“Qarabağ”ın müdafiəçisi Maksim Medvedyev komandası Belçikaya yola düşməzdən əvvəl Qol.Az saytının suallarını cavablandırıb.
- Artıq Belçikaya yollanırsınız. Komandada əhval-ruhiyyə necədir?
- Hər şey əladır. Uşaqlar hara getdiklərini və neynəmək lazım olduğunu yaxşı bilirlər. Əhval-ruhiyyə yüksək səviyyədədir. Çünki “Brügge” kimi güclü komandaya qarşı oynayacağıq. Hər şey qaydasındadır.
- “Banqa” və “Streymur” kimi komandalarla görüşlərdən sonra “Brügge” ilə oyuna köklənə bilmisiniz?
- “Qarabağ” güclü rəqiblərə qarşı daha yaxşı oynayır. Biz “Banqa” və “Streymur”la qarşılaşnda dedilər ki, zəif rəqiblərdir. Amma Avroliqada zəif rəqib olmur. Düzdür, “Brügge” “Banqa” və “Streymur”la müqayisədə çox güclü komandadır. Biz bunu yaxşı başa düşürük. Oyuna nə qədər ciddi hazırlaşmaq lazım olduğunu bilirik. Fikrimizi tamamilə qarşıdakı oyuna yönəltmişik. Məncə, meydana çıxıb, yaxşı mübarizə aparacaq və Bakıya sərfəli nəticə ilə qayıda biləcəyik.
- Rəqibi yetərincə təhlil etmisiniz?
- Hələ ki, internet vasitəsilə bəzi oyunlarına baxmışıq. Amma ümumi analiz hələ olmayıb. Bunu oyun günü baş məşqçimizlə birlikdə edəcəyik. Nə lazımdırsa, Qurban müəllim bizə deyəcək. Biz də onun verdiyi tapşırıqları meydançada yerinə yetirəcəyik.
- “Brügge”nin kifayət qədər güclü və çılğın azarkeş dəstəyi var. Bu amil sizi narahat etmir?
- Yox, biz artıq böyük azarkeş kütləsi qarşısında oynamağa öyrəşmişik. “Rusenburq”, “Visla” və “Borussiya” ilə oyunlarda bundan da çılğın azarkeşlər qarşısında meydana çıxmışıq. Düzdür, fanatlar komandaya çox kömək edirlər. Amma inanmıram ki, azarkeşlər tərəfindən hər hansı problem olacaq. Çünki onlar da bilirlər ki, gəlib Azərbaycanda böyük azarkeş kütləsi qarşısında oynayacaqlar. Eyni çətinliklə üzləşəcəklər. Fikrimcə, “Qarabağ” öz oyununu oynasa, hər şey istədiyimiz kimi olacaq.
- Rəqibin heyətindən xəbəriniz var. Olduqca güclü yarımmüdafiə və hücum xəttinə sahibdir. Hətta Hollandiya çempionatının ən sərrast hücumçusunu transfer etdilər. Bu baxımdan da siz müdafiəçilərin üzərinə daha çox iş düşəcək. Yəqin ki, bunu başa düşürsünüz?
- Əlbəttə, çox gözəl başa düşürük. Ona görə də rəqibə qarşı bizim öz strageyimız olacaq. Artıq məşqlərdə də bunun üzərində işləmişik. Bilirik ki, kim hansı futbolçuya qarşı, hansı mövqedə çıxış edəcək. Hərənin öz funksiyası var. Mənə elə gəlir ki, hamı üzərinə düşən vəzifəni yerinə yetirsə, elə də ciddi problemimiz olmayacaq. Onları yarımmüdafiədə qarşılamaq lazımdır.
- Səfər oyununda qazanılan hansı nəticəni sərfəli hesab etmək olar?
- Fikrimcə, səfər oyununda əsas bizim qol vurmağımızdır. Çünki Belçikada vuracağımız qol Bakıda bizə çox kömək olacaq. Ancaq hesabın necə olacağını bilmirəm. Sadəcə onu deyə bilərəm ki, çox maraqlı oyun olacaq.
- Ümumilikdə, püşkatmanın nəticəsini “Qarabağ” üçün bəxtsizlik kimi qəbul etmək olar? Çünki potensial rəqibləriniz arasında zəif komandalar da var idi.
- Yox, mən belə düşünmürəm. Qismətimizə “Brügge” düşdü. Bundan əvvəl də güclü rəqiblərlə oynamışıq. Məncə, belə şeyləri düşünmək lazım deyil. İnanıram ki, onlarla da oynaya biləcəyik. Əsas odur ki, növbəti mərhələyə necə keçməyin yollarını axtaraq.
- Sonda “Qarabağ” azarkeşlərinə nə demək istərdin?
- Həmişə bizi dəstəkləyiblər. “İmarət” fan-klubu hər məşq qabağı bizə paxlava gətirir. Sağ olsunlar. İnşallah, biz də onları sevindirərik. Azarkeşlərimizin dəstəyi bizim üçün çox vacibdir.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi