Milli komandamızın sabiq oyunçusu Kamal Quliyevin Qol.Az saytına müsahibəsi
- Artıq 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsindəki rəqiblərimiz məlumdur. Yığmamızın rəqibləri barədə nə deyə bilərsiniz?
- Rusiya və Portuqaliya kollektivlərinin gücü hamıya yaxşı məlumdur. Bu komandalar haqqında əlavə nəsə danışmaq məncə, yersiz olar. Ancaq nə qədər güclü olsalar da, istənilən rəqibə qarşı oynamaq mümkündür. Digər rəqiblərə gəldikdə isə İsrail və Şimali İrlandiya elə də güclü komandalar deyil. Düzdür, bu gün bütün ölkələrdə futbol inkişaf edir. Ancaq İsraillə Şimali İrlandiyanı, Portuqaliya və Rusiya ilə müqayisə etmək olmaz. Lüksemburq isə qrupun autsayderlərindən biridir.
- Sizcə, millimizin bu qrupda hansı nəticəyə imza atacağı daha real görünür?
- Mən belə düşünürəm ki, bu komandalarla oynamaq olar. Sadəcə komandada, futbolçularda istək olmalı, oyunçular meydançada can qoymalıdırlar. Bu qrupda millimiz üçüncü və ya dördüncü yeri tutsa, məncə, bizim üçün rekord göstərici olar.
- 1999-cu ildə Portuqaliya yığmasına qarşı oyunda sən də çıxış etmisən. Həmin görüşü necə xatırlayırsan?
- Vallah, o hissləri sözlə ifadə etmək mümkün deyil. Həmin matçda biz futbolçular, baş məşqçimiz Əhməd Ələsgərov sadəcə oyun barədə düşünürdük. Əhməd müəllim oyunçuları elə ruhlandırmışdı ki, hamı qələbə qazanacağımıza inanırdı.
- Maraqlıdır, Ələsgərov həmin vaxt sizə nə demişdi ki, komanda meydana çıxıb, sonadək mübarizə apardı?
- O, bizi psixoloji cəhətdən oyuna tam hazırlamışdı. Bildirmişdi ki, rəqib də bizim kimi futbolçulardır. Onların da iki əli, iki ayağı və iki gözü var. Onlar da bizim kimi insanlardı. İstənilən komandaya qarşı oynaya biləcəyimizi söyləmişdi. O demişdi ki, əgər futbolumuzda tarix yazmaq istəyirsinizsə, meydana çıxın və əsl azərbaycanlı kimi mübarizə aparın. Biz də əvvəlcə baş məşqçimizə, sonra isə özümüzə inaraq, meydançaya çıxdıq və layiqli nəticə qazandıq.
- Səhv eləmirəmsə, həmin oyunda Ələsgərov Fiqunu zərərsizləşdirməyi sırf sənə tapşırmışdı.
- Hə, elə olmuşdu. Həmin oyun mənim millidəki debüt matçım idi. Tamamilə oyuna köklənmişdim. Doğrudan da çox gözəl anlar idi. Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Oyun başlayan kimi Fiqunu adddımbaaddım izləməyə başladım. Ona qarşı qeyri-adi heç bir fənd etmirdim. Mənim işim sadəcə Fiqunu üzünü qapımıza tərəf döndərməyə qoymamaq idi. Sadəcə bu haqda düşünürdüm. Hətta bir epizod oldu, onu heç vaxt unutmaram. Elə bir vəziyyət yarandı ki, başımla Fiqunun ayağına sürüşmə fəndi elədim. Həmin oyunda o qədər qaçmışdım ki, Fiqu matçdan sonra UEFA nümayəndələrinə məni dopinq testindən keçirmələrini söylədi. Elə bilirdi ki, mən dopinq qəbul eləmişəm.
- Ancaq son dəqiqdə Fiqunun qoluna mane ola bilmədin.
- Yox, qapımıza vurulan qol mənim səhvim deyildi. Elə bir vəziyyət yarandı ki, futbolçular bir-birilərini sığortalamalı idilər. Həmin vaxt mənim mövqeyimə Elşən Qəmbərov keçmişdi. Təəssüf ki, o, Fiqunun fərqlənməsinə mane ola bilmədi. Portuqaliyalı futbolçu qapıçıdan qayıdan topu dəqiq zərbə ilə tora göndərdi və hesabı bərabərləşdirdi. İnandırım sizi ki, potuqaliyalılar oyundan sonra elə sevinirdilər ki, sanki dünya çempionatının qalibi olmuşdular.
- Amma, nədənsə, həmin mübarizə əzmi, komanda ruhu bu gün millimizdə hiss olunmur.
- Doğrudur. Çünki həmin vaxt futbolçular arasında hörmət var idi. Hamımız böyük-kiçik yeri bilirdik. Komandada təcrübəli oyunçular var idi. Onlar nə deyirdilərsə, biz də əməl edirdik. Arada birlik, hörmət var idi. Baş məşqçi hər oyundan əvvəl futbolçularla söhbət edir, onları psixoloji cəhətdən görüşə hazırlayırdı.
- Səncə, əcnəbi məşqçi bunları edə bilər?
- Vallah, hazırda milli komandanın tərkibində olmadığım üçün heç nə deyə bilmərəm. Bunu ən yaxşısı futbolçulardan soruşun.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı