“Sabah”ın futbolçusu Coy Lens Mikels Misli Premyer Liqasının 4-cü turunda “Zirə”ni 5:0 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komandasının qələbəsini dəyərləndirən 30 yaşlı hücumçu QOL.az saytına açıqlamasında “Zirə”yə qarşı 5 qol vurmaqlarının böyük mesaj olduğunu bildirib:
“Oyuna qələbə üçün çıxmışdıq və bunu bacardıq. Beş qol vurmağımız, xüsusilə də bu mövsüm heç bir oyunda məğlub olmayan “Zirə”yə qarşı bunu etməyimiz daha da təsirlidir. Düşünürəm ki, bu, bizim tərəfdən böyük və yaxşı bir mesaj oldu”.
Mikels qarşılaşmada 3 qol vuraraq bu mövsüm Misli Premyer Liqasında ilk het-trikə imza atıb. O, bunun üçün çox xoşbəxt olduğunu söyləyib:
“Bu, Azərbaycan çempionatında ilk het-trikimdir. Avrokuboklarda artıq qol vurmuşdum, amma çempionatda heç vaxt het-trik etməmişdim. Buna görə çox xoşbəxtəm. Üçüncü qolu vuranda belə sevinməyimin səbəbi də bu idi. Bu gün mənim üçün xüsusi gündür”.
O, “Sabah”ın gələn həftə UEFA Çempionlar Liqasındakı ilk oyununda “Mançester Yunayted”lə səfər qarşılaşması haqda da danışıb. Mikels İngiltərə klubunun oyun üslubunun “Sabah”a uyğun ola biləcəyini düşünür:
“Tamamilə fərqli oyun olacaq. Ümid edirik ki, topa sahib ola biləcəyik, çünki topa nəzarət etməyi sevirik. Amma bilirik ki, Mançesterdə oynayacağıq və müəyyən qədər əziyyət çəkməli olacağıq. Çətin qarşılaşma olacaq. Düşünürəm ki, “Mançester Yunayted”in oyun üslubu da bizə müəyyən mənada uyğun gələcək. Çünki bilirsiniz, Premyer Liqada oyunlar sürətli əks-hücumlar üzərində qurulur. Buna görə də "Mançester Yunayted"ə qarşı necə oynayacağımızı görmək çox maraqlı olacaq”.
“Mançester Yunayted”in azarkeşi olduğunu deyən Mikels “Old Trafford”da 75 min tərəfdarın qarşısında oynamağın onun üçün əlavə motivasiya olacağını vurğulayıb:
“Mançester Yunayted” mənim sevimli komandamdır. Bir qədər şanslıyam. İlk Çempionlar Liqası oyunumu “Mançester Yunayted”in stadionunda keçirəcəyəm. Bu, möhtəşəm olacaq”.
“Old Trafford”da oynamağın təzyiq yaradıb-yaratmayacağı ilə bağlı sualı cavablandıran hücumçu bildirib:
“Xeyr, heç bir təzyiq yoxdur. 75 min azarkeşin qarşısında oynamaq yeni təcrübə olacaq. Amma bu, bizi qorxutmamalı, əksinə, motivasiya etməlidir. Belə böyük komandalarla qarşılaşmağı səbirsizliklə gözləyirəm”.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi