"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm" - Azər Məmmədov

"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm" - Azər Məmmədov
PREMYER LİQA 6 Noyabr 2026 / 23:00 170
-  A +

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 11-ci turunda “Neftçi”yə məğlubiyyəti (0:1) şərh edib.

QOL.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlamasında bunları deyib:

“Biz “Neftçi”yə – prinsipial rəqibimizə və hazırda çempionatın liderinə qarşı oynadığımızı bilirdik. Futbolçular əllərindən gələni etdilər. Təbii ki, bura məğlub olmaq üçün gəlməmişdik, xal qazanmağa çalışırdıq. Təəssüf ki, uduzduq. Nəticəyə baxmayaraq, futbolçularıma təşəkkür etmək istəyirəm. “Millimiz”ə də uğurlar arzulayıram. Yığmaların oyunları ilə əlaqədar yaranan bu fasilə müddətində daha səylə çalışmağa davam etməliyik. İnanıram ki, bu futbolçular və bütövlükdə “Kəpəz” çempionatımızı daha maraqlı etməyə davam edəcəklər.

- Növbəti matçda “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyun barədə nə düşünürsünüz?

- Bu matça potensial 3 xal kimi baxıram. Düzdür, çox çətin olacaq, amma doğma şəhərimizdə oynayacağıq. Özünüz də gördünüz ki, bu gün azarkeşlər bizi tək qoymadılar. Razıyam, futbolda məğlubiyyətlər də olur. Amma “Qarabağ”la oyuna qələbə qazanmaq üçün çıxacağıq.

- Sizcə, Gəncə futbolçuları nə vaxt milliyə dəvət olunmağa başlayacaqlar?

- Bunun üçün Qərb bölgəsinin akademiyalarında ciddi dəyişikliklərə ehtiyac var. Strategiya və struktur qurulmalıdır. Bunlar olmayana qədər gəncəli futbolçuların millidə yer alacağını düşünmürəm. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner