Makedoniya millisi və "Qarabağ" klubunun sabiq futbolçusu Artim Şakirinin Qol.Az saytına müsahibəsi
- İlk öncə Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək "Neftçi" - "Dinamo" oyunu haqda fikirlərinizi öyrənmək istərdik...
- "Neftçi"nin ilk oyunda böyükhesablı məğlubiyyəti komandanı çətin vəziyyətdə qoyub. Bununla belə, "Neftçi" öz meydanında qələbə qazana bilər. Bunun üçün isə ilk dəqiqələrdən hücuma atılmaq lazımdır. Əgər 15 dəqiqə ərzində "Neftçi" 1 qol vura bilərsə, oyunun gedişini öz xeyrinə dəyişə bilər. “Neftçi”nin itiriləsi bir şeyi olmadığı üçün oyunu hücum üzərində qurmalıdır.
- Sizcə, "Neftçi" "Dinamo"nu məğlub etmək üçün daha çox nəyə önəm verməlidir?
- Təbii ki, Xorvatiya futbolu Azərbaycanla müqayisə olunmamalıdır. Lakin Xorvatiyanın klub səviyyəsində inkişafı o qədər də nəzərə çarpmır. Yəni, "Dinamo"ya qarşı oynamaq olar. Sadəcə, yenə deyirəm ilk dəqiqlərdən hücuma atılmaq və oyunboyu topu özündə saxlamaq lazımdır. Lakin bu “Neftçi” üçün heç də asan olmayacaq.
- Sabiq komandan "Qarabağ" 2 gün sonra Bakıda Farer adalarının "Streymur" klubunu qəbul edəcək. İlk oyunda 1:1-lik heç-heçə qeydə alınmasına baxmayaraq, "Qarabağ" bu cütlüyün favoriti hesab olunur. Bu oyun haqda siz nə düşünürsünüz?
- Təbii ki, "Qarabağ" rəqibindən bir baş üstündür. Səfərdə qazanılan nəticə komandanı qane edir. İnanıram ki, "Qarabağ" Bakıda "Streymur"a böyük hesabla qalib gələcək. Çünki komandanın potensialı buna imkan verir.
- "Qarabağ" "Streymur" səddini keçəndən sonra Belçikanın "Brügge" klubu ilə qarşılaşacaq. Bu mərhələdə "Qarabağ"ın şanslarını necə dəyərləndirirsiniz?
- Çox maraqlı görüş olacaq. Bu oyun həm "Qarabağ", həm də Azərbaycan futbolu üçün çox önəmlidir. "Qarabağ"ın ildən-ilə artırması Azərbaycan futbolunun inkişafından xəbər verir. Təbii ki, "Brügge" "Qarabağ"dan daha təcrübəli komandadır. Lakin "Qarabağ" istənilən komandaya qarşı əzmkar mübarizə aparır. Ona görə də, hər iki görüşdə "Qarabağ"dan qələbə gözləyirəm. Hərçənd bu heç də asan olmayacaq.
- Yəni, siz "Qarabağ"ın "Brügge" səddini keçəcəyinə inanırsınız?
- Əlbəttə, niyə də olmasın. Ən azı "Qarabağ"ın "Brügge"yə layiqli müqavimət göstərəcəyini gözləyirəm.
- Bəs, "Xəzər Lənkəran" - "Makkabi" oyunu haqda nə deyə bilərsiniz? Necə düşünürsünüz, "Xəzər Lənkəran" İsraildəki məğlubiyətin (1:3) əvəzini çıxa biləcəkmi?
- Düzünü desəm, "Xəzər Lənkəran"a çətin rəqib düşüb. Bununla belə, "Xəzər Lənkəran"ın səfərdə bir qol vurması onlar üçün böyük üstünlük sayılmalıdır. Məncə, "Neftçi"yə nisbətən "Xəzər Lənkəran"ın şansı daha çoxdur. Sadəcə, “Xəzər Lənkəran” bir qədər ehtiyatlı oynamalıdır.
- Avrokuboklardakı 3 təmsilçimizdən hansını növbəti mərhələdə görürsünüz?
- Ümumi götürsək, hamısının şansı var. Lakin bunun üçün daha çox qaçmaq və çalışmaq lazımdır. Buna görə də, "Qarabağ"ı daha şanslı görürəm.
- Bir qədər də özünüz barədə danışın. Ötən müsahibənizdə bildirmişdiniz ki, Makedoniya milli komandasının baş məşqçi postuna siz də namizədsiniz və buna iyulun 15-nə kimi aydınlıq gələcək. Lakin deyəsən bu məsələ öz həllini tapmayıb. Ümumiyyətlə məsələ nə yerdə qalıb?
- Düzdür, mən baş məşqçi postuna namizəd olduğumu demişdim. Lakin hələlik bu məsələ öz həllini tapmayıb. Buna yaxın günlərdə aydınlıq gəlməlidir.
- Avqustun 10-da Makedoniya millisi Bakıda Azərbaycan yığmasının qonağı olacaq. Bu oyunu izləmək üçün Bakıya gələcəyinizi bildirmişdiniz. Fikrinizdə qalırsınız, yoxsa, bu da hələ dəqiqləşməyib?
- (Gülür). Əlbəttə, mən Azərbaycana Makedoniya milli komandasının baş məşqçisi kimi gəlmək istərdim. Lakin dediyim kimi, bu məsələyə yaxın günlərdə aydınlıq gələcək. Azərbaycana gəlməyim də bundan asılıdır. Ola bilsin ki, gəldim. Ancaq söz vermirəm.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi