Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Azərbaycan" qəzetinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Bu gün 2011/2012-ci il mövsümünün ölkə çempionatı start götürür. Yarışların keçirilməsində nə kimi yeniliklər var?
- Premyer Liqanın XX çempionatının keçirilməsində elə bir ciddi yenilik yoxdu. Yenə altılıq sistemindən istifadə olunacaq. Legioner limitini isə 8+3 kimi saxlamışıq. Bu il biz püşkatmada müəyyən dəyişikliklər etmişdik. Belə ki, eyni stadiondan istifadə edən komandalar artıq eyni turda rəqiblərini evdə qəbul edə bilməyəcək. Komandalardan biri evdə qarşılaşdığı halda, digəri səfərə yollanacaq. Bu da stadionların ot örtüyünün normal səviyyədə saxlanılması üçün edilmişdi.
- Əsas komandalar üçün gənc futbolçular hazırlayan birinci divizionda yarışlar necə təşkil olunacaq?
- Birinci divizionda daha çox gənc futbolçuların oynadığını, buradakı komandaların maddi durumunu da nəzərə alaraq reqlamentdə bəzi dəyişikliklər etmişik. Bu dəyişikliklər ondan ibarət olacaq ki, birinci divizionda çempion olan komanda birbaşa Premyer Liqaya yüksələcək. İkinci yerin sahibi isə Premyer Liqada 11-ci yeri tutan komanda ilə pley-off görüşü keçirəcək.
- Ötən mövsüm komandaların ölkə çempionatında və xaricdəki çıxışları televiziya vasitəsilə yetərincə yayımlanmadı. Bu dəfə vəziyyət necə olacaq?
- Bildiyiniz kimi, yayım hüququ klubların xahişi ilə özlərinə verilmişdi. Yayım hüququ özlərində olmalarına baxmayaraq, hansı klubun televiziya kanalları ilə müqaviləsi yox idisə, PFL bəzi maraqlı qarşılaşmaların efirə verilməsində yardımçı oldu və əyalətdə keçirilən bir sıra görüşlər bizim səyimiz nəticəsində tamaşaçılara təqdim olundu. Premyer Liqanın oyunlarının hamısı olmasa da, bir çox maraqlı oyunlar yayımlandı. Amma yenə də təəssüflə vurğulamalıyıq ki, televiziya kanallarımız əcnəbi ölkələrin futbol çempionatlarına külli miqdarda pul xərcləyib göstərsələr də, öz çempionatımızın yayımında o qədər də maraqlı deyillər.
- Keçən çempionatda Ağdamın "Qarabağ" komandasının ev oyunlarını doğma meydanda keçirməməsi azarkeşlərin narazılığına səbəb oldu. Yeni mövsümdə vəziyyət necə olacaq?
- "Qarabağ" komandasının Ağdamda oynamasının azarkeşlərdən də, jurnalistlərdən də öncə ən birinci tərəfdarı AFFA prezidenti Rövnəq Abdullayev olub. Burada müəyyən məqsədlərimiz də olub, ancaq onu açıqlamaq istəmirəm. "Qarabağ" futbol klubu da builki sifariş vərəqəsində əsas meydança kimi Ağdamın Quzanlı qəsəbəsindəki stadionu, köməkçi stadion kimi isə Suraxanı qəsəbəsindəki meydançanı göstərib. Klub rəhbəri ilə söhbətimizdə belə qərara gəldik ki, əgər hava şəraiti imkan verməsə, stadionun ot örtüyü lazımi səviyyədə olmasa, AFFA nümayəndəsi meydançaya baxış keçirərək müvafiq qərar verəcəyi halda komanda oyunlarını Bakıda keçirə bilər. Artıq növbəti turun oyunlarından "Qarabağ" rəqiblərini Ağdamın Quzanlı qəsəbəsindəki stadionda qəbul edəcək.
- Klublarımızın avrokuboklardakı çıxışını necə qiymətləndirirsiniz? Fikrinizcə, daha uğurlu çıxış üçün nə etmək lazımdı?
- Klublarımızın Avropadakı çıxışı, çox təəssüf ki, qənaətbəxş olmadı. Daha uğurlu çıxış etmək üçün komandalarımız heyətlərinə daha səviyyəli legionerlər dəvət etməlidilər. Kəmiyyətə yox, keyfiyyətə fikir verilməlidi. Eyni səviyyəli 10-15 legioner dəvət etməkdənsə, daha səviyyəli 5 legionerin xidmətindən istifadə etmək məqsədəuyğundu. Avrokuboka gedən komanda mövsümün sonunda öz heyətini qorumalıdı. Çatışmazlıq olan mövqelərini gücləndirməlidi. Mənə elə gəlir ki, klublarımız bu meyarlara riayət etsəydi, daha çox nailiyyət əldə etmək mümkün olardı. Ümidvaram ki, növbəti illərdə komandalarımız bizi Avropa yarışlarında sevindirəcəklər.
- DÇ-2014-ün püşkatmasında F qrupundakı rəqiblərimizi necə dəyərləndirirsiniz?
- Mənə elə gəlir ki, Portuqaliya millisini çıxsaq, yerdə qalan komandaların hər birindən xal almaq olar. Rusiya və İsraillə oyunlarda 3 xal olmasa da, bir xal almaq real görünür. Şimali İrlandiya və Lüksemburqu məğlub etmək gücündəyik. Daha çox hazırlaşıb bu oyunlara ciddi yanaşmalıyıq və futbolçularımız bizi sevindirməlidi.
- Legioner futbolçuların limiti ilə bağlı fikir ayrılığı var. Bu barədə nə deyə bilərsiniz?
- Legioner limiti ilə bağlı hələ ki, heç bir dəyişiklik etməyi düşünmürük. Bu il də, keçən mövsümdə olduğu kimi, 8+3 sistemindən istifadə edəcəyik. Mənə elə gəlir ki, səviyyəli yerli futbolçuların sayının az olduğunu nəzərə alsaq, bu gün üçün ən ideal sistemdi.
- Ötən mövsüm çempionatın qalibi "Neftçi" ilə ölkə kubokunun sahibi "Xəzər Lənkəran" komandaları arasında superkubok oyunu keçiriləcəkmi?
- Superkubok oyununu yanvar ayına kimi keçirməyi planlaşdırırıq. Bu, yarışların reqlamentində nəzərə alınmadığından, hər iki klub rəhbərliyi razılığını verməlidi. Fürsətdən istifadə edib bütün teleşirkətlərimizə müraciət edib soruşmaq istəyirəm: xarici oyunların yayımlanması üçün külli miqdarda vəsait xərclədiyiniz halda daxili çempionatın yayımlanmasına niyə biganəsiniz?
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı
Rövşən Nəcəf FİFA-nın Plenar Sessiyasına qatıldı
1-ci liqada 11-ci tur başladı
Messi "Atletiko"nun kapitanını istəyir
“Sabah” – “Qarabağ” oyununun hakimləri açıqlandı
Levandovski MLS yolunda
İbrahimoviçin oğlu "Milan"ın Superkubok üçün heyətində
Kiyev "Dinamo"sunun yeni baş məşqçisi məlum oldu
Azərbaycan klubları ötən il nə qədər gəlir əldə ediblər?
"Klublar lisenziyalaşdırma ilə bağlı məsələyə məsuliyyətlə yanaşmalıdır" - Rövşən Nəcəf
AFFA rəsmisi FİFA-nın plenar iclasında
"Məni də çox tənqid edirdilər"
Ertem Şenerdən Rəşad Sadıqov haqda maraqlı açıqlama - Video
Mendi ilə müqavilə uzadıldı
FİFA referisi 1-ci liqa oyununa təyinat aldı
"Çelsi" Estevaonu itirdi
Dünya çempionatında iştirak üçün FİFA-ya şikayət etdilər
Ronaldo "The Best" səsverməsində iştirak etmədi
“Sabah” Çempionlar Liqası ilə vidalaşdı
FİFA DÇ-2026 üçün yeni bilet kateqoriyası təqdim etdi
Qadın futbolunda ilin ən yaxşı qol müəllifi bəlli oldu
"Mançester Siti"nin hücumçusu mövsümü başa vurdu
İlin rəmzi komandasında hansı futbolçular var?