“Qarabağ”ın qapıçısı Mateuş Koxalski komandadan ayrılması ilə bağlı açıqlama verib.
QOL.az xəbər verir ki, polşalı qolkiper bu barədə jurnalistlərə açıqlamasında danışlb.
Koxalski “Araz Naxçıvan”la Misli Premyer Liqasının 4-cü tur matçının (3:2) onun üçün xüsusi olduğunu bildirib:
“Mənim üçün “Qarabağ”dakı son matç ən xüsusi oyun idi. Əsas məsələ bu oyunda “Qarabağ”ın 3 xal qazanması idi. Ümid edirəm ki, bu, çempionluq yolunda önəmli addım olacaq”.
Qapıçı “Qarabağ”dan ayrılmaq qərarını necə verdiyini də açıqlayıb: “Mənə elə gəlir ki, “Qarabağ”da iki etibarlı qapıçı var və komandanın qapısı etibarlı əllərdədir. Ona görə də düşünürəm ki, mənim üçün getməyin ən doğru vaxtıdır. Bu, asan olmadı, amma bu mənim qərarımdır və düşünürəm ki, hamı üçün yaxşı olacaq”.
Koxalski ayrılmaq qərarını Avropa Liqasında çıxış etdiyi vaxt deyil, daha əvvəl verdiyini söyləyib: “Bu qərarı hələ ötən mövsüm başa çatdıqdan sonra, yeni mövsüm başlamazdan əvvəl vermişdim. Çünki mənim həyatımda ən önəmli şey futbol və pul deyil. Mənim üçün həyatım və ailəm daha vacibdir. Hər səhər yuxudan oyandığım andan axşama qədər ailə mənim üçün önəmlidir. Ona görə də bu qərarı verdim”.
Polşalı qolkiper “Qarabağ” azarkeşlərinə və Azərbaycan xalqına təşəkkür edib: “Əslində, “Qarabağ” azarkeşlərinə, hər birinizə və ümumiyyətlə Azərbaycan xalqına təşəkkür edirəm. Demək olar ki, hər kəs mənə isti münasibət göstərdi. Ümumiyyətlə, siz məni həm qapıçı, həm də bir şəxsiyyət kimi böyütdünüz. Mən bura gələndə sadəcə adi bir qapıçı idim. Bəlkə də Polşada belə məni yaxşı tanımırdılar. Amma indi bütün ölkəmdə məni hamı tanıyır. Buna görə də sizə çox borcluyam və bütün dəstəyiniz üçün təşəkkür edirəm”.
Koxalski “Qarabağ”dakı ən yaddaqalan oyununun “Çelsi”yə qarşı matç olduğunu deyib: “Napoli ilə oyunu qeyd etməzdim, çünki həmin matçda məğlub olduq. Əgər bir oyun seçməli olsam, “Çelsi” ilə qarşılaşmanı qeyd edə bilərəm. Çünki bu, Premyer Liqa komandasıdır. Mənə elə gəlir ki, komandamızdakı hər kəs bu səviyyədə oynamağı arzulayırdı. Ümumiyyətlə, burada çoxlu yaxşı və unudulmaz oyunlar keçirmişəm”.
Daha güclü kluba transfer gözləntisi ilə bağlı sualı cavablandıran Koxalski ayrılmaq üçün doğru zamanın indi olduğunu deyib: “Ola bilər, amma hazırda vəziyyət çətindir, çünki yalnız çempionatda çıxış edirik. Əlbəttə, ayrılmağımın səbəbi sadəcə bu deyil. Hazırda oynamaq istəyən üç qapıçı var: mən, Martin və Şahruddin. Düşünürəm ki, yalnız çempionat və Azərbaycan kubokunda mübarizə apararkən üç qapıçı üçün kifayət qədər oyun vaxtı yoxdur. Buna görə də, əvvəl dediyim kimi, ayrılmaq üçün yaxşı vaxtdır”.
Koxalski daha böyük kluba transfer variantının olmadığını da söyləyib: “Daha böyük kluba getmək üçün heç bir variantım yox idi”.
O, “Qarabağ”ın avrokuboklardan kənar qalmasının ayrılıq qərarına təsir etmədiyini də vurğulayıb: “Xeyr. Dediyim kimi, bu qərarı əvvəlcədən, hələ mövsüm başlamazdan əvvəl vermişdim”.
Koxalski “Qarabağ”da keçirdiyi dövrü “möhtəşəm təcrübə” adlandırıb: “Bunu bir neçə sözlə ifadə etmək çətindir. Bəlkə polyak dilində fikrimi daha yaxşı ifadə edə bilərdim. Bu, möhtəşəm təcrübə idi”.
Aysu Orucova
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı