Dünən Respublika stadionunda “Qarabağ”ın zəfərinə şahidlik edənlər arasında tanınmış şoumen Bəhram Bağırzadə də olub. Oyunboyu dayanmadan, ayaqüstə Ağdam klubunu dəstəkləyən “Bakılı oğlanlar” ŞHK-nın sabiq üzvü “Qarabağ”, “Qarabağ” şüarları ilə Azərbaycan futboluna bağlılığını nümayiş etdirib.
Qol.Az saytının müxbiri Bəhram Bağırzadə ilə əlaqə saxlayaraq oyunla bağlı təəssüratlarını öyrənib.
- Dünən “Qarabağ”ı dəstəkləmək üçün mərkəzi arenaya toplaşan minlərlə azarkeş arasında sizi də gördük. Öncə oyunla bağlı təəssüratlarınızı eşidək.
- Əfsuslar olsun ki, “Qarabağ”ın səfərdə qazandığı 4:0 hesablı qələbəsini izləməmişdim. Xaricdə idim. Orada isə oyuna baxmaq imkanım olmadı. Amma ürəyim Qurban Qurbanov və oyunçularla idi. Dünənki qələbəyə görə həddindən artıq sevindim. Son vaxtlar yığmamızı çox tənqid etdiyim üçün məni qınayırlar. Amma uşaqlar yaxşı oynayanda, deyirəm ki, yaxşıdı. “Qarabağ”ın səfər oyununda vurduğu qollara internet vasitəsilə baxdım. Həm o görüşdə, həm dünənki qarşılaşmada futbolçular yüksək səviyyədə oyun göstərdilər. Bundan sonra da Farer adalarının komandası ilə qarşılaşacaqlar.
Ümumiyyətlə, Qurban Qurbanov çox böyük mütəxəssisdir. Bir azarkeş kimi mən də bunu görürəm və onun qələbələrinə sevinirəm. O insan öz üzərində işləyəndir. O insan brenddir. Dünənki oyunda da bunun şahidi oldum. Biz də bir söz var, sanballı, bax, Qurban Qurbanovun duruşu belədir. Həm danışığı, həm də rəftarı ilə bu insan alicənabdır. Bundan başqa geyimini biləndir. Həmişə səliqəli geyinir. Ona görə də mən onu alqışlayıram və gələcəkdə yeni-yeni qələbələr arzulayıram.
- "Banqa" ilə oyunda “Qarabağ”a çılğınlıqla azarkeşlik edirdiniz. Ancaq sizdəki həyəcanı, çılğınlığı ətrafındızdakı bəzi insanlarda görə bilmədik. Ümumiyyətlə, bu nə ilə əlaqədardır? Belə demək olarmı ki, bizdə azarkeşlik keyfiyyəti hələ də lazımı səviyyədə deyil?
- Tamamilə razıyam. Amma onun üzərində işləmək lazımdır. Hər şeydən əvvəl bu, insanların kompleksi və utancaqlığı ilə əlaqədardır. Bu da normaldır. Məsələn, mən “KVN”şikəm, qışqırır, əl-qol hərəkətləri ilə komandanı dəstəkləyirəm. Ancaq bəziləri bunu etmir. Kimsə qışmırsa, o demək deyil ki, həmin adam azarkeşlik eləmir. O, sadəcə utanır və ictimai yerdə qışqırmaqdan çəkinir. Ancaq bəlkə də o həyəcanı, o hissləri daxildə hamıdan çox keçirir. Bir nəfər irəli çıxmalı və azarkeşləri canlandırmalıdır. Məsələn, dünənki oyunda bir azarkeş səsgücləndirici ilə qışqırdıqdan sonra bir qədər canlanma yarandı. Azarkeşlərlə işləmək lazımdır.
- Milli komandanın oyunçularının əksəriyyətini “Qarabağ”ın futbolçuları təşkil edir. Niyə onların oyunu “Qarabağ”da alınır, yığmada isə yox?
- Bunu onların özündən soruşun.
- Qurban Qurbanov milli komandada uğurlu nəticələr qazana bilər?
- Yüz faiz. Sadəcə vaxt lazımdır. Xahiş edirəm, Qurban müəllimi tələsdirməyin. O, çox ağıllı və müdrik insandır. Sadəcə olaraq, vaxt verin. Öz üzərində işləyən mütəxəssisdir. Mən də Qurban Qurbanovun və öz üzərində işləyən insanların qarşısında baş əyirəm.
- Yəqin ki, AZAL-ın səfərdəki oyununu izləyə bilməsəniz də, nəticədən xəbəriniz oldu. AZAL Avroliqada mübarizəni dayandırdı və Nazim Süleymanov vədinə əməl edərək, istefa verdi. Bu barədə nə deyə bilərsiniz?
- Nazim Süleymanov dünən öz çıxışında dedi ki, günahı özümdə görürəm və istefa verirəm. Bununla da o, sözlərini təsdiqlədi. Halbuki mən Nazim Süleymanovu ən güclü yerli futbolçulardan sayıram və inanıram ki, baş məşqçi kimi öz sözünü deyəcək. Sadəcə olaraq, onda vaxt azlığı oldu.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı