“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev dünən Çempionlar Liqasında Zaqreb “Dinamo”suna qarşı keçirilmiş oyunla bağlı Qol.Az saytına müsahibə verib
- “Neftçi” dünən elə bil səfərdə çıxış edirmiş kimi çox zəif təsir bağışladı.
- Hər birimiz oyundan öncə meydana yalnız revanş üçün çıxacağımızı demişdik.Oyun başlayan kimi irəli atılıb tez bir zamanda qol vurmağa çalışırdıq, ancaq bir çox epizodda bəxtimiz gətirmədi. Həm də komandada bir az psixoloji gərginliyin olması da sözünü dedi. Çünki səfərdə “Dinamo”ya 0:3 hesabıyla uduzduğumuzdan mərhələni adlamaq bir qədər inandırıcı görünmürdü. Həmçinin, azarkeşlər tərəfindən gələn kəskin etirazlar da uşaqlara pis təsir edirdi. Ancaq çox çalışırdıq ki, heç olmasa, doğma meydanda minimal hesabla da olsa, qələbə qazanaq. Təssüf ki, istəyimizə nail ola bilmədik.
- Birinci hissədə vurduğun cərimə zərbəsi çox təhlükəli oldu.
- Mənim zərbəmdən sonra komanda yoldaşlarımdan kimsə bir az cəld tərpənsəydi, yəqin ki, topu qapıdan keçirəcəkdi. Bəlkə də bundan sonra oyun bizim istədiyimiz məcrada olacaqdı. Çünki onların baş məşqçisi də müsahibələrinin birində etiraf etmişdi ki, əgər “Neftçi” erkən qol vursa, bizim işimiz xeyli çətinləşəcək. Biz də çalışdıq ki, erkən qolun vurulmasını reallaşdıraq, ancaq, nədənsə, alınmadı.
- Rəqib iki epizodda səhvə yol verərək, “Neftçi”yə qol vurmaq üçün "hədiyyə" bəxş etdilər. Amma sizin futbolçular sanki özlərini itirmişdilər.
- Nə qədər çalışsaq da, psixoloji gərginliyi üzərimizdən ata bilmədik. Çünki hər kəs bizdən qələbə gözləyirdi. Ancaq real danışsaq, “Dinamo” çox tanınmış və çətin bir rəqib idi. Rəqibin heyətində elə futbolçu var ki, qiyməti 10-15 milyon dollar dəyərindədir. Düzdü, bu o demək deyil ki, biz özümüzü onlardan zəif sayaraq əvvəlcədən oyunu uduzmalıyıq. Elə vəziyyətlər olurdu k, rəqiblə başabaş mübariz aparır, bəzən isə üstün olurduq. Gəlin, hər şeyə düzgün qiymət verək. “Dinamo” daim Avroliqanın qrup mərhələsinda oynayır, “Yuventus” və “Vilyareal” kimi komandalara qalib gəlməyi bacarıb.
- Belə götürəndə “Xəzər Lənkəran”ın da rəqibi çox güclü klubdur. Ancaq onlar səfərdə rəqibə yaxşı müqavimət göstərərək, hətta bir qol vurub növbəti mərhəlyə çıxmaq şanslarını saxladılar.
- Zaqrebdə hesab açılmazdan öncə bizim də qol vurmaq üçün iki yaxşı şansımız oldu. Əgər biz həmin epizodları dəyərləndirə bilsəydik, görüşün nəticəsi “Neftçi” üçün sərfəli olardı. Səfər oyununda qol vurmaq böyük stimuldur. Ancaq deməzdim ki, “Xəzər Lənkaran”ın qapısı qarşısında qol vəziyyətləri çox olmadı, əksinə rəqibin daha çox qol vurmaq şansı var idi. “Makkabi” güclü olduğundan təkrar gğrüşdə “Xəzər Lənkəran”ı asan oyun gözləmir. Onlara uğurlar arzulayıram.
- Dünən tribunalarda səslənən “İstefa”, “Formanı çıxarıb rədd olun”, “Oynaya bilmirsiniz” çağırışlarını eşitdiniz?
- Mən bilmirəm, bu etirazları “Neftçi”nin, yoxsa digər rəqib klubların azarkeşləri səsləndirir. Çünki oyundan qabaq da məşqə gəlib lazımsız sözlərlə bizə təzyiq göstərməyə çalışırdılar. Mən neçə il “Xəzər Lənkəran”da oynamışam, amma belə azarkeş görməmişəm.
- Bəzi komanda yoldaşların oyundan öncə çox iddialı danışırdılar. Bəlkə dediklərini edə bilməməkləri onları özündən çıxarıb?
- Şəxsən mən heç vaxt oyundan qabaq güclü rəqibi məğlub edəcəyimizi deməmişəm. Ola bilər ki, komanda yoldaşlarım öz güclərinə çox inanıb bu sözləri söyləyiblər. Ancaq onlar həddindən artıq qələbə qazanmaq istəyində olduğundan belə fikir söyləyiblər. Burada pis bir şey yoxdur.
- “Neftçi”dəki legionerlərdən hamı narazılıq edir. Deyirlər onlar yalnız Azərbaycan çempionatında yaxşı oyun göstərirlər, Avropada isə yox.
- Onlar da çox çalışdılar ki, üzərinə düşən vəzifənin öhdəsindən gəlsinlər. Mən də görürdüm ki, legionerlər əllərindən gələni etməyə çalışırlar. Əlbəttə, bizim yerli çempionat Çempionlar Liqası deyil, bunu hər kəs yaxşı bilir. Əgər onlar meydanda mübarizə aparmasaydı, o zaman sizinlə razılaşmaq olardı.
- Bəs, azarkeşlərin Arif Əsədovu istefaya səsləməsinə münasibət necədir?
- Bir-iki oyunla bele şüarla çıxış etmək doğru deyil. Əvvəla bu məsələləri klubun rəhbər şəxsləri həll edir. Məncə azarkeşlər başa düşməlidir ki, indi bu cür çıxışlar komandanın ziyanına işləyər. Unutmayın ki, Arif müəllim “Neftçi”nin çempion olmasında böyük payı olan şəxslərdəndir.
- Klubunuzun prezidenti Sadıq Sadıqovun futbolçuları danlaması xəbərləri doğrudur?
- Sadiq müəllim futbolçularla çox yaxşı münasibətdədir. Oyundan sonra bizi öpüb bağrına basdı. Bildirdi ki, futbolda belə hallar olur. Sadıq müəllim də bilir ki, komanda mərhələ adlamaq üçün əlindən gələni etdi. Təəssüf ki, istəyimizə nail ola bilmədik.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı