Ukraynalı məşqçi Azərbaycana qayıdır - Bu klubla razılaşdı

Ukraynalı məşqçi Azərbaycana qayıdır - Bu klubla razılaşdı
ÖLKƏ FUTBOLU 22 Sentyabr 2026 / 08:39 3744
-  A +

Ukraynalı mütəxəssis Yuri Maksimov karyerasını yenidən Azərbaycanda davam etdirməyə yaxındır.

QOL.az xəbər verir ki, bu barədə Ukraynanın bir neçə media qurumu “TaToTake”yə istinadən məlumat yayıb. Bildirilir ki, 57 yaşlı mütəxəssis “Araz-Naxçıvan”ın təklifini qəbul edib və yaxın zamanda komandanın baş məşqçisi təyin olunacaq.

Y.Maksimov Azərbaycan futboluna tanış simadır. O, “Araz Naxçıvan”ın faktiki sahibi olan Zaur Axundovla birgə 2017-2018-ci illərdə “Keşlə”də işləyib. Baş məşqçi kimi bu komandaya Azərbaycan kubokunu qazandırıb.

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında keçirdiyi 6 oyundan sonra 2 xalla turnir cədvəlinin sonuncu – 12-ci pilləsində qərarlaşıb. Dünən klub uğursuz nəticəyə görə baş məşqçi Cavid Hüseynovu istefaya göndərib.

Ukraynalı mütəxəssis karyerası ərzində “Dnepr-1”, “Krivbass”, “Taraz” və digər klubları da çalışdırıb. Onun son iş yeri 2025-ci ilin yayında ayrıldığı “Vorskla” olub. Maksimov 2019/20 mövsümündə Poltava təmsilçisini Ukrayna kubokunun finalına çıxarıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-may aylarında “Araz-Naxçıvan”ı digər ukraynalı mütəxəssis Andrey Demçenko çalışdırıb.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner