“Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədovun Qol.Az saytına müsahibəsi
- Elvin, ilk öncə komandanızın Sloveniyada keçirdiyi təlim-məşq toplanışı haqda fikirlərini bilmək istərdik.
- Zədədən yeni çıxdığımdan toplanış mənim üçün bir qədər uğursuz keçdi. Bununla belə, oyunlarda iştirak etdim. Ümumi ab-hava, atmosfer yaxşı idi. Çempionata yaxşı hazırlaşmışıq. Cempionatda keçirəcəyimiz ilk oyundan çox şey asılı olacaq. Əgər yaxşı startla başlasaq, inanıram ki, qələbələrin ardı gələcək.
- Komandanız bir sıra yeni legioneri heyətinə qatdı. Yeni gələnlərin səviyyəsi səni qane edirmi?
- “Bakı”nın heyətinin 70 faizi dəyişib. Yeni komanda qurulub. Sloveniya toplanışı yeni legionerlərin komandaya uyğunlaşması baxımından da yaxşı oldu. Parksın səviyyəsinə hamımız bələdik. “Xəzər Lənkəran”da oynadığı zaman vurduğu qolları görmüşük. Verpakovskinin də səviyyəsi bəllidir. Hesab edirəm ki, oyundan-oyuna komanda daha da artıracaq.
- Keçən mövsüm “Bakı” üçün uğursuzluqla yadda qaldı. Bu il isə dediyin kimi heyət daha da güclənib. Komandanın yeni mövsümdə qarşısına qoyduğu məqsəd nədir?
- Bu il “Bakı” klubunun məqsədi yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Bununla yanaşı təbii ki, “Bakı”nın adına layiq mübarizə apararaq, Avrokuboklara vəsiqə qazanmaq istəyirik.
- Necə düşünürsən “Bakı” üçün çempionatda uğur qazanmaq çətin olmayacaq ki? Çünki digər komandalar da boş dayanmır və heyətlərini gücləndirməklə məşğuldurlar.
- Çempionat uzun bir marafondur. Ona qalsa, keçən il “Muğan” dalbadal 6-7 oyun qalib gəldi. Ona görə indidən bir söz söyləmək doğru olmazdı. “Qəbələ” bir sıra güclü transferlər edib. “Turan”ın özü yeni futbolçularla güclənib. Həmin futbolçular bir az yaşlı olsalar da, hamısı çox təcrübəli və bir vaxtlar milli komandanın formasını geyinən uşaqlardır. Fikrimcə, “Turan” çox komandanın başını ağrıdacaq. Bu il çempionatın daha maraqlı olacağı fikrindəyəm.
- Bu il də Azərbaycan klubları üçün Avropada uğursuzluq oldu. Bunları necə dəyərləndirirsən?
AZAL növbəti mərhələyə keçməli idi. Mən “Minsk”in “Qaziantepspor”la oyununu izlədiyim. Belorusiya təmsilçisi “Qaziantepspor”dan daha güclü oynadı. AZAL isə “Minsk”dən güclü və növbəti mərhələyə keçməyə layiq idi.
“Xəzər Lənkəran”ın rəqibi isə çox güclü komanda idi. Bu reallığı qəbul etmək lazımdır ki, istər Zaqreb “Dinamo”su, istərsə də “Makkabi” bizdən səviyyəcə xeyli güclüdürlər. Onlar sırf Avropa futbolu oynayırlar. Bu klubları keçmək üçün köklü işlər getməlidir. Həmin komandalar mərhələ keçmək üçün böyük sərmayə qoyurlar. 3-4 legioner almaqla qrup mərhələsinə düşmək olmaz. Bu komandalar illərlə işləyirlər və sonra bu işlərin bəhrəsini görürlər.
“Qarabağ”a gəlincə, mənim sabiq komandam olub. Düzdür, səfərdə “Brügge”yə böyükhesablı məğlub oldular. Amma düşünürəm ki, Bakıda adlarına uyğun oynayıb, qələbə qazana biləcəklər.
- Səncə “Brügge”yə böyükhesablı məğlubiyyətin səbəbi nə oldu?
- Rəşad Sadiqovun yoxluğu öz sözünü dedi. Biz Sloveniyadan gələndə İstanbulda “Qarabağ”lı futbolçularla görüşdük. Dedilər ki, 70-ci dəqiqəyə kimi normal oynadıq. Qol buraxdıqdan sonra isə komandada ruh düşkünlüyü yaranıb. Ümumiyyətlə, qapımızda qol gördükdən sonra həvəsdən düşməyimiz Azərbaycan futbolunun ən yaralı yeridir.
- “Brügge” ilə matçda Elvin Məmmədovun yeri görsəndimi?
- Mən onu deyə bilmərəm axı. Onu siz jurnalistlər və futbol adamları deyə bilərsiniz. Baş məşqçi Qurban müəllim deyə bilər ki, mən orada lazım, idim, ya yox? Mən bunu heç zaman söyləyə bilmərəm. Bu özündənrazılıq, təkəbbürlülük olar. Deməli, belə məsləhət imiş ki, orda olmamışam.
- Dünən 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının püşkatması keçirildi. Yəqin ki, rəqiblərimiz barəsində məlumatın var...
- Həmişəki kimi çətin qrupa düşmüşük. Biz hələ o səviyyədə deyilik ki, kiməsə zəif deyək. Çünki hələ komanda olaraq özümüzü sübut edə bilməmişik. Hesab edirəm ki, çətin qrupdu. Portuqaliya və Rusiya yığmalarının güclərinə bələdik. Rusiya ilə evdə oynayıb xal almışıq. Fikrimcə, yenə bunu edə bilərik. İsrail də pis komanda deyil. Şimali İrlandiya və Lüksemburqla evdə və səfərdə oynamaq olar. Zaman göstərəcək. Bu futboldur. Elə ola bilər ki, evdəki butun oyunlarını udaraq qrup ikinciliyinə qədər yüksələ də bilərsən.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi