Azərbaycanı əməkdar məşqçisi Ağasəlim Mircavadov Qol.Az saytına müsahibəsində «Neftçi»nin Zaqreb "Dinamo"suna qarşı dünənki oyununu dəyərləndirib
- Siz dünən Qol.Az saytına bildirmişdiniz ki, «Neftçi» müdafiə futbolu Oynasa, əz azı 2 top fərqiylə uduzacaq. Təəssüf ki, proqnozunuz doğru çıxdı.
- Ümumiyyətlə, Avropada belədir ki, əgər müdafiədə oynadınsa, top buraxacaqsan.Azərbaycan futbolçuları müdafiədə oynamağı bacarmır. Top buraxmamağa çalışsan da, komanda şəklində müdafiə olunmalısan. Ancaq bu o demək deyil ki, rəqib meydanında kəsərli hücumlar təşkil etmədən oyunu ancaq müdafiə üstündə qurasan.
- Sizcə, “Neftçi” belə böyükhesablı məğlubiyyətə hazır idi?
- 0:3-ün ağır məğlubiyyət olduğunu hər kəs yaxşı anlayır. Ancaq cavab görüşünu unutmaq olmaz. Çünki «Neftçi» ən azı doğma divarlar arasında böyük azarkeş dəstəyi altında təkrar oyuna çıxacaqlar. Bu da futbolçularımıza böyük stimul verərək revanş almaq üçün əla şans yaradacaq. Bilmək olmaz, nələr yaşanacaq. Bu, futboldur, hər şey ola bilər. Əsas odur ki, öz oyunlarını ortaya qoya bilsinlər və onları dəstəkləməyə gələn azarkeşləri məyus etməsinlər.
- «Neftçi»dən hansı nəticə gözləməyə dəyər?
- Ola bilər, “Neftçi” növbəti mərhələyə keçməsin, ancaq qələbəni mütləq qazanmalıdır. Çünki qələbə bizim UEFA-dakı reytinq xallarımızı yüksəldəcək. “Dinamo” 3 top vursa da, oyunun axırlarında belə, hücum edirdi. Sona qədər mübarizə apararaq bizimkilərə oynamağa imkan vermədi. Mən təkrar oyundan “Neftçi”dən belə oyun gözləyirəm. Yalnız bu cür əzmkarlıq sayəsində nəyəsə nail olmaq olar.
- İlk iki qolda «Neftçi»nin müdafiəçilərinin kobud səhvi oldu.
- Bizim futbolçuların mövqe səhvləri həddindən artıq çox olur. Belə vacib görüşlərdə bu cür səhvlərə yol verilməməli idi. Rəqib komanda belə səhvlərdən maksimum yararlanmağı bacaran bir kollektivdir. Ümumiyyətlə, «Dinamo» cinahlardan hücum qurmağı daha yaxşı bacarır. Elə “Neftçi”ilə görüşdə bunun şahidi oldunuz ki, qolların ikisini məhz cinahlardan qurulan hücum zamanı vurdular.
- Bu gün “Qarabağ” və “Xəzər Lənkaran”ın da Avroliqada çıxışları olacaq. Onlarında şanslarını necə dəyərləndirirsiniz?
- “Qarabağ”ın mərhələ keçəcəyinə çox inanıram. Ancaq bir şey də var ki, uşaqlarda bir qədər motivatsiya çatışmır, həmçinin sürətlərini də artırmağa çalışmalıdırlar. İkinci mərhəlni keçərlərsə, növbəti rəqib daha güclü olacaq. Buna görə də mən düşünürəm ki, onlar üzərində bir qədər də çox çalışmalıdırlar. Ümumiyyətllə, bu turnirdə “Qarabağ”ın şansları çox böyükdür.
“Xəzər Lənkaran”a gəldikdə isə onların da rəhbərliyi komandalarının Avropada uğur qazanması üçün əlindən gələni edir. Futbolçular üçün hər cür şərait yaradıb ki, komandası uğurlu nəticələr əldə etsin.”Xəzər Lənkaran” təzəlikcə hansı oyunçuları transfer etdiyini bilməsəm də, düşünürəm ki, səviyyəli futbolçular almış olar. Rəqib komandaya gəldikdə isə,onlar haqda kifayət qədər məlumatım yoxdur. Ancaq bizimkilərin nəticə qazanacaqlarına inanıram.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı