«Neftçi» klubunun vitse-prezidenti Tahir Süleymanov Çempionlar Liqasında Zaqreb «Dinamo»suna 0:3 hesablı məğlubiyyətlə əlaqədar Qol.Az saytının suallarını cavablandırıb
- Oyunun yalnız son 15 dəqiqəsinin Azərbaycanda canlı yayımlanmasını nəzərə alıb, sualı belə qoymaq istərdik: Xorvatiyada nə baş verdi?
- İlk öncə bütün klubumuz və komandamız adından «Neftçi» azarkeşləri, ictimaiyyət və mediaya üzrxahlığımızı bildirirəm.
Matça gəlincə, nəticə oyuna görə olmadı. İlk hissədə «Neftçi» 35 min azarkeşin qarşısında oynamasına baxmayaraq, rəqibə çox ciddi müqavimət göstərdi, hətta təşəbbüsü də ələ aldı. Ən azı birinci hissədə iki yüzfaizli qol imkanı oldu ki, dəyərləndirə bilmədik. Fasiləyə yaxın isə adi bir səhvdən qol buraxdıq, bu da nəticəyə öz təsirini göstərdi.
Bütün bunlara baxmayaraq, hesab edirəm ki, 0:3 hesablı məğlubiyyət yolverilməzdir.
Buna görə, bir daha «Neftçi» azarkeşlərindən, mediadan üzrxahlıq etməklə yanaşı, qeyd etmək istəyirəm ki, hələ heç nə itirilməyib və mən onlardan xahiş edirəm ki, cavab oyununa kimi bizə dəstəyini əsirgəməsin.
Bir daha deyirəm, «Neftçi» Zaqrebdə ilk hissədə yaxşı oynadı, ikinci hissədə iki-üç real qol vəziyyəti oldu, birində topu boş qapıdan çıxardılar. Bunlar onu deməyə əsas verir ki, «Dinamo»ya qarşı müqavimət göstərmək çətin olsa da, məğlubiyyətin əvəzini çıxmaq mümkündür.
Buna görə də biz azarkeşlərmizdən xahiş edirik ki, təkrar oyunda stadionu doldursunlar və bizə dəstəklərini əsirgəməsinlər.
Ümumi iki oyunun nəticəsindən sonra isə biz digər bütün məsələlərə aydınlıq gətirəcəyik.
- Media məğlubiyyətə görə baş məşqçi Arif Əsədovu günahlandırır. Eyni zamanda klub rəhbərliyi lazımi transferlər həyata keçirmədiyinə görə qınaq obyektinə tuş gəlib.
- İnanın, qətiyyətlə deyirəm ki, «Dinamo» nə qədər güclü rəqib olsa da, azarkeşlər ilk 20-25 dəqiqədəki oyunlarına görə futbolçularını fitə basırdılar. Amma bütün hallarda tarixdə nəticə qalır. 3 qol buraxmışıq, bu cür oyunlarda belə bəsit səhvlərə yol vermək olmaz. Futbolçularımız da bunu başa düşür.
- Hər halda, siz suala cavab vermədiniz.
- Biz Avropada yarışan bütün klublarımıza uğurlar arzu edirik. Dünən «Xəzər Lənkəran»la «Makkabi»nin oyununda da gördünüz ki, səfərdə oynamaq necə çətindir. Rəqib güclüydü. Amma fasilədən sonra «Xəzər Lənkəran» dönüş yarada bildi.
Bu gün «Neftçi»nin gücü yetir ki, «Dinamo» kimi rəqiblərə qarşı evdə yüksək səviyyəli oyun nümayiş etdirsinlər.
Bir daha çox xahiş edirik ki, azarkeşlər stadionu doldursunlar, bizə dəstək oslunlar. Cavab oyunundan sonra isə biz bütün suallara aydınlıq gətirəcəyik.
- Belə başa düşdüm ki, cavab oyununda da pis nəticə olsa, «Neftçi» Arif Əsədovla yolları ayıra bilər?
- Gəlin, pis nəticə gözləməyək. Bir daha vurğulayıram ki, «Neftçi» məğlubiyyətin əvəzini çıxa bilər. Sadəcə, futbolçular ilk oyundakı məğlubiyyəti unudub sonadək «döyüşməli»dir.
- Oyunun canlı yayımında yaranmış problem nəylə əlaqədər idi?
- Bildiyiniz kimi, «Space» telekanalı bu matçın yayımlanması işini öz üzərinə götürmüşdü. Bizə verilən məlumata görə, telekanal oyunun yalnız son 15 dəqiqəsini birbaşa nümayiş etdirə bilib. Bu mənada, baş verənlərə «Space» telekanalının məsul şəxsləri cavab verə bilərlər.
Təəssüflə bildirirəm ki, belə bir hal baş verib. Biz çalışacağıq ki, cavab matçına kimi Zaqrebdəki oyunun videoyazısı təkrar göstərilsin. Hər halda, o zaman ictimaiyyət «Neftçi»nin necə oynadığını görəcək. Düzdür, bu, məğlubiyyət üçün bəraət deyil. Amma qeyd edim ki, həmin oyunda «Neftçi»nin bəxti gətirmədi.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı