“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov dünən Avropa Liqasında Farer adalarının “Streymur” klubuna qarşı keçirilən oyunla bağlı Qol.Az saytına müsahibə verib
- “Streymur”la oyunda qol vura bilməsəniz də, növbəti mərhələyə vəsiqəni təmin etdiniz. Əvvəlcə oyunla bağlı fikirlərini eşidək.
- Gördüyünüz kimi, çox çətin rəqib idi. Neçə ildir bir yerdə oynayan oturmuş komandadır. Komanda şəklində çox güclü müdafiə olunurlar. Bu da öz nəticəsini göstərdi, qol vura bilmədik. Amma buna baxmayaraq, kifayət qədər imkanlarımız oldu. Sadəcə alınmadı. Əsas mərhələni adlamaq idi. Şükürlər olsun, bunu da bacardıq. Çoxları düşünürdü ki, Farerdi, elədi, belədi. Amma hamı bir daha gördü ki, “Streymur” necə döyüşkən komandadır. Sübut etdilər ki, Farer adalarında da zəif klub yoxdur.
- “Streymur”la həm səfər, həm də ev oyununda qol vurmaqda çətinlik çəkdiniz. Bu nə ilə əlaqədardır?
- Nə bilim, vallah. Oyundu da, top qapıdan keçməyəndə, keçmir. “Banqa” ilə oyunda vurduğumuz hər top tora daxil oldu. Amma “Streymur”a qarşı alınmadı. Bu, artıq geridə qaldı. Unutmaq lazımdır. Futbolda belə şeylər olur. Ən əsası mərhələ keçməkdir. Bir də ki, əvvəlcə gərək öz qapını toxunulmaz saxlayasan. Qol vurmaq asandır.
- Növbəti mərhələdəki rəqib Belçika “Brügge”sidir. Yəqin ki, siz də başa düşürsünüz ki, “Brügge” belə səhvləri bağışlamayacaq.
- Əlbəttə, həmin oyunda hər bir qol epizodundan istifadə etmək lazımdır. Ona görə bunun üzərində çox işləməliyik. Çünki “Brügge” hər zaman qol vurmağa qadir olan komandadır. Ciddi hazırlaşmalıyıq. “Brügge” ilə oyunda da ən əsası qapımızda qol görməməkdir.
- “Streymur”la oyundan əvvəl həm Qurban Qurbanov, həm də futbolçular Farer adalarının komandasının necə çətin rəqib olduğu, üstün cəhətləri barədə danışmışdılar. Maraqlıdır, baş məşqçi matçdan əvvəl futbolçulara rəqibə qarşı necə oynamaq lazım olduğu ilə bağlı hansısa xüsusi tapşırıqlar vermişdi?
- Əlbəttə, vermişdi. Təsadüfi deyil ki, Farer adalarından qayıdıb, Bakıya çatan kimi məşq eləmişdik. Doğrudan da, Qurban müəllim rəqibi çox ciddiyə alırdı. O bizə demişdi ki, “Streymur” çox təhlükəli və standart vəziyyətlərdən maksimum yararlanan komandadır.
- Son dəqiqələrdə rəqibin aut atışı zamanı az qala qapınızda qol görəcəkdiniz. Həmin an nə fikirləşdin?
- Həmin epizodda bir anlıq dəli kimi oldum. Onu gözləmirdim. Həddindən artıq çox qorxdum. Amma şükürlər olsun, yaxşı qurtardıq. Top qaldı ortada, zərbə vuran olmadı. Bəlkə həmin vaxt rəqib futbolçulardan biri özünü topa tez çatdırsa idi, qol ola bilərdi.
- Zədədən sonra ilk dəfə idi ki, səni meydanda belə istəkli və fəal gördük. Hətta oyundan sonra rəqib komandanın baş məşqçisi də səni xüsusilə fərqləndirib.
- Hər oyuna ciddi hazırlaşıram. Amma bundan əvvəlki görüşlərdə zədəmin tam sağalmağını gözləyirdim. Hər şey müsbətə doğru gedir. Yavaş-yavaş əvvəlki formamı yığıram. Oyundan əvvəl ayağımda cüzi də olsa, ağrılar var idi. Amma buna baxmayaraq, meydana çıxdım. Qarşılaşmanın sonlarına yaxın ağrılarım bir az artdı. Başa düşürəm, bu da yorğunluqla əlaqədar idi. Ona görə də Qurban müəllim məni əvəzlədi.
- Birinci hissə tamamilə “Qarabağ”ın üstünlüyü ilə keçdi. “Streymur” demək olar ki, qapınıza yaxın düşə bilmədi. Ancaq ikinci hissədə komandanın oyununda bir qədər durğunluq yarandı. Deyəsən, ilk hissədən sonra futbolçularda bir qədər yorğunluq var idi.
- Hə, ola bilər. Çünki birinci hissədə çox hücum elədik, yorulduq. Həm də hava həddindən artıq isti idi. Ona görə də ikinci yarının əvvəllərində nisbətən müdafiəyə çəkilib, dincəlirdik.
- Üçüncü təsnifat mərhələsindəki rəqibiniz barədə nə düşünürsən?
- “Brügge” kifayət qədər tanınmış, güclü komandadır. Hər il Avroliqanın qrup mərhələsində mübarizə aparırlar. Amma keçilməyəsi komanda deyil. İnşallah, əlimizdən gələni edib, onları da keçəcəyik. Azərbaycandan Avropada bircə biz qalmışıq. Hamı bizdən çox şey gözləyir. Biz də bütün bunları nəzərə alıb, “Brügge” ilə səfər oyunundan sərfəli nəticə ilə qayıtmaq məsələni Bakıda həll etmək istəyirik.
- Özün də dedin ki, Azərbaycan klublarından avrokuboklarda yalnız “Qarabağ” mübarizəni davam etdirir. Xalqımız sizdən çox şey gözləyir. Bu amil futbolçuların üzərində hansısa psixoloji gərginlik yaratmır?
- Yox, heç bir gərginlik yaratmır. Əksinə sevindirir bizi. Əlbəttə, təəssüflənirik ki, digər komandalarımız avrkuboklarla vidalaşdı. Amma digər tərəfdən də sevinirik ki, hamı “Qarabağ” deyir və bizdən yaxşı nəticələr gözləyir.
- Digər təmsilçilərimizdən fərqli olaraq, “Qarabağ” avrokuboklarda üzərinə düşən vəzifəni müəyyən mənada yerinə yetirib. Bu komandanın sirri nədədir?
- “Qarabağ”ın sirri kollektivdə, ürəkli oynamaqda və baş məşqçidədir. Bu futbolçular neçə ildir, bir yerdə oynayırlar. Burada şərait elə qurulub ki, hamı bir-birinə dəstəkdir. Digər tərəfdən komandanın əksəriyyətini yerli futbolçular təşkil edirlər. Legioner 90 faiz fikirləşirsə ki, o, Azərbaycanı təmsil edir, biz 120-130 faiz fikirləşirik. Amma legioner özü bilər. Bizi hazırda legioner maraqlandırmır. Düzdür, onların arasında yaxşıları da olur ki, komandasının uğuru üçün can qoyurlar. Amma çoxu fikirləşir ki, öz oyununu oynayıb, pulunu qazansın.
- “Streymur”la oyundan əvvəl klubunuzun vitse-prezidenti Tahir Gözəl mətbuata açıqlamasında bildirmişdi ki, artıq Avropa Liqasında qrupa düşməyin vaxtı çatıb. Sən necə düşünürsən, “Qarabağ” bu il o sevinci Azərbaycan xalqına yaşada biləcəkmi?
- İnşallah, sevindirərik. Biz də ona çalışırıq. Qarşımıza məqsəd qoymuşuq ki, daim irəliyə gedək. Qrup mərhələsi barədə düşünmək tezdir. Çünki hələ qarşımızda “Brügge” kimi rəqib var. Əvvəlcə onu keçməliyik. Belçika klubunu keçdikdən sonra qrup mərhələsinə düşmək üçün bir addım qalır. İnşallah, həmin vaxt nəyimiz varsa, ortaya qoyub, oynamalıyıq.
- Püşkdən əvvəl “Qarabağ”ın potensial rəqibləri arasında nisbətən zəif komandalar da var idi. Onlarla da düşə bilərdiniz. Amma qarşınıza “Brügge” çıxdı. Səncə, püşkatmanın nəticəsini bəxtsizlik kimi qiymətləndirmək olar?
- Yox, bəxt amili bizlik deyil. Bizim işimiz çıxıb futbolumuzu oynamaqdır. “Brügge” olmasın, başqa bir rəqib olsun. Biz belə şeyləri fikirləşməməliyik. Əsas odur ki, rəqibin kimliyindən asılı olmayaraq, öz oyunumuzu göstərək və qələbə qazanaq.
Hara gedirsən, Benzia?
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər
"Barselona" Niko Uilyamsla əlaqəni kəsdi
"İmişli" yayda 7 yoxlama oyunu keçirəcək
“Araz-Naxçıvan”ın rəqibi yoxlama matçında uduzdu
"Arsenal" yaponiyalı futbolçusu ilə yolları ayırdı
"Yuventus" kanadalı hücumçu transfer etdi
"Atletiko"nun futbolçusu "Betis"ə keçdi - Rəsmi
"Napoli"də qalır
İçib klub direktorunu təhqir etdi, ağır cəza aldı
İspaniya millisinin üzvü 10 illik müqavilə bağladı
Juninyo yeni klub axtarışına çıxıb - İki təklif var
Bütün dəvətləri rədd etdi, amma...
Veşoviç: "Artıq "Qarabağ"da darıxırdım"
Remzinin yeni klubu rəsmiləşdi
Millinin keçmiş qapıçısı dünyasını dəyişdi
Eldor Şomurodov Türkiyə Superliqa klubuna icarəyə verildi
Azərbaycan klubuna yeni baş məşqçi təyin edilib
Şahruddin "Real" Madridə çağırış etdi - Video, Şəkil
Suares “İnter Mayami”dən gedir
Santuş Jotanın faciəvi ölümü haqda danışdı
Ağ Evdə UFC döyüşü keçiriləcək
"Milan"dan yeni transfer
Daha iki boksçumuz dünya kubokunun yarımfinalında
Fatih Terimi o əvəzlədi - Rəsmi
Azərbaycan güləşçisi yenidən Avropa çempionu oldu
"Qəbələ" 19 yaşlı legionerlə müqavilə imzaladı
"Liverpul" 20 nömrəli formanı dövriyyədən çıxardı
İtaliyanın tarixi klubu peşəkar turnirlərdən kənarlaşdırıldı
"Şamaxı" "İmişli" ilə də qarşılaşacaq
"Sabah"ın Avstriyadakı yoxlama oyununda 6 qol vuruldu
Şahruddin, neynirsən sən?! - Video
"Komo" almaniyalı vingerlə razılaşdı