.
- Bu cür komandayla Avropa turnirində qarşılaşmaq, doğma azarkeşlər önündə minimal hesabla olsa da , qalib gəlmək, həm şərəf, həm də böyük təcrübədir.
- Necə düşünürsən, təkrar matçda erkən qol vursaydınız, mərhələ adlamaq şansınız olacaqdı?
- Özünüz də yaxşı gördünüz ki, axırıncı dəqiqələrdə qol vurmağımız onları caş-baş saldı. Artıq bizdən çəkinməyə başladılar. Bu da onların oyununda xeyli geriləməyə səbəb oldu. Bu fakt belə düşünməyə əsas verir ki, əgər erkən qol vura bilsəydik, hər şey başqa cür ola bilərdi. Çünki qoldan sonra hesabı artırmaq üçün hələ bir neçə şansımız da oldu. Təəssüf ki, bundan istifadə edə bilmədik.
- Deyilənə görə, «Brügge» ilə oyunda zədə almısan və bir müddət yaşıl meydandan uzaq olacaqsan.
- “Brügge”ilə oyunun birinci hissəsində rəqib futbolçunun ayağı dizimə tuş gəldi və ciddi zədə aldım. Acığı, ağrılarım çox olduğundan ikinci yarıda meydana yalnız iynənin köməkliyi ilə çıxa bildim. Bunu da etməliydim. Çünki komandanın mənim köməyimə böyük ehtiyacı vardı. Oyundan sonra həkimə müraciət edib müayinə olduqdan sonra məlum oldu ki, dizimdə qan sızma ilə bərabər diz bağlarının birində möhkəm əzilmə var. Məhz bu səbəbdən həkimlər bir həftə futbol oynamağıma qadağa qoydular.
- Belə çıxır ki, qarşıdan gələn “İnter”lə oyunu buraxacaqsan?
Bəli, çox güman ki, belə olacaq. Bilirəm, Vuqarın və mənim oynamamağım hardasa komandanın oyununda özünü göstərəcək. Ancaq inanıram ki, “Qarabağ” sonda meydandan qalib ayrılan tərəf olacaq.
- Milli komandanın Makedoniya ilə yoldaşlıq oyununa da zədə səbəbindən çağırılmamısan.
- Həm zədə səbəb oldu, həm də açığı, bir az istirahət vermək qərarın gəldilər. Onların özləri də dedi ki, biz qərara gəldik ki, sənin bir az istirahətə ehtiyacın var. Yəni bütün bunlardan sonra başın açılsın, hər şey öz qaydasına düşdün, sonra yenə milliyə qayıdarsan. Onsuz da zədəm millidə özümü göstərməyə imkan verməyəcəkdi.
- Makedoniya ilə yoldaşlıq görüşündə milli komandamızdan hansı nəticəni gözləməyə dəyər?
- Nəzərə alsaq ki, rəqib Avropanın öndə gedən komandalarından deyil, onlarla oynayıb sərfəli nəticə almaq olar. İnşallah, inanıram ki. komandamız qələbə qazanaraq azarkeşlərə sevinc bəxş edəcək.
- Gələk, yenə “Qarabağ”a. Komandanızın qarşısına bu mövsüm çempion olmaq vəzifəsi qoyulub.
- Bəli. Düşünürəm ki, “Qarabağ”ın Çempionlar Liqasında oynamaq vaxtı çatıb. Artıq komandanın bütün futbolçuları çempion olmaq arzusu ilə alışıb-yanır. Bir də ki, Avroliqanın qrup mərhələsinə düşməyin ən rahat yolu məhz ÇL-də oynamaqdır.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı