«Qarabağ» klubunun hücumçusu Rauf Əliyevin Qol.Az saytına müsahibəsi
- İlk öncə «Brügge» ilə Belçikadakı oyun haqda fikirlərini bilmək istərdik.
- Özünüz də gördünüz ki, «Brügge» çox güclü idi. Bizim də heyətimizdə məcburi şəkildə bir neçə dəyişiklik olmuşdu ki, bu da istər-istəməz yaxşı nəticə qazana bilməyimizə təsirini göstərdi. İkinci qoldan sonra deməzdim ki, komandamız ruhdan düşmüşdü, əksinə hücumlarımızın sayını artırmağa çalışdıq. Elə bunun nəticəsi kimi hücumlarımızın birində Əfranın gözəl ötürməsini qola çevirdim. Məhz bundan sonra “Qarabağ” artıq öz oyununu göstərərək rəqiblə başa-baş mübarizəyə girmişdi. Lakin mən deyərdim ki, üçüncü autdan vurulan qol komandanın oyununa mənfi təsir göstərərək böyükhesablı məğlubiyyətə səbəb oldu.
- Autdan vurulan üçüncü qol sizə ikinci mərhələdə çətinliklə keçdiyiniz “Streymur”u xatırlatmadı? Axı, onlar da təhlükəli aut atışları yerinə yetirirdilər.
- Əlbəttə, belə qollar futbolçunun yaddaşından heç vaxt silinmir. Ancaq bir şeyi deyə bilərəm ki, bu cür qol futbolçu üçün çox ağır olur. Əgər 1:3 hesabı ilə uduzsaydıq, bəlkə gələcəyə daha nikbin baxardıq. Ancaq təəssüf ki, dördüncü qolu da qapımızda gördük.
- Əfranın ötürməsindən sonra iki müdafiəçinin əhatəsindən çıxaraq tanınmış bir komandaya əla qol vursan da, sevinmədin.
- Düzdü, mənim qolumdan sonra komandanın yaxşı nəticə ilə geri dönəcəyinə ümid artmışdı. Amma özümü sevinməyə məcbur edə bilməzdim. Yaxşı bilirsiniz ki, «Brügge» ilə oyuna iki gün qalmış neçə illərdi ki, bir klubda çıxış etdiyim komanda yoldaşım Rəşadın qardaşı dünyasını dəyişmişdi. Sevinməyə də dəyməzdi.
- Demək olarmı ki, hesab 2:1 olduqda bu nəticəni qorumaqdansa, irəli atılıb ikinci qolu vurmaq istəməyiniz böyükhesablı məğlubiyyətin əsasını qoydu?
- Biz öz oyunumuzu göstərməyə çalışıraq. Daha çox topu özümüzdə saxlayıb hücumlara qoşulurduq.. Ancaq hesab 2:1 olanda rəqib bir qədər qorxuya düşdü ki, bunu da mətbuata açıqlamalarında özləri də etiraf edib. Rəqibin üçüncü qolu standart vəziyyəti zamanı vuruldu. Elə bu qoldan sonra «Brügge» bir qədər arxayın oynayaraq dördüncü qolu da vurmağa nail oldu.
- Bir peşakar futbolçu kimi rəqibə daha çox hansı cəhətdən uduzduğunuzu söyləyə bilərsən?
- Bizim klublar Avropa klublarına fiziki cəhətdən uduzurlar. Fikrimcə, “Brügge”yə məğlubiyyətimizin səbəblərindən biri də fiziki cəhətdən çatdıra bilməməyimiz oldu.
- Qurban Qurbanov, elə sən özün də artıq hər şeyin bəlli olduğunu söyləyərək, növbəti mərhələdən əlinizi üzdüyünüzü demisiniz. Amma azarkeşlər qələbə və mərhələ keçmək haqda düşünürlər.
- Komandada vəziyyətin əla olduğunu və oyuna çox ciddi hazırlaşdığımızı deyə bilərəm. Azarkeşlərin bizə belə ürəkdən inanmalarına görə onlara öz minnəddarrlığımı bildirirəm. Baş məşqçiyə gəlincə, Qurban müəllim öz fikrini bildirib. Ancaq bu, futboldu, hər şey ola bilər. Çıxıb var gücümüzlə oynamağımız lazımdır. Mən də bütün azarkeşlərə bildirirəm ki, meydanda qələbə qazanmaq üçün son nəfəsimizə qədər vuruşacağıq.
- Belə bir güclü komandayla oyun ərəfəsində komandanızın futbolçularının oruç tutması sizin durumunuza təsir etmir?
- İnanmıram ki, bunun hansısa mənfi təsiri olsun. Düzdür, mən özüm oruc tutmuram. Amma artıq üçüncü ildir ki, biz Avroliqa yarışlarında çıxış edirik və hər dəfə də Ramazan ayında komanda yoldaşlarım oruc tutur və gözəl oyun nümayiş etdirərək, güclü rəqibləri məğlub etməyi bacarıb.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı