“Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyevin Qol.Az saytına müsahibəsi
- Yeni mövsümün hazırlıqları necə gedir?
- Hazırlaşırıq. Artıq iki yoxlama oyunu keçirmişik. Sabah da inşallah Zaqatalada “Simurq”la oynayacağıq. Ayın 30 və 31-i isə Qəbələdə iki görüş keçirəcəyik. Orda 4 komandanın iştirakı ilə turnir olacaq. İki Gürcüstan klubu, “Qəbələ” və “Kəpəz”.
- Bildiyimizə görə, hazırda komandanın düşərgəsində yeni oyunçular var. Bu futbolçular haqda nə düşünürsünüz? Özlərini doğrulda biliblər?
- Artıq baxışda olan iki futbolçu - ukraynalı hücumçu Valeri Radçenko və yarımmüdafəçi Dmitri Evstafiyevlə müqavilə imzalanıb. Bir də Muammer Ərdoğdu ilə 1 illik müqavilə bağlamışıq. Hazırda baxışda iki qapıçı var. Bunlar Rusiya və Hollandiyadandılar.
- Belə bir məlumat yayılmışdı ki, sizin Rusiyada seçib, baxışa dəvət etdiyiniz futbolçular erməni əsilli çıxıblar və Gəncə aeroportundan geri qaytarılıblar. Bu məsələyə aydınlıq gətirərdiniz.
- Allaha şükür, özünüz savadlı oğlansınız, jurnalistsiniz. Birincisi, elə şey olmayıb. İkincisi isə hansı ağılsız erməni buraya gələ bilər. Onları elə burda tutub, saxlayarlar. Hamısı boş söhbətlərdir. Bunlar “Kəpəz”i istəməyən qüvvələrin uydurmasıdır. Biz hansı əsrdə yaşayırıq. Biz o qədər ağlımızı itirmişik ki, gedib erməni oyunçu alaq?! Biz onları seçəndə, hər birinin adı, soyadı ilə maraqlanırıq. Mən başa düşə bilmirəm ki, bu insanların məqsədi nədir ki, belə yalan məlumatlar yayırlar. Gəncədə futbol yox idi. Hamı Mehman Allahverdiyev deyirdi. İndi də “Kəpəz”in başına keçmişəm, bu cür söhbətlər dolaşır. Amma yazırlar da. Özləri bilər, öz vicdanları bilər. Allaha şükür, aeroport var, onların da mətbuat xidməti var. Əgər mənə inanmırsınızsa, oraya zəng edin, araşdırın.
- Son vaxtlar sponsorun “Kəpəz”dən imtina edəcəyi ilə bağlı xəbərlər də yayılmışdı. Ümumiyyətlə, belə bir söhbət var idi?
- Düzdür, mən də belə bir şey eşitdim. Amma bilirsiniz ki, elə-belə adamı sponsor qoymurlar. Allaha şükür, bizim Xanlar müəllim kimi Regional Futbol Federasiyasının prezidenti var. O insan futbolu o qədər sevir ki, belə şeylərə heç vaxt yol verməzdi. İndi nə bilim, bu söz-söhbət haradan qaynaqlanıb. Axırda Xanlar müəllim özü də müsahibə verib bildirdi ki, belə şey yoxdur, bu “Kəpəz”i istəməyənlərin əməlidir. Özünüz fikirləşin, onda biz dəli idik, məşq edirdik. Bu qədər oyunçu dəvət elədik baxışa. Götürüb yazırlar ki, “Kəpəz” filankəslə müqavilə bağladı, filan oyunçunu göndərdi. Azərbaycanda “Kəpəz”dən başqa komanda yoxdur? Görün, digər klublarımız neçə oyunçusunu göndərir. Ancaq bizim haqqımızda belə yazırlar. “Kəpəz”i istəyənlər istəməyənlərdən çoxdur. Bu, reallıqdır. Amma bir də görürsən ki, zəng vururlar mənə “filan oyunçu niyə getdi, o yaxşı oynayırdı axı” və s. bu kimi suallar verirlər. Bu klubun mətbuat xidməti, prezidenti var. Niyə onlara zəng vurmursunuz? Neynəməliyəm? 12 komanda arasında 9-cu yer tutan komandanın lazımsız oyunçularını heyətdə saxlamalıyam. Yoxsa 4 aya bir dənə də olsun qol vura bilməyən futbolçu komandada qalmalıdır? Haqqımızda əsassız yazılar yazırlar. Əksinə hamı Gəncə futboluna kömək etməlidir. Çünki Gəncədə futbol yoxdusa, deməli, Azərbaycanda yoxdur.
- Bundan sonra da baxışa yeni futbolçular dəvət olunacaq?
- Sabaha qədər daha bir neçə futbolçu da gəlməlidir. Onların arasında Fransa, Belçika və Ukraynadan da futbolçular var. Onları da baxışdan keçirdikdən sonra lazım olan oyunçularla müqavilə bağlanacaq.
- Konkret olaraq, neçə futbolçu ilə müqavilə bağlamaq istəyirsiniz?
- Bu günə qədər 15 oyunçu ilə müqavilə imzalamışıq. Bundan neçəsi ilə müqavilə bağlayacağımızı bilmirəm. Amma yəqin ki, daha bir neçə oyunçu alacağıq. Heyətin tam müəyyənləşməyini gözləyirik.
- Növbəti mövsümdə “Kəpəz”in qarşıya qoyduğu başlıca məqsəd nə olacaq?
- Əsas hədəfimiz, birinci növbədə ilk “altılığ”a düşmək olacaq. Bir məsəl var. Deyirlər, iştah diş altındadır. “Altılığ”a düşəndən sonra isə çalışıb, yaxşı yerlər uğrunda mübarizə aparacağıq.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı