«Neftçi»nin yarımmüdafiəçisi Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi
- Komandanızın yeni baş məşqçisi Böyükağa Hacıyevlə ilk məşqiniz necə keçdi?
- İkl məşq zamanı yeni məşqçi bizlərə təqdim edildi. Məşqdən öncə futbolçularla bir az söhbət edildi. Hər şey qaydasında, normal oldu.
- Adətən, komandaya yeni baş məşqçi gələndə bəzi futbolçular əsas heyətdə yerlərini itirirlər. Bu amil səni qorxmutmur?
- Düzü, Böyükağa müəllimlə əvvələr işləməmişəm və bu, birinci işbirliyimiz olacaq. Mən bir çox müsahibəmdə də bildirmişəm ki, əgər komandama xeyir verə bilmirəmsə, orada qalmaram. Artıq üç ildi ki, “Neftçi”nin uğurları üçün çalışır və bununla fəxr edirəm. Əvvəllər çıxış etdiyim klublarda məşqçi dəyişikliyi baş versə də, mən toxunulmaz qalmışam. Yəqin ki, öz oyunumla onları qane etdiyim üçün mənə dəyməyiblər. Hansı komandada olursa-olsun, hər zaman öz işimin öhdəsindən gəlməyə çalışıram. Yeni məşqçi nə tələb edibsə çalışmışam ki, yerinə yetirim. Lap cavan vaxtlarımda belə hansı komanda da oynamışamsa, hər zaman lider oyunçu olmağa can atmışam. Futbolda vaxt keçirib getmək mənlik deyil. Əgər məşqçi mənə güvənərsə, inamında yanılmaması üçün əlimdən gələni edirəm.
- Arif Əsədovun gözlənilmədən baş məşqçi vəzifəsindən getməsi sənə nə cür təsir etdi?
- Futbolçu üçün ən pis şey baş məşqçinin tez-tez dəyişməsidir. Arif müəllimlə xeyli vaxdır ki, bir yerdə işləmişik və o bizdən ayrılarkən bütün kollektivlə hörmətlə sağollaşaraq getdi. Arif müəllimin sükanını tərk etməsini heç kəs, o cümlədən klub rəhbərliyi istəmirdi. Yəqin ki,kənardan özünə qarşı təziqlər hiss etdiyi üçün bu addımı atdı. İstəməzdik belə olsun. Ancaq bu futbol həyatıdır, belə şeylər olur.
- Bu mövsümdə “Neftçi”nin yaxşı çıxış edərək qızıl medallara sahib olacağına inanırsan?
- Mən çempionluqdan əvvəl birinci olaraq komandada yaxşı və mehriban kollektiv qurulmasını istərdim. “Neftçi”də bu baxımdan heç bir problemlər olmayıb. Məşqçi və futbolçular arasında anlaşma yüksək səviyyədə olsa, fərqi yoxdur, yerli-əcnəbi və ya yaşlı-cavan, onda istədiyin nəticəyə çatmaq olar. İnşallah, “Neftçi” bu il də çempionluq sevincini yaşayar.
- Milli komandanın avqustun 10-da Makedoniya yığmasıyla yoldaşlıq görüşü baş tutacaq. Niyə sən yenə də yığmaya çağırılmadın?
- Bu yaxınlarda Berti Foqts 2014-cü il dünya çempionatındakı rəqiblərimizlə müqayisədə yığmamızın çox zəif olduğu, qrupdan çıxa bilməyəcəyimizi deyib. Heç bir baş məşqçi qabaqcadan futbolçuların inamını sarsıdacaq, psixoloqiyasına təsir edəcək sözlər deməməlidir. Adamdan soruşarlar, hardan bilirsən ki, sabah nə olacaq? Əgər futbolçularımızı fiziki və psixoloji cəhətdən yaxşı hazırlaşdırsalar, meydana çıxıb lap Kriştiano Ronaldoya qarşı əla oynayar. Hələ vaxta var o, o zamana qədər futbolumuz da xeyli inkişaf gedəcək.
- Avroliqada yeganə təmsilçimiz “Qarabağ”ın “Brügge” ilə təkrar görüşü haqda nə deyərdin?
- Mərhələni yüz faiz keçəcəyini deyə bilmərəm, ancaq doğma meydanda qələbə qazanacaqlarına inanıram. Çünki «Qarabağ»ın cavan oyunçulardan ibarət oturuşmuş heyəti var. Amma əgər uşaqlar erkən qola imza ata bilsələr, onda hər şey ola bilər.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi