Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil

Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
XƏBƏR 12 Sentyabr 2026 / 08:43 490
-  A +

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov və komandanın idman direktoru İlqar Qurbanov Polşanın Çenstoxova şəhərinə səfər ediblər.

QOL.az xəbər verir ki, səfərdə məqsəd millinin “Rakov”da çıxış edən futbolçusu Mahir Emrelinin oyununu canlı izləmək olub.

“Rakov” Polşa çempionatının 7-cı turunda bu gün “Motor” komandasını qəbul edib və 2:1 hesabı ilə qələbə qazanıb. Emreli bu matçda start heyətdə yer alıb, 87-ci dəqiqədə əvəzlənib.

Oyundan sonra A.Abbasov və İ.Qurbanov Mahir Emreli ilə görüşüb. Görüşdə Emrelinin hazırkı durumu, millinin qarşıdakı oyunlarından danışılıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner