“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi
- Zaqreb “Dinamo”su ilə Çempionlar Liqasındakı səfər oyunu barədə nə deyə bilərsən?
- Hamı gördü ki, biz istədiyimiz oyunu göstərə bilmədik, məğlubiyyətlə üzləşdik. Biz başqa nəticə arzulayırdıq. Ən azı heç-heçə üçün getmişdik. Məqsədimiz səfərdən yaxşı hesabla geri dönmək və məsələnin taleyini Bakıda həll etmək idi. Çalışırdıq ki, rəqibin zəif nöqtələrindən istifadə edib, öz oyunumuzu göstərək. Elə oldu ki, alınmadı.
- Səncə, niyə alınmadı? Böyükhesablı məğlubiyyətə səbəb nə oldu?
- Açıq danışsaq, rəqib bizdən üstün oynadı. Əvvəlcədən də bilirdik ki, püşk bizə güclü rəqib verib. Bu komandaya qarşı əvvəllər də oynamışam. Kifayət qədər təhlükəli komandadır. Məğlubiyyətə gəlincə, hər şey öz səhvlərmizdən oldu. Onlar da bundan istifadə edib, qapımıza qollar vurdular. Birinci qolu çox tez buraxdıq. Həm ilk, həm də ikinci qollar zamanı kobud səhvlər etdik. Üçüncü qol isə penaldan vuruldu. Amma bununla yanaşı, bizim də yaxşı epizodlarımız oldu. Bəlkə də həmin məqamlarda qolları vura bilsəydik, oyunu “sındıra” bilərdik.
- Qapınıza vurulan üçüncü qolda penalti var idi? Hakim doğru qərar vermişdi? Çünki oyundan sonra həm Arif Əsədov, həm də bəzi futbolçular referinin qərarını şübhəli sayırdılar.
- Vallah, mən həmin epizoda yaxın deyildim, bir az uzaq idim. Penalti epizodunda onların futbolçusunun, yəni qolu vuran Krstanoviçin sarı vərəqəsi var idi. Futbol dili ilə desək, o, sanki “penaltiyı gedirdi”. Həmin vaxt hakim futbolçuya tərəf qaçdı. Elə bildik ki, referi Krstanoviçə ikinci sarı vərəqə verib, meydandan atacaq. Amma futbolçunun yanına çatandan sonra onbirmetrlik nöqtəni göstərdi. Ona görə də bizə bir qədər şübhəli gəldi.
- 2007-ci ildə “Xəzər Lənkəran”ın heyətində “Dinamo”ya qarşı oynamısan. Hazırda mətbuatda belə bir müzakirə gedir ki, indiki “Dinamo” o vaxtkından zəifdir. Bəziləri isə əksini düşünür. Bizcə, bu suala ən doğru cavabı sən verərsən: hansı “Dinamo” daha güclüdür?
- Onlar elə bil zovoddur. Oyunçuları istehsal edib, güclü komandalara verirlər. Əgər siz o oyunda iştirak etsəydiniz, şahidi olardınız ki, çox güclü komandadır. O vaxtkı heyətin bir neçə üzvü hazırda İngiltərə Premeyer Liqasında çıxış edir. Amma heç kim deyə bilməz ki, hazırkı heyət zəifdir. Orada Kiev “Dinamo”sunun gətirilən oyunçusu çıxış edir. Heyətində elə oyunçular var ki, transfer qiyməti 15 milyon avrodur. Ona görə də demək olmaz ki, onda zəif güclü idilər, indi zəif. Bu komandanın kökü var. Gedən futbolçunun yerinə onun kimi səviyyəli oyunçu gəlir. Uşaq futbolu çox güclüsdür. Bir oyunçuları var idi, 1993-cü il təvəllüdlü. Mən deyərdim ki, bir ildən sonra səviyyəli komandada çıxış edəcək.
- Dedin ki, “Dinamo”da uşaq futbolu çox güclüdür. Onda həm milli komandamızın, həm də klublarımızın zəif çıxışını Azərbaycanda uşaq futbolunun zəif inkişafı ilə əlaqələndirmək olarmı?
- Bizdə uşaq futbolunun zəif olması fikri ilə razıyam. Digər tərəfdən isə gənc oyunçularımız ölkə xaricinə getmək istəmirlər. Mən həmişə bunu demişəm. Gənc vaxtlarım, 20-22 yaşım olsaydı, çalışardım ki, gücümü xaricdə göstərim. Karyeramı nisbətən səviyyəli çempionatda davam etdirim. Çünki istər-istəməz onların oynadığı çempionatla bizimki arasında ciddi fərqlər var. Onlarda çempionat daha sürətli və səviyyəlidir. Hər il Avroliqanın qrup mərhələsinə düşüb, “Yuventus” və digər güclü komandaları məğlub edirlər. Fərq çox böyükdür. Oyun praktikaları çox olur, futbolçuları hazır vəziyyətdə güclü klublara yollanırlar. 20-25 min dollarlıq müqavilələr bağlayırlar.
- Yeni transferlər edilmədiyi üçün “Neftçi”nin baş məşqçisi Arif Əsədov çox tənqid olundu. Səncə, komandaya yeni oyunçular alınsaydı, nəsə dəyişərdi?
- Yox, mən belə deməzdim. Çünki boş mövqelərə oyunçu almaq lazımdır. Bizdə isə şükür Allaha, hər mövqedə oynayan futbolçular var. Mənə elə gəlir ki, iki güclü futbolçu gəlsəydi belə, nəticə dəyişməyəcəkdi. Dünən “Xəzər Lənkəran”ın oyununa baxdım. 5-6 təzə oyunçu gətiriblər. Amma yenə də istədikləri nəticəni ala bilmədilər. Məncə, legioner oyunçu ilə nəticə qazanmaq barədə düşünməkdənsə, uşaq futboluna diqqət yetirmək daha yaxşıdır. Yalnız azərbaycanlı futbolçuları yetişdirib, onların köməkliyi ilə güclü rəqiblərə qarşı başabaş oynamaq olar. İki legionerlə sadəcə oyunumuzu gücləndirə bilərik.
- Səncə, cavab oyunundan sensasiya gözləməyə dəyər?
- Yenə deyirəm, orada bizim yaxşı imkanlarımız oldu. Həmin vaxt onların necə qışqırdıqlarını gördüm ki, necə həyəcanlıdırlar. 2 top geriyə düşdükdən sonra da qol şanslarımız oldu. Hesabı bərabərləşdirə bilərdik. Amma sonra onlar bizim qapımızdan üçüncü topu keçirdilər. Mənə elə gəlir ki, doğma meydanda azarkeşklərimizn də köməyilə qələbə qazana bilərik. Çünki bu komandaya qarşı oynamaq olar. Futbolda hər şey mümkündür. Evdə 3, hətta 4 top da vurmaq olar. Çalışmaq lazımdır. Biz ümidimizi itirmirik. Gələndən sonra rəhbərlik, məşqçilər korpusu ilə söhbətimiz oldu ki, var gücümüzlə oynayıb, lazımı nəticəni təmin etməyə çalışacağıq.
- Bir qədər öncə üçüncü təsnifat mərhələsinin püşkü atıldı. Püşkatmanın nəticəsinə əsasən, “Neftçi” – “Dinamo” cütünün qalibi HİK (Finlandiya) – “Banqor Siti” (Uels) görüşünün qalibi ilə qarşılaşcaq. Bu barədə nə düşünürsən?
- Biz “Dinamo” ilə düşəndə, bilirdik ki, qabağımızda duran ən əsas komanda Zaqreb təmsilçisidir. Bundan sonra asan rəqibin düşəcəyini bilirdik. Ona görə də qarşımıza başlıca məqsəd olaraq, “Dinamo”nu keçməyi qoymuşduq. Püşkatmanın nəticəsi də bizim üçün əlavə stimul olacaq. Buna görə çalışacağıq ki, Bakıda istədiyimiz nəticəni qazanaq.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi