Azərbaycan milli komandasının və «Volqa»nın hücumçusu Vaqif Cavadov Rusiya mətbuatına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, Cavadov müsahibədə bir sıra mövzulara, o cümlədən «mavi»lərə, manikür və pedikürə münasibətindən danışıb. Müsahibəni kiçik ixtisarla təqdim edirik.
- Formal olaraq siz Rusiyaya Hollandiyadan gəlmisiniz. «Tvente»yə keçidiniz barədə məlumat vermənizi istərdik.
- Bu, 2009-cu ildə, «Qarabağ»da oynayanda baş vermişdi. Avroliqanın Bakıdakı oyunundan sonra Stiv Maklaren mənə yaxınlaşaraq dedi: «İstəyirəm ki, sən bizim komandada çıxış edəsən. Fikirləş». O vaxtdan danışıqlar başladı. Mən buna görə çox şad idim. Razılaşın ki, İngiltərə kimi bir ölkənin milli komandasına rəhbərlik etmiş bir şəxs hər gün sənə yaxınlaşmır.
- Onun reputasiyası sizi çəkindirmirdi?
- Yox. «Tvente»də o sübut elədi ki, komandanı yüksək səviyyədə məşq etdirə bilər. Mən onunla bir ilə qədər çalışdım. Bütün bu müddət ərzində o, futbolçuların təkcə məşqçi deyildi, həm də yaxşı yoldaşı idi.
- Nə cür?
- Biz onunla sakit şəkildə çay içə, nəyisə müzakirə edə bilərdik.
- Hollandiyada yaşamaq çətin deyildi?
- Mən ilk gündən müşahidə etdim ki, sənin nəyəsə sahib olmağın, nə geyinməyin, hansı telefonu işlətməyin bu ölkənin insanlarını vecinə deyil. Bu, normal həyat üçün ideal şəraitdir. Sən özün üçün dəbdə olan hər şeyi ala bilərsən, amma kənardakı insanlara zahiri görünüşünə görə qiymət verə bilmərsən.
- Hollandiyada diqqətinizi daha nə cəlb edirdi?
- Orada insanların çoxu maşın sürmür, daha çox velisopeddə gəzməyə üstünlük verir. Xüsusilə də istirahət günləri. Bu, çox effektilidir.
- Bəs, siz nədə gəzirdiniz?
- Maşında. Əlbəttə, velisoped də sürdüm. Amma, velisoped sürmək üçün şərait yaradılmasına baxmayaraq, onunla uzun məsafə qət etmək çətin idi.... Birdə ki, orada saat 6-da bütün mağazalar bağlanırdı. Əgər şənbə və bazar günü evində yemək olmasını istəyirsənsə, o zaman cümə günü alış-veriş etməlisən. Avropada bütün bunlar normaldır, amma mən belə həyata dərhal alışa bilmədim.
- Belə çıxır ki, ilk həftələrdə Hollandiya ac qalırdınız?
- Yox, ərzaq olurdu, lakin çörək çatışmırdı. Mən xörəyi çörəklə yeməyə adət etmişəm, amma orada iki gün çörəksiz qalırdım. Ən başlıcası isə o idi ki, real olaraq, sən haradansa çörək ala bilmirdin.
- «Spartak»da çıxış edən Demi de Zeuv Hollandiyada oynayarkən müxtəlif çəkilişlərdə iştirak edib ki, bu da bomba effekti yaradıb. Hollandiya çempionatında homoseksuallar varmı?
- Mənə bu maraqlı deyil, onlarla dostluq etmirəm. Amma onlara pis yanaşdığımı da demirəm. Bu, həyatdır, hər kəsin özünün seçimi var. Sadəcə, «mavi»lərin həyatı məni maraqlandırmır. Mən onları başa düşmürəm.
- Hollandiyada oynayan Yevgeni Levçenko kosmetik əşyalardan çox istifadə edirdi. Hollandiyada futbolçular digər ölkələrlə müqayisədə zahiri görkəmlərinə çox fikir verirlər?
- Prinsipcə, yuyunmaq üçün krem, gel, həmçinin manikür və pedikür təkcə futbolçu yox, bütün kişilər üçün normaldır. Bu, başqa məsələdir ki, ona çox vaxt ayırısan. Bu, təəccüblüdür. Amma mən belə şeyləri «Tvente»də və Hollandiyanın digər komandalarında görməmişəm..
- Siz manikür və pedikür edirsiniz?
- Futbolçulara pedikür etmək mütləq lazımdır. «Tvente»də bizim bu sahə üzrə xüsusi ustamız da var idi. O, hər həftənin ikinci günü gələrək futbolçulara xidmət göstərirdi. Ayaqlar futbolçunun qazanc mənbəyidir, bunlar həmişə qaydasında olmalıdır.
- Azərbacanda və Rusiyada belə şeylər yoxdur.
- Doğrudur. Mən bunu ilk dəfə Hollandiyada gördüm. Amma bu, həqiqətən də lazımdır. Mən əvvəllər də dırnaqlarıma fikir verirdim.
- Futboldan başqa daha nəyə həvəs göstərirsiniz?
- Balıq tutmağı çox sevirəm. Tez-tez atamla balıq ovuna gedirəm. Suyun yanında bütün günü otura bilərəm. Bizdə kütüm var, onun çəkisi kiloyarım da gələ bilər. Onlardan çox tumaq olar: bir gün ərzində 10-15 ədəd.
- «Qarabağ»da oynayanda çox populyar idiniz. Bakıda gəzərkən nə qədər avtoqraf verirdiniz?
- Saymamışam. Əgər şəhərə gəzməyə çıxıramsa, ətrafıma 30-50 adam yığışırdı. Ona görə də Bakıda maşınla gəzməyə üstünlük verirəm. Ona görə yox ki, populyarlıq məni narahat edir, sadəcə, bu qədər diqqət olanda özümü rahat hiss etmirəm..
- Hazırda Azərbaycan futbolunda nə baş verir?
- Son üç ildə Azərbaycan futbolunun səviyyəsi ciddi mənada artıb. Əlbəttə, bu, onun nəticəsidir ki, futbolumuza pul axır. Əvvəl belə şey yox idi.
- Bəs, pullar haradan gəlir?
- Azərbaycan zəngin ölkədir. Onun nefti var. Yəqin Rusiyada da belə düşünürlər: əgər neftin yoxdusa, nə pulun, nə də futbolun olacaq.
- Futbola bağlı dövlət nə düşünür?
- Əvvəllər maraq göstərilmirdi. Hazırda isə bu məsələylə ciddi məşğul olurlar. Mən bildiyimə görə, buna görə məmurların cibinə pul da getmir. Hər şey hara lazımdırsa, ora yönəldilir. Bir seçmə mərhələdən sonra biz artıq dünya çempionatının final mərhələsinə düşə bilərik. Bu, 2018-ci ildə ola bilər.
- Berti Foqts bildirmişdi ki, milli komandanın məğlubiyyətindən sonra siz gülmüsünüz.
- Ona sadəcə doğru informasiya verməmişdilər. Kimsə ona bildirmişdi ki, mən ağır məğlubiyyətdən sonra gülmüşəm. Amma bu, absurddur. Mən soyunub-geyinmə otağında Foqtsun yanındaydım və sakit dayanmışdım. O, bəlkə də bunu görməyib. Sonra biz telefonla danışdıq və mübahisəni yoluna qoyduq. İndi hər şey qaydasındadır.
- Tez-tez deyirlər ki, Azərbaycan və Özbəkistan futbolçuları pasportlarında doğum tarixini dəyişirlər.
- Bəli, bu, bütün dünyada var. Kim ki təvəllüdünü dəyişir, onları hamı yaxşı tanıyır. Bizim ölkədə onlar aşkara çıxarılır və adları açıqlanır. Futbolçular isə sərt şəkildə cəzalandırılır.
- Hansı formada?
- Onları futboldan müəyyən müddətə uzaqlaşdırırlar. «Lipa» oyunçuların adlarını isə hamı ona görə bilir ki, dövlət tərəfindən onların təvəllüdü yoxlanılır. Yeri gəlmişkən, həttə mənim barəmdə də bunula balı şübhələr var idi.
- Bəs, siz buna nə cavab verdiniz?
- Mən nə deməliyəm, nəyi sübut etməliyəm? Məni və ailəmi hamı tanıyır. Əgər yalan danışsaydım, bundan hamı xəbər tutardı. Hazırda 22 yaşım var.
- «Volqa»da gürcülərin çoxluğu səni təəccübləndirdi?
- Yox. Çünki gürcülər dünyada çoxdur, futbolda da onların kifayət qədər təsir imkanları var. Bizdə ümumiyyətlə, bütün kollektiv dostluq edir. Hər hansı kiçik qruplara bölünmürük. Hərçənd mən vaxtımın çoxunu onlarla keçirirəm. Qafqaz xalqları dostdurlar.
- Sizi Gürcüstana dəvət ediblər?
- Hələ yox. Amma mən bu ölkədə olmuşam. Orada mənim bir neçə yaxın dostum yaşayır. Tiflisi daha çox yadımda qaldı. Orada gözəl yerləri olan tarixi şəhərdir. Yeri gəlmişkən, Gürcüstanın yaxşı insanlarının olduğu da qeyd etməliyəm.
- Yerli mətbəxdən ən çox nəyi bəyəndiniz?
- Xaçapuri və xəngəli. Əlbəttə, həm də çaxırı. Bunsuz mümkün deyil. Gürcü çaxırı gilanar şirəsi kimi içilir.
- Siz çox içə bilirsiniz?
- Yox, çox lazım deyil. Çünki bu, ayaqlara ziyandır. O zaman karyeran da məhv olar. Buna yol vermək olmaz.
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan kompensasiya tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı
Rövşən Nəcəf FİFA-nın Plenar Sessiyasına qatıldı
1-ci liqada 11-ci tur başladı
Messi "Atletiko"nun kapitanını istəyir
“Sabah” – “Qarabağ” oyununun hakimləri açıqlandı
Levandovski MLS yolunda
İbrahimoviçin oğlu "Milan"ın Superkubok üçün heyətində
Kiyev "Dinamo"sunun yeni baş məşqçisi məlum oldu
Azərbaycan klubları ötən il nə qədər gəlir əldə ediblər?
"Klublar lisenziyalaşdırma ilə bağlı məsələyə məsuliyyətlə yanaşmalıdır" - Rövşən Nəcəf
AFFA rəsmisi FİFA-nın plenar iclasında
"Məni də çox tənqid edirdilər"
Ertem Şenerdən Rəşad Sadıqov haqda maraqlı açıqlama - Video
Mendi ilə müqavilə uzadıldı
FİFA referisi 1-ci liqa oyununa təyinat aldı
"Çelsi" Estevaonu itirdi
Dünya çempionatında iştirak üçün FİFA-ya şikayət etdilər
Ronaldo "The Best" səsverməsində iştirak etmədi
“Sabah” Çempionlar Liqası ilə vidalaşdı
FİFA DÇ-2026 üçün yeni bilet kateqoriyası təqdim etdi
Qadın futbolunda ilin ən yaxşı qol müəllifi bəlli oldu
"Mançester Siti"nin hücumçusu mövsümü başa vurdu
İlin rəmzi komandasında hansı futbolçular var?
Dünyada ilin ən yaxşı qadın futbolçusu o oldu
İlin ən yaxşı məşqçisi açıqlandı
Dünyada ilin ən yaxşı futbolçusu rəsmən elan edildi
İlin ən baxımlı qol müəllifi bəlli oldu
PSJ Mbappenin təzminatı barədə açıqlama verdi
"Mançester Yunayted" Fernandeşlə bağlı qərarını verdi
Çempionluq paradında insanları əzən şəxsə ağır cəza verildi
İngiltərə klubunun baş məşqçisi klubla yollarını ayırır
Maaşlar ödənilmədi, futbolçular klubu tərk etdi
"Qarabağ"ın qış hazırlıq planı bəlli oldu
FİFA-nın seçimində dünyada ilin ən yaxşı qapıçısı oldu