“Əbədi qəlbimizdə” - Şəkil

“Əbədi qəlbimizdə” - Şəkil
DÜNYA FUTBOLU 23 Oktyabr 2026 / 10:30 430
-  A +

İngiltərənin “Liverpul” klubu mərhum futbolçu Dioqo Jotaya həsr olunan kitabın işıq üzü gördüyünü açıqlayıb.

QOL.az xəbər verir ki, klub sosial şəbəkə hesablarında yayımladığı məlumatda kitabın “Əbədi qəlbimizdə” adlandığını bildirib.

Kitabda portuqaliyalı futbolçunun həyatı, karyerası və futbolda qoyduğu izdən bəhs olunur.

Qeyd edək ki, Dioqo Jota 2025-ci il iyulun 3-də İspaniyada baş verən avtomobil qəzasında qardaşı ilə birlikdə həyatını itirib. 

Diogo Jota “Liverpul”un heyətindəki çıxışı ilə azarkeşlərin rəğbətini qazanmışdı. Klubun nəşr etdiyi kitab onun həyatını və futbol irsini yaşatmaq məqsədi daşıyır.


Qarabağ FK
Son xəbərlər
22.10.26  11:48

Skaloni razılıq verdi

topaz banner