“Qarabağ”ın hücumçusu Rauf Əliyev Farer adalarıın “Streymur” klubu ilə Avropa Liqasındakı oyunöncəsi Qol.Az saytına müsahibə verib
- Zədə səbəbindən bir müddət yaşıl meydanlardan kənarda qaldın. Bu fasilədən sonra ilk dəfə “Banqa” ilə ev oyununda meydana çıxdın. Oyundan sonra ayağında ağrılar olmadı?
- Yox, şükür Allaha, artıq hər şey yaxşıdır. Oyundan sonra da hər hansı ağrı hiss eləmədim. Zədəm tam sağalıb. Məşqlərə davam edirəm.
- Öz oyunundan necə, razı qaldın?
- Tam razı qalmadım. Çünki uzun müddət idi ki, məşq etmirdim. Oyun praktikasının azlığından əziyyət çəkirdim. Ancaq yenə də meydanda nə isə etməyə çalışırdım. İnşallah qarşıdakı oyunlarda formamı tam bərpa edib, özümü yaxşı tərəfdən göstərəcəyəm. Amma “Banqa” ilə görüşdə tam aşağı səviyyədə oynadım da deməzdim. Orta səviyyədə çıxış etdim.
- Ümumiyyətlə, “Banqa” ilə evdəki oyun barədə nə deyə bilərsən?
- Cütün taleyi artıq Litvadakı oyundan sonra həll olunmuşdu. Burada öz adımıza görə oynamaq və uğur qazanmaq istəyirdik. Oyundan da görsənirdi ki, qarşılaşma elə də yüksək səviyyədə keçmədi. Çalışırdıq ki, topla daha çox oynayıb, rəqibi topsuz qoyaq. Əsas odur ki, qalib gəldik və yolumuza
davam edirik.
- Oyunöncəsi və meydanda olarkən, komandada arxayınçılıq var idi?
- Nə qədər arxayınlaşmamaq istəsək də, alınmır. Çünki səfərdə rəqibin qapısından nə az, nə çox, 4 cavabsız top keçirmişdik. Əlbəttə, az da olsa, arxayınlıq var idi.
- Yəqin ki, “Streymur”la oyuna daha ciddi hazırlaşırsınız.
- Bəli. Amma bizim üçün bütün rəqiblər eynidir. Hamısına qarşı eyni qaydada hazırlaşırıq. “Banqa” ilə səfər oyunundan sonra demək olar ki, “Streymur” barədə düşünür və bu oyuna hazırlaşırdıq. “Banqa” ilə olduğu kimi, oradakı oyuna da tam ciddi çıxıb, sərfəli nəticə qazanmağa çalışacağıq.
- Rəqib haqqında yetərincə məlumatınız var?
- Ancaq internet vasitəsilə bəzi oyunlardan epizodlara baxmışıq. Yaxşı qolları var və ev komandasıdır. Hələlik əlimizdəki məlumat bundan ibarətdir.Yəqin ki, ora çatandan sonra bir və ya iki oyununa baxarıq. Bundan sonra rəqibi yaxşı təhlil edəcəyik.
- Özün də qeyd elədin ki, “Streymur” qol vurmağı bacaran ev komandasıdır. Səncə, bu komandaya qarşı necə oynamaq olar?
- Vallah, bunu mənim deməyim düzgün çıxmaz. Amma yəqin ki, Qurban Qurbanov artıq bu komandaya qarşı necə oynamaq lazım olduğunu fikirləşib. Bizə öz tapşırığını verəcək, biz də onu meydanda yerinə yetirməyə çalışacağıq. İnanıram ki, öz oyunumuzu göstərib, lazımı nəticəni əldə edəcəyik.
- “Streymur” 4 ildir ki, ardıcıl olaraq, Avroliqada mübarizə aparır. Rəqibin avrokuboklardakı təcrübəsi sizi narahat eləmir?
- Əlbəttə, rəqibi ciddiyə alırıq. Düzdür, neçə ildir avrokuboklarda oynayırlar. Amma onların Avroliqa təcrübəsi bizi qorxutmur. Çünki bizim də kifayət qədər təcrübəmiz var. Ardıcıl iki il pley-off mərhələsinin bir addımlığında büdrədik. Hər iki komandanın Avropa təcrübəsi olduğunu nəzərə alıb, deyə bilərəm ki, yaxşı oyun olacaq. İnşallah, sevinən tərəf biz olarıq.
- Maraqlıdır, səfər oyunundan hansı nəticəni gözləyirsən?
- Dəqiq proqnoz verə bilmərəm. Amma minimal hesabla qələbə qazansaq, bizim xeyrimizə olar. Bu, bizə lazımdır. Səfərdə qol buraxmadan qol vurmaq daha yaxşı olardı. Amma fərqi yoxdur, qapımızdan top buraxsaq da, əsas olan qol vurmağımızdır. İnşallah, Bakıda da yaxşı oyun göstərib, qalib gələrik.
- Qazaxıstanla oyundan sonra zədələnməyin planları dəyişdi. Hücum xəttində boşluq olacağını nəzərə alan “Qarabağ” Bəxtiyar Soltanovu transfer etdi. Belə demək mümkünsə, bu futbolçu sırf sənin boşluğunu doldurmaq üçün alındı. Necə düşünürsən, son iki oyundan sonra Bəxtiyar sənin yerini doldura bilib?
- Bu, məşqçilərin öz seçimi idi. Buna hörmətlə yanaşıram. Bəxtiyar Soltanovu çoxdan tanıyıram. Nəyə qadir olduğunu da yaxşı bilirəm. İlk oyunda qol vuraraq, özünü müəyyən mənada sübut elədi. Amma bu, hələ hər şey demək deyil. Onun da oyun praktikası baxımından müəyyən çatışmazlığı var. Amma inanıram ki, qarşıdakı oyunlarda komandamıza daha çox xeyir verə biləcək.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi