Ən çox qələbə qazanan baş məşqçi oldu

Ən çox qələbə qazanan baş məşqçi oldu
DÜNYA FUTBOLU 23 Noyabr 2026 / 20:05 106
-  A +

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya çempionatında qələbə sayına görə rekord müəyyənləşdirib.

QOL.az xəbər verir ki, BBC-nin məlumatına görə, “Xetafe” üzərində 3:0 hesablı qələbə argentinalı mütəxəssisin La Liqada 345-ci uğuru olub. O, bu nəticəyə 567 oyunda nail olaraq Luis Araqonesin (344 qələbə) rekordunu geridə qoyub.

56 yaşlı mütəxəssis rekordun arxasında böyük zəhmətin dayandığını bildirib. 

Qeyd edək ki, Simeone 2011-ci ildən “Atletiko”ya rəhbərlik edir və onunla iki dəfə İspaniya çempionu olub.


Qarabağ FK
Son xəbərlər
topaz banner