“Qarabağ”ın yarımmüfadiəçisi Əfran İsmayılov sabah “Banqa”ya qarşı keçiriləcək oyun ərəfəsində Qol.Az saytının suallarını cavablandırıb
- “Banqa” ilə ilk oyunda zədə səbəbindən meydana çıxmadın. Bəs, təkrar görüşdə necə, oynayacaqsan?
- Şükür Allaha, artıq zədəylə bağlı bir problem qalmayıb. İndi bütünlüklə bu oyuna köklənmişəm. Çox güman ki, meydana çıxacağam. Meydanda komandamın uğru üçün əlimdən gələni etməyə çalışacağam.
- Keçən il Avroliqada 5 qola imza atdın. Bu il necə, ən azı həmin uğru təkrarlamağa çalışacaqsan?
- Şərt deyil ki, mən çox qol vurum, ən əsası komandamın qələbəsidir. Düzdü istərdim ki. ən azı bu uğuru təkrarlayım, ancaq hər şeyi gələcək göstərəcək. Kim istəməz ki, Avropa yarışlarında qolları sıralamasın?! Bu, hər bir futbolçunun arzusudur.
- “Banqa”nın futbolçusu “Qarabağ”ın oyununu “Barselona”nın oyun üslubuna bənzədib. Bu haqfa sən necə düşünürsən?
- Deyərdim ki, düz bənzədib. Bəli, biz məhz “Barselona” kimi oynayırıq. Rəqibin rahatlaşmasına imkan vermirdik. Sürətli hücumlar qurmaqla yanaşı, dəqiq uzun ötürmələrlə onları yormuşduq. “Banqa”nın futbolçuları çaş-baş qalmışdılar. Həmin oyunda sürət və temp güclü olduğundan bizimlə başa-baş mübarizə apara bilmirdilər.
- Demək olar bu, mərhələnin taleyini səfərdə həll etmisiniz. Artıq növbəti rəqib haqqında düşündüyünüzü söyləmək olar?
- Qarşıdakı rəqib haqda yalnız bu mərhələni keçəndən sonra düşünmək olar. Növbəti rəqibimizin kimliyini artıq bilirik, bir neçə oyunlarına artıq baxmışıq. Ancaq hələ ki, “Banqa” ilə sabahkı təkrar oyuna köklənmişik. Kim olursa olsun, onu qabaqcadan məğlub etdiyini düşünmək təhlükəlidir. Bu oyunda da qələbə qazanmaq istəyirik. Həm özümüz, həm də bizi dəstəkləməyə gələn böyük sayda azarkeş üçün.
- Hər kəs artıq indidən “Qarabağ”ı Avroliqanın “pley-off” mərhələsində görür.
- Qabaqcadan bunu söyləmək çox çətindir. “Pley-off”a düşmək üçün hələ iki Avropa klubuyla oynamalı və onları keçməlisən. Düzdü, şanslarımız pis deyil. Ancaq bunun üçün daha çox çalışmalı, yaxşı məşq etməliyik. Onsuz da biz qarşımıza ən azı keçənilki uğuru təkrarlamaq vəzifəsi qoymuşuq. Əlimizdən gələni etməyə çalışacağıq ki, daha uğurlu nəticə əldə edək. Ancaq hər şeyi gələcək göstərəcək.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı