“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun Qol.Az saytına müsahibəsi
- “Qəbələ”nin İngiltərə toplanışı necə keçdi? Komandanızın hazırlıq səviyyəsindən razı qaldınız?
- Hər şeydən razı qaldıq. Yoldaşlıq görüşlərini yüksək səviyyədə keçirdik. Hər şey qaydasındadır.
- Necə düşünürsünüz, komanda yeni mövsümə hazırdır?
- Tam yox. Hardasa 80-85 faiz.
- Niyə 100 yox, 80-85 faiz? Komandada nə kimi çatışmazlıqlar var?
- Komandanın cəmi bir oyununu izləmişəm. Son yoldaşlıq görüşündə müşahidə etdiyim qədərilə “Qəbələ”də uyğunlaşma problemi hiss olunur. Tam kollektiv formasına düşməmişik.
- “Qəbələ”yə yeni cəlb olunan futbolçuların çıxışı sizi qane edir?
- “Jalə” turnirində komandanın oyununu izlədim. Mən deyə bilərəm ki, son üç transferin çıxışı daha çox xoşuma gəldi. Ayrı-ayrılıqda çox yaxşıdırlar. Yeganə problem komandaya uyğunlaşmaqdır. İnanıram ki, oyundan-oyuna bu problem də aradan qalxacaq.
- Bundan əvvəlki açıqlamanızda bildirmişdiniz ki, daha iki əcnəbi futbolçu alınacaq. Onlardan biri - sebiyalı yarımmüdafiəçi Veseliko Trivunoviçin transferi gerçəkləşdi. Bəs, digər oyunçunun məsələsi nə yerdə qalıb?
- Həmin futbolçu ilə danışıqlarımız davam edir. Yəqin ki, yaxın 2-3 gün içərisində məsələyə tam aydınlıq gələcək.
- Deyə bilərsiniz, bu futbolçu hansı ölkədəndir?
- Yox, indi açıqlama vermək istəmirəm. Danışıqlar prosesi başa çatsın, müqaviləyə imzalayaq, bundan sonra futbolçunun adı və kimliyi barədə nəsə deyə bilərəm.
- Ötən həftəsonu Qəbələdə ilk dəfə “Jalə” futbol turniri təşkil olundu. Bu barədə nə deyə bilərsiniz?
- Doğrudan da ilk dəfə idi ki, belə bir turnir keçirirdik. Gələcəkdə də bunu davam etdirmək niyyətindəyik. Hətta növbəti illərdə iştirakçıların sayını artırmaq istəyirik. Bu dəfə vaxt az olduğu üçün cəmi 3 komanda dəvət edə bildik.
- Ümumiyyətlə, bu turniri keçirməkdə əsas məqsəd nədən ibarətdir?
- Yeni mövsümə hazırlıq çərçivəsində yoldaşlıq oyunları keçirmək istəyirdik. Düşündük ki, elə dörd komandanın iştirakı ilə turnir təşkil edək. Bu, əsasən hazırlıq xarakteri daşıyırdı. Bundan başqa, biz bazanı böyüdürük. Gələcəkdə digər klubların təlim-məşq toplanışı keçməsi üçün burada lazımı şərait yaradılacaq və biz onları Qəbələyə dəvət edəcəyik.
- Yeni mövsüm üçün qarşıya qoyduğunuz başlıca hədəf nədir?
- İlkin hədəfimiz avrokuboklara vəsiqə qazanmaq. Bununla yanaşı, çempionluq və kubok uğrunda da yarışacağıq.
- Artıq bu həftəsonu Premyer Liqada ilk oyununuza çıxacaqsınız. Rəqib digər iddialı klub olan “Bakı”dır. Bu oyun barədə nə düşünürsünüz? Ötən mövsümün əvvəlində paytaxt klubu ilə görüş qalmaqala səbəb olmuşdu. Hətta siz açıqlamanızda hakimlikdən şikayətlənmişdiniz.
- Bəli, düzgün qeyd etdiniz. Amma mən ümid edirəm ki, cari çempionatda belə mənfi hallar olmayacaq. “Bakı” da iddialı və çempionluğa oynayan komandadır. İnşallah, oyunöncəsi uşaqlarla görüşümüz olacaq. Mən onlardan istəyim o olacaq ki, nə gücləri varsa, meydançada ortaya qoysunlar. Çünki ilk turlardan etibarən xallar qazanmaq lazımdır. Ötən ilki kimi 4-5-ci turlardan sonra uğurlu çıxış etmək yox. Ona görə də “Bakı” ilə oyun bizim üçün olduqca vacibdir. Məncə, kim güclüdürsə, o da qalib gələr.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı