Avropa Çempionlar Liqası yarışında Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə görüşlərdəki uğursuzluqdan sonra "Neftçi" PFK-nın baş məşqçisi Arif Əsədov bir neçə gün əvvəl istefa ərizəsi ilə klub prezidentinə müraciət edib.
Qol.Az-ın məlumatına görə, bu haqda klubun rəsmi saytının az əvvəl yaydığı açıqlamada bildirilir. Məlumatda deyilir ki, "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov istefa ərizəsini qəbul etməyərək, baş məşqçiyə düşünməyi məsləhət görüb: "Arif Əsədov Çempionlar Liqasındakı uğursuzluqdan sonra komandadakı psixoloji gərginlik, "Neftçi"nin daha böyük zəfərlər qazanmasına layiq olduğunu və bir qədər də dincəlmək istədiyini bildirərək, istefa ərizəsinin qəbul olunmasını xahiş edib. Müzakirələrdən sonra Arif Əsədovun istefa ərizəsi qəbul olunub".
A.Əsədov bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "İlk növbədə mənə etibar edib, komandaya baş məşqçi təyin etdiyinə görə "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov başda olmaqla klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. İl yarım müddətdə "Neftçi" üçün çalışdıq, əlimizdən gələni etdik və 6 ildən sonra çempionluğu yaşadıq. Mən "Neftçi"nin yetirməsiyəm və həmişə də ürəyim flaqmanın yanında olacaq. "Neftçi"nin böyük tarixi var və bu komanda hər zaman yüksək yerlər uğrunda oynamalıdır. Çempionlar Liqasındakı uğursuzluqdan sonra bir baş məşqçi kimi məsuliyyəti öz üzərimə götürüb, klub prezidentinə istefa ərizəsi ilə müraciət etdim. Rəhbərliyə, futbolçulara və azarkeşlərə təşəkkür edirəm, əl-ələ verib bir neçə iş gördük. Həyat davam edir. "Neftçi"yə gələcək yarışlarda uğurlar arzulayıram. Yeni baş məşqçi çempionluqla yanaşı, Çempionlar Liqasında uğurlu çıxışı, bu turnirin qrup mərhələsinə düşmək haqqında düşünməlidir. Komandaya gələcək baş məşqçiyə də uğurlar arzulayıram".
"Neftçi" yeni baş məşqçisi ilə bağlı məlumat yaxın vaxtlarda açıqlama verəciyini bəyan edib.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video