AZAL klubunun prezidenti Vaqif Qasımovun Qol.Az saytına müsahibəsi
- Komandanızın dünən Zaqatalada “Simurq”a qarşı keçirdiyi oyunu izlədiniz?
- Əlbəttə, izlədim. Bütün gecə yol gəlmişəm.
- AZAL-ın oyunundan razı qaldınız?
- Oyundan əvvəl komandada çoxlu problemlər var idi. Əsas heyətin 5 üzvü müxtəlif səbəblərə görə, meydana çıxa bilmədi. İki yeni oyunçumuz var, adlarını çəkməyəcəyəm, onların debütü baş tutmadı. Usim və Petrov zədə səbəbindən oynaya bilmədi. Müdafiədə təkcə Aqil qalmışdı. Gördüm, oyunçu yoxdur, Nuqzarı qoydum müdafiəyə. Bütün oyunu Mənsurun üzərində qururuq. O da kondisionerin altında yatıb, boynu tutulmuşdu. Bir sözlə, heyətlə bağlı problemlərimiz var idi. Yaxşı ki, oyunun əvvəllərindən üstünlüyü əlimizə alıb, rəqibi təzyiq altında saxlaya bildik.
- Meydanda gedən mübarizə sizi qane etdi?
- Hə, çox razı qaldım. Həm futbolçular, həm də baş məşqçi Elxan Abdullayev ümidləri doğrultdu. 3 qol vurduq, ancaq daha bir neçəsini də vura bilərdik.
- Qeyd etdiniz ki, heyətdə iki yeni futbolçu var. Ancaq onların debütü baş tutmadı. Maraqlıdır, bu futbolçuların meydana çıxmasına hansı amil mane oldu?
- Futbolçularla müqavilə imzalansa da, onların transfer vərəqələri hələlik əlimizə çatmayıb. Ona görə də bu oyunçular dünənki oyunda komandaya kömək edə bilmədilər.
- Ümumiyyətlə, yeni baş məşqçinin qarşısına hansı məqsəd qoymusunuz?
- Ancaq çempion olmaq. Ən azından kuboku götürmək. Başqa məqsəd ola bilməz. “Altılığ”a düşmək artıq bizim üçün hədəf ola bilməz. Daha yüksək yerlər uğrunda mübarizə aparmalıyıq. Birinci “altılığ”a düşüb son pilləni tutmaqla, ikinci “altılıq”da birinci yeri tutmaq eynidir.
- Pius İkediyanın məsələsi nə yerdə qalıb? Bildiyimizə görə, futbolçu AZAL-dan xəbərsiz Şimali Kipr klubu ilə müqavilə imzalayıb.
- Hə, elədir. Köpəkoğlu gəlib, gözünün yaşını tökdü ki, anam xəstədir. Mənə icazə verin, gedib onu görüm. Mənim də yazığım gəldi, inanıb, icazə verdim. Sonra da eşitdim ki, başqa klubla müqavilə bağlayıb.
- İkediyanın AZAL-la neçə illik müqaviləsi var?
- Müqavilə ilə daha bir il burda oynamalı idi. Hətta bu xəbərlər təzə çıxanda, zəng vurub söz-söhbətlərə aydınlıq gətirməsini tələb etdik. O da “kontrakt, kontrakt” - deyə cavab verdi. Yəni müqaviləm var. Əvvəlcə inandım. Sonra dedim ki, ondan gözüm su içmir. Maraqlanın, görün nə işlə məşğuldur. Yalnız bundan sonra məlum oldu ki, İkedia bizimlə müqaviləsi ola-ola başqa komanda ilə razılığa gəlib.
- Bununla bağlı hansısa tədbir görmüsünüz? Müvafiq yerlərə müraciət olunub?
- Əlbəttə, o cəzalanmalıdır. Başqa söhbət ola bilməz. Artıq UEFA-ya, eyni zamanda AFFA-ya da müraciət etmişik. Lazımi tədbirlər görüləcək. Baş katib Elxan Məmmədov mənə dedi ki, Şimali Kipr UEFA-nın üzvü deyil. Ona görə də bu ölkənin klubunu cəzalandıra bilməz. Ancaq futbolçu barəsində mütləq tədbir görüləcək. Hətta Türkiyə Futbol Federasiyasına da müraciət etmişik ki, görün, sizin menecerlər hansı işlərlə məşğul olurlar.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi