Messiyə milli komandadan son dəvət

Messiyə milli komandadan son dəvət
DÜNYA FUTBOLU 16 Sentyabr 2026 / 01:25 468
-  A +

Lionel Messi Argentina millisinin heyətinə dəvət olunub.

QOL.az xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının (AFA) rəsmi saytı məlumat yayıb.

“İnter Mayami”nin hücumçusu milli komandanın qarşıdakı yoldaşlıq görüşlərində iştirak edəcək. Argentina sentyabrın 30-da Boliviya, oktyabrın 3-də Burkina-Faso, oktyabrın 6-da isə Beninlə qarşılaşacaq.

Daha əvvəl Beninlə oyunun Messi üçün vida matçı olacağı bildirilib. 2022-ci ildə dünya çempionu olan argentinalı futbolçu üçün Buenos-Ayresdəki “Monumental” stadionunda xüsusi vida mərasiminin təşkili planlaşdırılır. Həmçinin 2022-ci ildə dünya çempionatında qalib gələn Argentina millisinin bütün üzvlərinin bu qarşılaşmaya dəvət olunacağı gözlənilir.

Messi avqustun 31-də Argentina millisində karyerasını başa vuracağını açıqlayıb.

O, milli komandada 207 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib.


Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

15.09.26  09:45

8 həftə oynamayacaq

topaz banner