“Qarabağ” klubunun albaniyalı sol cinah müdafiəçisi Ansi Aqollinin Qol.Az saytına müsahibəsi
- İlk öncə dünən «Banqa»ya qarşı keçirdiyiniz Avroliqa oyunu haqda fikirlərini öyrənək.
- Səfərdə 4:0 hesabı ilə qalib gəldiyimiz üçün bu oyuna bir qədər rahat çıxmışdıq. Lakin arxayınlaşmaq olmazdı. Düşünürəm ki, işimizin öhdəsindən layiqincə gəldik və qələbə qazandıq. Qarşıda bizi daha çətin oyunlar gözləyir.
- Dünən “Qarabağ”ın heyətində ilk qolunu vurdun. Bu qol bir qədər kuryoz alındı.
- Bu qol mənim üçün də gözlənilməz oldu. Topu cərimə meydançasına hücumçulara tərəf qaldırdım. Lakin top əks trayektoriya ilə qapıya doğru yönəldi. Yəni həmin vaxt mənim qol vurmaq fikrim yox idi. Əlbəttə, burada qapıçının da səhvini qeyd etmək lazımdır. Təbii ki, “Qarabağ”da ilk qolumu vurduğum üçün şadam.
- Bakıdakı oyunda qolların yarımmüdafiəçi və müdafiəçilər tərəfindən vurulması diqqətimizi çəkdi. “Qarabağ”ın hücumçularının edə bilmədiyini siz etdiniz.
- Düşünürəm ki, bunun elə də əhəmiyyəti yoxdur. Əsas odur ki, komanda qələbə qazansın. Mən arzulayıram ki, növbəti oyunlarda bütün qolları hücumçular vursun. Onsuz da qarşıdakı oyunlarda qollara daha çox ehtiyacımız olacaq.
- “Qarabağ” növbəti mərhələdə Farer adalarının “Streymur” klubu ilə qarşılaşacaq. Bu oyun haqda nə düşünürsən?
- Biz bütün rəqiblərə ciddi yanaşırıq. Lakin ikinci təsnifat mərhələsinə daha yaxşı hazırlaşmalıyıq. Səfərdə keçiriləcək ilk görüşdən də çox şey asılı olacaq. Ona görə də, rəqibi düzgün qiymətləndirmək lazımdır. İnşallah, biz “Streymur”u da keçərək yolumuza davam edəcəyik.
- Hər dəfə «İnşallah» deməyin belə bir sual ortaya çıxarır. Alban olduğunu bilirik. Yəqin ki, həm də müsəlmansan?
- Bəli, qaqa (gülür). Mən müsəlmanam.
- Çox gözəl. Qayıdaq “Qarabağ”a. Necə düşünürsən, bu mövsüm “Qarabağ” Avroliqanın qrup mərhələsinə düşə biləcək?
- İnşallah. Ümid edirəm ki, bu dəfə Avroliqanın qrup mərhələsinə düşəcəyik. Bizim çox gözəl komandamız və baş məşqçimiz var. Qurban Qurbanov Azərbaycanın ən yaxşı məşqçilərindən biridir. Bununla yanaşı, “Qarabağ”da Azərbaycan millisinin aparıcı futbolçuları da çıxış edir. Lakin biz hələlik yalnız “Streymur”la oyun haqda düşünürük. Bu, bizim üçün vacib oyundur. İndidən qrup mərhələsi haqda düşünmək düzgün olmaz.
- Avrokuboklarda mübarizə aparan digər klublarımızın şanslarını necə dəyərləndirirsən?
- Həm “Neftçi”yə, həm də “Xəzər Lənkəran”a çətin rəqiblər düşüb. Biz bilirik ki, “Dinamo” (Zaqreb) klubu keçmiş Yuqoslaviyada hər zaman öz futbol məktəbi ilə fərqlənib. Ona görə də, “Neftçi”yə çətin olacaq. “Xəzər Lənkəran”ın rəqibinə gəldikdə isə “Makkabi” (Təl-Əviv) İsrailin ən güclü klublarından sayılır. Onların da özünəməxsus oyun üslubları var. Bununla belə, mən inanıram ki, Azərbaycanın hər iki klubu mərhələni uğurla adlayacaq.
- AZAL-ın mübarizəni erkən dayandırmasında əsas səbəb kimi nəyi qeyd edə bilərsən?
- AZAL yaxşı komandadır. Səfərdəki oyun da AZAL üçün vacib idi. Təəssüf ki, oyunları alınmadı. Əgər Bakıdakı oyunda qol buraxmasaydılar, indi mərhələni keçən tərəf məhz AZAL olardı. Avroliqada çıxış etmək AZAL-ın futbolçuları üçün böyük bir təcrübədir. Bununla belə, Avroliqada oynamaq elə də asan deyil.
- Artıq hər kəs “Qarabağ”dan ən azı ötənilki uğuru gözləyir. Bəs “play-off” mərhələsində hansı ölkənin komandası ilə qarşılaşmaq istəməzdin?
- Məncə, “play-off” haqda düşünmək hələ tezdir. İnşallah, “Qarabağ” bu mövsüm də “play-off”a qədər irəliləyər və mən onda sizin suallarınızı cavablandıraram. Hələlik isə bütün diqqətimizi “Streymur”la oyuna yönəltmişik. Hazırda bu oyun bizim üçün daha vacibdir.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi