AZAL-ın qapıçısı Cahangir Həsənzadə Avropa Liqasında «Minsk»lə oyundakı uğursuzluqlarla bağlı Qol.Az-a müsahibə verib
- “Minsk”i keçməkdə komandanıza nə çatmadı?
- Bu suala ən daha dəqiq cavabı mütəxəsislər verə bilər. Ancaq bir futbolçu kimi düşünürəm ki, Minskdəki uğursuzluğumuza daha çox azlıqda qalmağımız səbəb oldu. Buna baxmayaraq, on nəfərlə qalanda belə, qol vurmağı bacardıq. Məncə azlıqda qalmasaydıq, oyunun nəticəsi başqa cür olardı. Birdə ki, artıq futbolçularımız da çatdırmırdı. Azlıqda oynayaraq mərhələ keçmək çətin məsələdir.
- Səfərdə buraxılan qollarda sənin də səhvlərinin olduğu bildirilir.
- Əgər ikinci qolu nəzərdə tutursunuzsa, orda mənim kobud səhvim yox idi. Demirəm ki, mən çox güclü, əla qapıçıyam, ancaq konkret olarq açıq-aşkar kobud səhvə yol vermək barədə fikirlər yanlışdı. Bu barədə bir çox mütəxəssislə də söhbət etmişəm. Onların da rəyi mənim fikrimi təsdiqləyir. Ancaq bu o demək deyil ki, mən uğursuzluğa görə məsuliyyəti üstümdən atıram. Yox, əsla. Əgər məğlub olmuşuqsa, deməli, mən də günahkaram. Mən özümdə dəfələrlə buraxılan qolların videoyazısına baxmışam, kobud səhvin olmadığını görmüşəm. Bunu kim iddia edirsə, futboldan bəlkə də heç anlayışı yoxdur. Oyun zamanı da gördünüz ki, mərhələ adlamağımız üçün əlimdən gələni etməyə çalışdım. Ancaq təssüflər olsun ki, qollardan xilas edə bilmədim.
- “Minsk”ə məğlubiyyətdən sonra Nazim Süleymanov dərhal istefa verdi. Komanda yoldaşın Aqil Nəbiyev Nazim müəllimin gedişinə çox məyus olduğunu bildirib.
- Mənim fikrimcə, komandanın bu səviyyəyə gəlib çıxması, özünə məxsus oyun üslubunda çıxış etməsi və bir çox uğur qazanmasında Nazim Sülemanovun payı böyükdür. Həm Nazim müəllim, həm də klub rəhbərliyi bizə çox dəstək olurdu. O ki qaldı Süleymanovun istefa verməsinə, mən onun fikrinə hörmətlə yanaşıram. Ancaq indiki vəziyyətdə o, komandadan getməməliydi. Çünki klubun, eləcə də futbolçuların ona çox böyük ehtiyacı var. Nazim müəllim hər bir futbolçuyla dil tapır, onun əla münasibət qurmaq bacarığı var. Düzdü, o, bizlərə güvənərək “Minsk”i məğlub edəcəyini demişdi Ancaq təəssüf ki, biz onun ümüdlərini doğrulda bilmədik. Düşünürəm ki, klub rəhbərliyi Nazim müəllimin istefasına yenidən baxacaq və klubun xeyri üçün əlindən gələni edəcək.
- Ola bilərmi ki, Nazim Süleymanov yenidən AZAL-ın baş məşqçisi postuna qayıtsın?
- Bunu mən dəqiq deyə bilmərəm. Bu, rəhbərliyin işidir. Lakin Nazim müəlimin qayıdışını nəinki mən, bütün futbolçular istəyir.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı