İyulun 28-də Avropa Liqasının üçüncü təsnifat mərhələsində «Brügge» ilə qarşılaşacaq «Qarabağ» bu gün Belçikaya yola düşüb. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev hava limanında Qol.Az-ın suallarını cavablandırıb
- Komandanız Belçikaya hansı əhval-ruhiyyədə yola düşür?
- Çox yaxşı. Mən deyərdim ki, uşaqlar oyuna tam hazırdı.
- Futbolçularınızı “Brügge” ilə oyuna kökləyə bilmisinizmi?
- Əvvəl bir az psixoloji gərginlik olsa da, sonradan hər şey qaydasına düşdü.
- Komandanızda zədəsi olan futbolçu var?
- Demək olar ki, hər şey qaydasındadır. Yalnız Tural İsgəndərovun zədə problemi var. Bu da əvvəlki oyunlardan qalan köhnə zədədir. Ancaq o da yavaş-yavaş bərpa prosesi keçir.
- İlk oyununuz səfərdə olduğundan hansı nəticə ilə geri dönmək sizin üçün sərfəli olacaq?
- Yaxşı olardı ki, qələbə qazanaq. Hətta 0:1 hesablı məğlubiyyət də bizim üçün sərfəli nəticə hesab oluna bilər. Heç-heçə də əla nəticə hesab olunardı. Qollu bərabərlik olsa, daha yaxşı olar.
- Çoxları “Brügge”ni əvvəllər Avroliqada qarşılaşdığınız “Rusenborq” və ”Visla”dan daha güclü sayır. Sizcə, bu doğrudan belədir?
- Bu fikirlə mən də razılaşardım. Çünki onların tamamilə başqa bir oyun üslubu var. “Brügge” daha çox hücumda oynayan komanda olmaqla bərabər, yaxşı oyunçulara da məxsusdur. Ancaq buna baxmayaraq, rəqibi yaxşı təhlil etmişik. Çalışacağıq ki, yaxşı oyun quraraq sərfəli nəticə əldə edək.
- Sizcə, rəqib “Qarabağ” üçün daha çox hansı mövqedə başağrısı ola bilər?
- Onlar hücumda daha təhlükəlidi. Standart vəziyyətlərdən də əla istifadə etməyi bacarırlar. Topu autdan meydana daxil etmələri isə daha təhlükəlidir. Onların çox gözəl aut atan futbolçuları var.
- “Streymur”un yerinə yetirdiyi autlar kimi?
- Mən deyərdim ki, onlardan daha yaxşı aut atmağı bacarırlar. Bütün bunlara görə komanda şəklində yaxşı hazırlaşmışıq. İnşallah, yaxşı nəticəylə geri dönmək istəyirik.
- Rəqib meydanında daha çox hansı taktikadan istifadə etməyi düşünmüsünüz: hücumda oynayacaqsınız, yoxsa müdafiədə?
- Əlbəttə ki, ilk əvvəl ehtiyatlı oynayacağıq. Cünki doğma meydanda deyil, səfərdə çıxış edəcəyik. Ola bilsin, oyun başlayan zaman müdafiə olunaq, ancaq hücum etməyi də unutmayacağıq. İnşallah, hər şey yaxşı olar. Bunun üçün komanda əlindən gələni edəcək.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı