«Neftçi»nin vitse-prezidenti Tahir Süleymanovun Qol.Az saytına müsahibəsi
- Arif Əsədov «Neftçi»dən ayrılıb. Boş qalmış baş məşqçi vəzifəsinə kimin gətiriləcəyi müəyyənləşib?
- İlk öncə qeyd edim ki, Zaqreb «Dinamo»su ilə Çempionlar Liqasındakı oyunumuzdakı uğursuzluq səbəbindən baş məşqçimiz Arif Əsədov bir neçə gün öncə istefa ərizəsiylə klub rəhbərliyinə müraciət etdi. Klubumuzun prezidenti Sadıq Sadıqov Arif müəllimə düşünmək üçün vaxt verdi. Amma Arif Əsədov dünən bir daha komandanı psixoloji durumdan çıxarmaq üçün və bir qədər yorğunçuluğu əsas gətirərək getmək istədiyini açıqladı. Buna görə də klubumuzun prezienti onun istefasını qəbul etdi. Dünən bu məsələylə əlaqədar Sadıq Sadıqovun rəhbərliyi ilə toplantı keçirildi və Arif Əsədova «Neftçi»dəki fəaliyyətinə görə təşəkkür edildi. Arif müəllim kollektivlə görüşərək klubdan ayrıldı.
Şazırda isə məşqlər davam olunur, komanda plan üzrə çempionatı hazırlaşır. Amma bununla yanaşı yeni baş məşqçi məsələsi də gündəmdədir. Açıq bildirmək istəyirəm ki, namizədlər sırasında həm yerli, həm də əcnəbi məşqçilər var.
- Baş məşqçi təyinatı nə vaxt gerçəkləşəcək?
- Bu məsələylə bağlı tələsik qərar vermək olmaz, Klub rəhbərliyi namizədlər arasında seçim edir. Yəqin ki, gələn həftənin ilk günlərində bu məsələyə klub prezidenti Sadıq Sadıqov tərəfindən aydınlıq gətiriləcək. Hansı məşqçi «Neftçi»nin şərtlərinə, tələblərinə uyğun gəlsə, onu seçəcəyik.
- Mətbuatda rumıniyalı George Hacının «Neftçi»yə gətiriləcəyi xəbəri yayılıb. Hətta onun buna görə Bakıya gəldiyi bildirilir.
- «Neftçi» rəhbərliyinin Hacıyla heç bir danışığı olmayıb. Amma qeyd etdiyim kimi, istər yerli mütəxəssislər, istərsə də əcnəbilərlə danışıqlar gedir. Bir daha vurğulayıram ki, komandanımızın bügünkü ruhuna uyğun gələn məşqçi «Neftçi»yə gətiriləcək.
Hacıya gəlincə, o, Bakıda və bizim bazada olmayıb. Bu, mümkün deyil. Çünki Arif müəllimin istefası dünən axşam qəbul olunub.
- Böyukağa Hacıyevin də adı əsas namizədlər sırasında göstərilir.
- Mən ad açıqlamaq istəmirəm. Avqustun 6-7-də çempionat başlayır və buna qədər məsələni həll etməliyik.
- Arif Əsədovdan başqa, istefaya göndərilən olubmu?
- Biz heç kimi istefaya göndərməmişik. Məşqçi özü istefa verib və biz də qəbul etmişik. Arif müəllimlə yanaşı Elmir Xankişiyev də istefa ərizəsini yazaraq getmək istədiyini bildirdi. Biz də onun ərizəsini qəbul etdik. Hazırda komandanı fiziki hazırlıq üzrə məşqçimiz Mehmet Ak və Bəxtiyar Musayev çalışdırır.
- Bu məşqçilərin «Neftçi»də qalmaq ehtimlı nə qədərdir?
- Dünən Arif müəllim böyüklük göstərərək bildirdi ki, mən gedirəmsə, o demək deyil ki, köməkçilərim də eyni addımı atmalıdır. Biz də bu fikirdəyik. «Neftçi»də hər hansı məşqçinin göndərilməsi gündəmdə olmayıb.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı